Məhkəmə qərarları › İş №3-1(092)-5/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-5/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-5/2025 22.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Seyidov Eyvaz Yusif oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X2, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: xx xxxxxx 1987-ci il tarixdə Şərur rayonunun Xok kəndində doğulmuş, ailəli, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, deməsinə görə il ərzində inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Kəngərli rayon Xök kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsində xidmət edən (FİN xxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunundan daxil olmuş 3-3-250\1-128\20204 saylı İnzibati xəta haqqında İşin materiallarında olan və ona əlavə edilmiş sənədlərdən görünür ki, N saylı hərbi hissənin zabiti baş leytenant X1 tabeliyində xidmət edən hərbi qulluqçulara qarşı qanunsuz hərəkərlərə yol verməsi ilə 3-3-250\1-72C\2024 nömrəli araşdırma materialı üzrə müəyyən edilmiş qanun pozuntularının onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair Naxçıvan Hərbi Prokurorluğu tərəfindən imzalanmış 09.09 2024-cü il tarixli 3-3-250\2-032920\2024 nömrəli təqdimat xx.xx.2024-cü il tarixdə N saylı hərbi hissəyə daxil olaraq hərbi hissə komandiri vəzifələrini icra edən polkovnik leytenant Şahid2 tərəfindən icra olunması üçün hərbi hissə komandirinin hüquq işləri üzrə köməkşisi, ədliyyə kapitanı Şəxs tapşırılmış, qanunla müəyyən edilmiş bir ay müddətində, yəni 12.10. 2024-cü il tarixədək təqdimata cavab verilməli olduğu halda təqdimata həmin müddətədək baxılıb Prokurorluğa nəzərdə tutulmuş müddətdə cavab verilməsi təmin olunmamış, yalnız xx.xx.2024-cü il tarixli məktubla təqdimata cavab verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat və xəbərdar edilməsinə baxmayaraq Şahid1 Altay oğlu və Şahid2 iştirakları təmin edilməmişdir. Beləliklə N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsində xidmət edən ədliyyə kapitanı Şəxs (FİN xxxxxxx) icrası hərbi hissə komandiri tərəfindən ona tapşırılmış Naxçıvan Hərbi Prokurorluğunun təqdimatına qanunla müəyyən edilmiş bir aydan gec olmayan müddətə cavab hazırlanmasını təmin etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ədliyyə kapitanı Şəxs, şahidlər – N nömrəli hərbi hissədə xidmət edən polkovnik-leytenant Şahid1, polkovnikleytenant Şahid2, gizir Şahid3 izahatları və digər sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsində xidmət edən ədliyyə kapitanı Şəxs özünü tam təqsirli bilərək verdiyi izahatında qanun pozuntuları, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair N nömrəli hərbi hissəyə Naxçıvan Hərbi Prokurorluğundan göndərilən təqdimatların müzakirəsinin keçirilməsi, bununla əlaqədar əmr lahiyələrinin hazırlanması və təqdimatlara cavabların hazırlanması hərbi hissə komandiri tərəfindən əksər hallarda hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi olduğundan ona tapşırıldığını, bu səbəbdən də kargüzarlığın məsul icraçısı gizir Şahid3 onun üzərinə yazılmış təqdimatı hərbi hissə komandirinin dərkənarından sonra ona imza etdirməklə təqdim etdiyini, o da bir qayda olaraq təqdimatın icrasından irəli gələn məsələləri həll edib yekunda təqdimatlara cavab məktubu hazırlayıb komandirin imzası üçün kargüzarlığa təqdim etdiyini, bəzi hallarda xidməti işlərinin çoxluğundan icrası ona tapşırılmış təqdimatların baxılaraq vaxtında cavablandırılmasını təmin edə bilmədiyini, qanunvericiliyə əsasən təqdimatların hərbi hissəyə daxil olduğu gündən bir ay müddətində baxılıb prokurorluğa cavab məktubu göndərilməli olduğunu, Naxçıvan Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 3-3-250/2-032920/2024 nömrəli təqdimatının xx.xx.2024-cü il tarixdə hərbi hissəyə daxil olduğunu və elə həmin gün də hərbi hissə komandiri vəzifəsini icra edən polkovnik-leytenant