Məhkəmə qərarları › İş №3-1(092)-46/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-46/2024

01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-46/2024 01.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun köməkçisi, ədliyyə baş leytenantı Seyidov Vilayət MirSaleh oğlunun, Vəkil: X1, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə 31 avqust 2004-cü ildə Xaçmaz rayonunun Yataqoba kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Xaçmaz rayonunun Yataqoba kəndində qeydiyyatda olan, N №-li hərbi hissədə xidmət etmiş, haliyədə N №-li hərbi hissədə 2-ci tabor minaatan batareyası 1-ci taqım atəşi idarəetmə manqasının topogeodeziyaçısı vəzifəsində xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs (SX № 0703420) N №-li hərbi hissənin 4-cü tabor 1-ci artilleriya batareyası 1-ci taqımında xidmət edərkən 02 mart 2024-cü il tarixdə onunla eyni batareyada xidmət edən, tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs bölməyə məxsus saç kəsmə aparatını MAHHXHQ çavuş Ruslan Quliyevə verməsi səbəbindən ona iradını bildirmiş, Zərərçəkmiş şəxs bu barədə manqa komandiri MAHHXHQ əsgər Şahid məruzə etdiyindən Şahid şəxsi heyəti düzərək söhbət aparmış, sıra dağıldıqdan sonra həmin gün saat 13 radələrində Şəxs tabor mərkəzinin əsgər yataqxanasında Zərərçəkmiş şəxs manqa komandirinə məruzə etdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub sonuncunun ünvanına nalayiq ifadə işlədərək yaxasından yapışıb qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq şərəf və ləyaqətini alçaltmışdır. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində əzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında 02 mart 2024-cü tarixdə onunla eyni batareyada xidmət edən əsgər Zərərçəkmiş şəxs bölmənin saç kəsmə aparatını MAHHXHQ çavuş Ruslan Quliyevə verməsini görmüş, ondan nə üçün aparatı R.Quliyevə verdiyini soruşaraq iradını bildirdiyini, bundan sonra bu barədə Zərərçəkmiş şəxs manqa komandiri MAHHXHQ əsgər Şahid məruzə etdiyini, bu səbəbdən Şahid batareyanın şəxsi heyətini düzərək mehriban olmaları barədə söhbət apardığını, düzülüş dağıldıqdan sonra Zərərçəkmiş şəxs ilə olan söhbətini manqa komandirinə məruzə etdiyi üçün ona “xəbərçi” mənasında nalayiq ifadə işlətmiş, Zərərçəkmiş şəxs də qarşılığında onun var-yoxunu nalayiq formada təhqir etdiyini, bu səbəbdən əsəbləşib Zərərçəkmiş şəxs paltarının yaxasından yapışdığını, Zərərçəkmiş şəxs də qarşılıq verərək onun yaxasından yapışdığını, mübahisəni görən Şahid onları cəld gələrək aralaşdırdığını göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında 02 mart 2024-cü il tarixdə MAHHXHQ çavuş Ruslan Quliyev ondan saç kəsmə aparatını istədiyindən aparatı ona verdiyini, bunu görən əsgər Şəxs ona iradını bildirərək nə üçün aparatı ona verdiyini bildirdiyini, Şəxs ona irad bildirməsi barədə manqa komandiri MAHHXHQ əsgər Şahid məruzə etdiyindən Şahid batareyanın şəxsi heyətini düzərək saç kəsmə aparatının bölmədə olan hər hansı şəxsə verilə biləcəyini dediyini, saat 13 radələrində sıra dağıldıqdan sonra manqa komandirinə məruzə etdiyi üçün Şəxs onun ünvanına “xəbərçi” mənasında nalayiq ifadə işlətdiyini, cavab olaraq o da, Şəxs var-yoxunu nalayiq formada təhqir etdiyini, Şəxs bu səbəbdən yaxasından əli ilə yapışaraq, qarşılıq verdiyini, Şəxs yaxasından yapışdığını, mübahisəni görən Şahid onları aralaşdırıb, batareya komandirinə bu barədə məruzə etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş MAHHXHQ əsgər Şahid izahatında 02 mart 2024-cü ildə əsgər Zərərçəkmiş şəxs ona yaxınlaşaraq bölməyə məxsus saç kəsmə aparatını MAHHXHQ çavuş Ruslan Quliyevə verdiyi üçün əsgər Şəxs ona iradını bildirdiyini dediyini, o, batareyada neqativ hal baş verməməsi üçün batareyanın şəxsi heyətini düzərək mehriban olmaları barədə söhbət apardığını, təxminən saat 13 radələrində söhbəti qurtardığını, sıra dağıldıqdan sonra yataqxanada Zərərçəkmiş şəxs ilə Şəxs bir-birinin paltarının yaxasından yapışaraq mübahisə etdiklərini gördüyünü, cəld onları aralaşdıraraq sakitləşdirdiyini, batareya komandirinin yanına aparıb baş verən hadisə barədə məruzə etdiyini göstərmişdir. İş materialına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində xx.xx.2024-cü il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissədən verilmiş N №-li arayışda hərbi hissənin əsgərləri Şəxs ilə Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Şəxs və Zərərçəkmiş şəxs mənfi xarakterizə edilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın

3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.

4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.

5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.

6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar