Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-5/2024 18.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X6 oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun köməkçisi, ədliyyə baş leytenantı X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxxx 2005-ci ildə Babək rayonunun Qahab kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (Hərbi Bilet SX № 0749369), subay, orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Babək rayonu Qahab kəndində qeydiyyatda olan, N №-li hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün 1-ci taqımında radiotelefonçu vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 18 yanvar N4-cü il tarixli, 3-3-14/2-14/N4 №-li məktubu ilə əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 18 yanvar N4-cü il tarixli, 7 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 18 yanvar N4-cü il tarixli, 7 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, N №-li hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün 1-ci taqımında radiotelefonçu vəzifəsində, xidmət edən əsgər Şəxs 27 noyabr N3-cü il tarixdə, saat 08:30 radələrində hərbi hissənin şərti olaraq “Gədik-2” adlandırılan mövqeyində yataqxananın qarşısında onunla tabelik münasibətlərində olmayan həmin taqımın 2-ci manqasının baş atıcısı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ilə siqaret çəkərkən Zərərçəkmiş şəxs nalayiq ifadə işlədərək manqanı idarə edə bilmədiyini deməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədib onun şərəf və ləyaqətini alçaltmaqla, həmçinin onun yaxasından yapışıb sağ göz nahiyəsinə bir yumruq zərbəsi vuraraq ona “göz qapaqlarının dərialtı hematoması əlamətləri ilə qaş nahiyəsinin yumşaq toxmalarının əziyi” ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirməklə ona zor tətbiq edib tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozumuşdur. Faktla bağlı X2 Xidməti tərəfindən 18 yanvar N4-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əsgər Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, eyni zamanda əsgər Şəxs əməllərində inzibati xətanın tərkib əlamətlərinin olub-olmaması ilə bağlı xüsusatlara qiymət verilməsindən ötrü material Naxçıvan Hərbi Prokurorluğuna göndərilmişdir. Qərar və material Naxçıvan Hərbi Prokurorluğunda öyrənilərkən əsgər Şəxs əməllərində inzibati xəta əlamətləri olduğundan onun barəsində 18 yanvar N4-cü il tarixdə Naxçıvan Hərbi prokuroru vəzifəsini icra edən, Naxçıvan Hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Ramil Məmmədyarov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, 27 noyabr N3-cü il tarixdə, saat 08:30 radələrində “Gədik 2” mövqeyində yataqxandan çölə çıxmış, həmin vaxt manqanın baş atıcısı əsgər Zərərçəkmiş şəxs yataqxananın qarşısında siqaret çəkdiyini görüb onun yanına getmiş, birlikdə siqaret çəkən zaman ona zarafatla nalayiq formada manqanı idarə edə bilmədiyini demiş, Zərərçəkmiş şəxs ona cavabında nalayiq ifadə işlətmiş, bu ifadədən əsəbləşib Zərərçəkmiş şəxs yaxasından tutmuş, Zərərçəkmiş şəxs də onun yaxasından tutmaq istəyərkən o, Zərərçəkmiş şəxs sağ gözündən bir dəfə yumruqla vurmuşdur. Zərərçəkmiş şəxs gözünün üzərini əli ilə tutarkən o, hadisə yerindən uzaqlaşıb yataqxanaya qayıtmış, yaxınlıqda heç kim olmadığından onları görən olmamışdır. Bu barədə heç kimə məruzə etməmişlər, 28 noyabr N3-cü il tarixdə “Qalx” komandasında manqa komandiri MAHHXHQ-su kiçik çavuş Şahid sıra baxışı keçirərəkən əsgər Zərərçəkmiş şəxs sağ gözündə olan göyərməni görmüş, ondan nə olduğunu soruşmuş, Zərərçəkmiş şəxs isə cavabında ona çarpayıya dəydiyini bildirmiş, Şahid təkrar soruşarkən o, sıradan çıxaraq Zərərçəkmiş şəxs vurduğunu etiraf etmişdir. Həmçinin əsgər Şəxs izahatında əsgər yoldaşına qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra ondan üzr istəyərək barışdığını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, 27 noyabr N3-cü il tarixdə saat 08:30 radələrində “Gədik-2” mövqeyində yataqxananın qarşısında təyin olunmuş yerdə siqaret çəkərkən əsgər Şəxs da siqaret çəkmək üçün oraya gəlmiş, söhbət zamanı Şəxs ona nalayiq formada baş atıcı olmasına baxmayaraq manqanı idarə edə bilmədiyini demiş, həmin vaxt özünün ona yorğun olduğunu və ondan uzaq durmasını demiş, əsgər Şəxs ona nalayiq ifadə işlətmiş, cavab olaraq o da Şəxs nalayiq ifadə işlədərkən Şəxs onun yaxasından tutmuş, o da qarşılıq verərək Şəxs yaxasından tutmaq istəyərkən Şəxs onun sağ gözünə bir dəfə yumruqla vurmuşdur. Hadisədən sonra o, əsgər Şəxsla olan mübahisələri barədə heç kəsə məruzə etməmiş, ərzaq anbarına gedib soyuducudan buz götürüb sağ gözünə qoymuşdur. 28 noyabr N3-cü il tarixdə “Qalx” komandasından sonra manqa komandiri MAHHXHQ-su kiçik çavuş Şahid bədən baxışı keçirərkən onun sağ gözünün üstündə olan göyərtini görmüş, ondan kimin vurduğunu soruşmuş, cavabında heç kimin vurmadığını bildirmişdir. Sırada olan əsgər Şəxs sıradan bir addım qabağa çıxaraq onu yumruqla vurduğunu etiraf etmişdir. Bundan sonra MAHHXHQ-su kiçik çavuş Şahid mübahisə barədə taqım komandiri baş leytenant Salman Qubuşova məruzə etmiş, 30 noyabr N3-cü il tarixdə gözündən aldığı xəsarətə görə 205 nömrəli hospitala göndərilmişdir. Həmçinin əsgər Zərərçəkmiş şəxs izahatında əsgər Şəxs ondan üzr istədiyini, özünün onu bağışlamaqla, onunla barışdığını bildirərək, əsgər Şəxs barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. N nömrəli hərbi hissədə xidmət edən şahid-MAHHXHQ-su kiçik