Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-47/2025 06.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Axundova Nərmin Fərəməz qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorluğunun köməkçisi XN, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkili Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxx 200N-ci ildə Culfa şəhərində anadan olmuş, Azərbaycan Respulikası vətəndaşı,(FİN xxxxxxx), orta təhsilli, subay, ünvan N ünvanında qeydiyyatda olmaqla yaşayan, N nömrəli hərbi hissənin mühafizə taborunun, Nci mühafizə bölüyünün, N-ci mühafizə taqımının, N-ci mühafizə manqasının komandiri vəzifəsində, MAHHXHQsu əsgər rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N3.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühafizə taborunun, N-ci mühafizə bölüyünün N-ci mühafizə taqımının, N-ci mühafizə manqasının komandiri vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs ( FİN xxxxxxx ) N7 aprel 2025-ci il tarixdə, saat N5:00-da xidmət yerinə gəlməli olduğu halda üzrlü səbəblər olmadan 23 aprel 2025-ci il saat N0:N5dək xidmət yerinə gəlməmiş, onun üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs izahatında yaşam şəraiti ilə əlaqədar xidməti vəzifələrinin öhdəsindən gələ bilmədiyini, buna görə tabor komandirinə müraciət edib hərbi xidmətdən tərxis olunmasını istədiyini, lakin müraciətinin cavabsız qaldığını, intizamsızlıq edərsə hərbi xidmətdən tərxis olunacağını düşünüb bu məqsədlə N7 aprel 2025-ci ildə saat N5:00-da xidmət etdiyi hərbi hissəyə gəlməli olduğu halda gəlmədiyini bir neçə gün sonra 23 aprel 2025-ci ildə saat N0:N5-də xidmət yerinə gəldiyini, törətdiyi əməldən peşman olduğunu göstərdi. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6N3.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilən xüsusatlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs izahatı ilə yanaşı şahidlər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şahid2 və baş leytenant ŞahidN izahatları, N nömrəli hərbi hissə komandirinin əmrlərindən çıxarışlar və digər sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında şahid qismində izahatı alınmış MAHHXHQ-su əsgər Şahid2 izahatında göstərilən xüsusatları təsdiq etdilər. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamədə Şəxs mənfi xarakterizə olunmuşdur. N nömrəli hərbi hissənin N09 nömrəli və NN5 nömrəli əmrdən çıxarışlarına əsasən MAHHXHQ əsgər Şəxs N7 aprel 2025-ci il saat N5:00-dən 23 aprel 2025-ci il saat N0:3N5dək xidməti yerində olmamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun NN-ci maddəsində qeyd edilir ki, hərbi qulluqçular üçün həftədə 4N saatdan çox olmayan xidmət vaxtı müəyyən edilmişdir. 2025-ci ilin təqvimində aprel ayının N7 həftənin cümə axşamı, N8 isə cümə günü, 2N bazar ertəsi, 22-i cərşəmbə axşamı olmaqla iş günləri, aprel ayının N9 və 20-si həftənin şənbə və bazar günləri olmaqla qeyri-iş günləri olduğundan MAHHXHQ əsgər Şəxs üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında gəlməməsi 4 (dörd) iş günü müddətində olmuşdur. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, MAHHXHQ əsgər Şəxs üzrlü səbəblər olmadan 3 (üç) gündən artıq, lakin N0 (on) gündən çox olmayan müddətə xidmət yerini özbaşına tərk etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N saylı hərbi hissənin MAHHXHQ-su əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N3.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N3.2-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində N saylı hərbi hissənin MAHHXHQ-su əsgər Şəxs yuxarıda göstərilən əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6N3.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N3.2-ci maddəsinə əsasən zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N2-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin N6.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2N-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3N.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən MAHHXHQ-su əsgər Şəxs səmimi peşmançılığını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən MAHHXHQ-su əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hal onun eyni əməli təkrar törətməsidir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N3.2-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N56.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 6N0-6N8-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin N56.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.N-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan N0-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin 23 fevral 2023-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktora müraciət edilmişdir. N0-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N0-6N8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən N-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabain qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədəuyğundur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, MAHHXHQ-su əsgər Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan N-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. MAHHXHQ-su əsgər Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan N-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla MAHHXHQ-su əsgər Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli MAHHXHQ-su əsgər Şəxs Hərbi Polis İdarəsinin N-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, NN4-NN5, NN7, N28-N30-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: N. MAHHXHQ-su əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N3.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan N-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin. 3.İnzibati həbsin əvvəli MAHHXHQ-su əsgər Şəxs Hərbi Polis İdarəsinin N-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın. 4.Şəxs Hərbi Polis İdarəsinin N-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə həvalə edilsin.
5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan N0 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən Səxavət Hüseynov