çavuş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada müvafiq hərbi hissə komandiri vasitəsilə məlumat verilməsinə baxmayaraq, onun məhkəmə iclasında iştirakı N №-li hərbi hissə komandanlığı tərəfindən təmin edilməmiş və bu barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə, şahid MAHHXHQ-su kiçik çavuş Şahid izahatlarının ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən Şahid ibtidai araşdırma zamanı verdiyi izahatına əsaslanmadığını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs tərəfindən baş vermiş hadisə barədə ətraflı şəkildə məlumat verilməsini və onun öz təqsirini etiraf etməsini nəzərə alaraq, şahid kiçik çavuş Şahid iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və onun izahatının elan edilməsini, o cümlədən qərarın əsaslandırılması zamanı onun izahatına istinad olunmasını müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.3, 112.1.4 və 115-ci maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı elan olunaraq tədqiq olunmuş şahid MAHHXHQ-su kiçik çavuş Şahid ibtidai araşdırma zamanı verdiyi izahatında göstərmişdir ki, o, 28 noyabr N3cü il tarixdə “Gədik-2” mövqeyində “Qalx” komandasından sonra şəxsi heyətə baxış keçirən zaman manqanın əsgər Zərərçəkmiş şəxs sağ göz nahiyəsində göyərmə olduğunu müşahidə etmiş, ondan gözündən kimin vurmasını soruşduqda heç kimin vurmadığını çarpayıya dəydiyini bildirmiş, ona düzgün danışmasını dedikdə sırada olan əsgər Şəxs sıradan çıxaraq Zərərçəkmiş şəxs sağ göz nahiyəsindən yumruqla vurduğunu etiraf etmiş, ondan nə səbəbə və nə vaxt vurduğunu soruşduqda Şəxs 27 noyabr N3-cü il tarixdə saat 08:30 radələrində yataqxananın qarşısında Zərərçəkmiş şəxslə siqaret çəkərkən ona nalayiq formada manqanı idarə edə bilmədiyini deməsi səbəbindən aralarında mübahisə yarandığını bu zaman Zərərçəkmiş şəxs yaxasından yapışıb sağ göz nahiyəsinə bir dəfə yumruqla vurduğunu, daha sonra oradan çıxıb getdiyini bildirmişdir. Bu barədə olanları Zərərçəkmiş şəxs soruşmuş, o da deyilənləri təsdiq etmişdir. Sonra taqım komandiri baş leytenant Salman Qubuşova məruzə etmiş, o, isə bu barədə adiyəti üzrə məruzə etmişdir. Daha sonra əsgərlər Zərərçəkmiş şəxs və Şəxs bölük mərkəzinə oradan isə hərbi hissəyə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə ibtidai araşdırma dövründə dindirilmiş şahidin izahatını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 yanvar N4-cü il tarixli qərardan görünür ki, əsgər Şəxs əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. N №-li hərbi hissə komandirinin N iyun N3-cü il tarixli, 181 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Şəxs N №-li hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün 1ci taqımında radiotelefonçu vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli, 284 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs N №-li hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün 1-ci taqımının 2-ci manqasında baş atıcı vəzifəsinə təyin edilmişdir. X4 “Məhkəmə-Tibbi Ekspertizası”nın 11 dekabr N3-cü il tarixli, 430 №-li ekspert rəyindən belə müəyyən olunur ki, əsgər Zərərçəkmiş şəxs xx.xx.N3-cü il tarixdə məhkəmə-tibbi ekspertizasından keçirilmiş, ekspert rəyində əsgər Zərərçəkmiş şəxs almış olduğu “göz qapaqlarının dərialtı hematoması əlamətləri ilə qaş nahiyəsinin yumşaq toxmalarının əziyi” xəsarətinin bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsinin istisna edilmədiyi, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş 05 dekabr N3-cü il tarixli, 1406 №-li arayışdan görünür ki, əsgər Şəxs və əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmamışdır. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan 02 dekabr N3-cü il tarixli xidməti xasiyyətnamələrdə əsgər Şəxs və Zərərçəkmiş şəxs mənfi xarakterizə olunmuşlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş əsgər Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əsgər Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi və nalayiq ifadə işlətməsi ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməyə görə- on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 22 dekabr N1-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati Xətalar Məcəlləsinin 43.1 və 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara görə hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 22 dekabr N1-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hərbi qulluqçulara münasibətdə inzibati tənbehin tətbiq edilməsi preventiv və mühafizə məqsədləri daşıyır. Preventiv məqsəd hərbi qulluqçular tərəfindən inzibati hüquq pozuntularının törədilməsinin qarşısının alınmasında, mühafizə məqsədi isə hərbi-hüquq münasibətlərinin subyektlərinin hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin mühafizəsinin və müdafiəsinin, hərbi qulluqçuların hərbi xidmətkeçmə qaydalarının təmin olunmasında ifadə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq əsgər Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinin müddəalarına uyğun olaraq əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral N3-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərar dərhal icra olunsun.
3. İnzibati həbsin əvvəli 18 yanvar N3-cü il tarixdən hesablansın.
4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxına həvalə edilsin.
5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxına təhvil verilməsi onun xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.
6. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Abil Orucəliyev