Şahid2 dərkənarı ilə təqdimatın icrası ona tapşırıldığını, təqdimat ona kargüzar tərəfindən həmin gün təqdim edilsə də, xidməti işlərinin çoxluğundan unutqanlıq və səhlənkarlıq edərək təqdimatın icrasını təmin etmədiyini, təqdimatların son icra müddətlərinin yaxınlaşması barədə hərbi hissə komandirinə məlumat vermədiyindən təqdimatların icrası göstərilən tarixdə icra olunmadığını, səhlənkarlığı nəticəsində törətdiyi əməldən peşiman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini göstərdi. Məhkəmə iclasında iştirak edən Şahid3 izahatında kargüzarlığın məsul icraçısı olaraq hərbi hissəyə daxil olan təqdimatları bir qayda olaraq hərbi hissə komandirinə təqdim etdiyini, onun da təqdimatların baxılmasını əsasən hərbi hissə komandirinin hüququ işləri üzrə köməkçisi, ədliyyə kapitanı Şəxs tapşırdığını, sözügedən təqdimatları daxil olan sənədlərin qeydiyyatı kitabında qeydiyyat edib və həmin dövrdə hərbi hissə komandiri vəzifəsini icra edən, polkovnik-leytenant Şahid2 təqdim etdiyini, Şahid2 tərəfindən təqdimatlara dərkənar qoyularaq qeyd olunan tarixlərdə icrası hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə kapitanı Şəxs tapşırıldığını, təqdimatlara dərkənar qoyulan gün, yəni təqdimatlar hərbi hissəyə daxil olan həmin gün təqdimatları icra üçün Şəxs təqdim etdiyini, o da həm təqdimatın arxasına, həm də daxil olan sənədlərin qeydiyyatı kitabına imza etməklə təqdimatlarla həmin gün tanış olduğunu, icra etməsi üçün təqdimatların surətini çıxarıb elə həmin gün Şəxs verdiyini, lakin xx.xx.2024cü il tarixli təqdimata Şəxs cavab məktubu hazırlamadığını, özünün də həmin təqdimatın icra vəziyyəti ilə maraqlanmadığını, Şəxs təqdimatların vaxtında icra edilməsini xatırlatmadığını, İşinin çoxluğundan təqdimatın icrasını nəzəratdə saxlaya bilmədiyini və hərbi hissə komandirinə də bu haqda məlumat vermədiyini, bu səbəbdən də Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş təqdimatın vaxtında icra edilmədiyini göstərdi. Məhkəmə iclasında iştirakı təmin edilməyən məhkəmə iclasında ifadəsi tədqiq edilərək elan edilmiş şahidlər Şahid1 və Şahid2 izahatlarında göstərilən xüsusatları təsdiq etmişdilər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, izahatı ilə yanaşı iş üzrə dindirilmiş şahidin izahatını o, cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsində göstərilmişdir ki, prokuror bu Qanunda nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirərkən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara, yaxud vəzifəli şəxslərə təqdimat verir. Təqdimata baxılması və görülmüş tədbirlər barədə bir aydan gec olmayaraq prokurora yazılı məlumat verilməlidir. Azərbaycan Respublikasl Müdafiə nazirinin xx.xx.2022-cil tarixli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Ordusunda Kargüzarlığın Aparılmasına dair” Təlimatın 4.3-cü bəndinin tələbinə əsasən xidməti sənədləri vaxtında Təlimatın tələblərinə uyğun olaraq düzgün tərtib etmək, məzmununu aydın ifadə etmək, tapşırığı vaxtında və keyfiyyətlə yerinə yetirmək, icraya qəbul edilmiş xidməti sənədlərin icrasının vəziyyəti haqqında kargüzarlığa məlumat vermək icraçının vəzifəsidir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-3-250/2-032920/2024 nömrəli təqdimatın üzərində aparılmış qeydiyyatlardan görünür ki, həmin təqdimat xx.xx.2024-cü il tarixdə N hərbi hissəyə daxil olmuş, həmin tarixdə polkovnik-leytenant Şahid2 tərəfindən təqdimatın üzərində “H.İ.Ü.K. müvafiq qaydada icra edin dərkənarı qoyulmuş, təqdimatın arxa səhifəsində aparılan qeydlərdən isə görünür ki, Şəxs həmin tarixdə təqdimatla tanış olmuşdur. N nömrəli hərbi hissə komandiri polkovnik-leytenant Şahid1 imzaladığı xx.xx.2024-cü il tarixli, 2753 nömrəli məktubun məzmunundan görünür ki, Naxçıvan Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 3-3-250/2-032920/2024 nömrəli təqdimatına baxılmış və həmin tarixdə Prokurorluğa cavab verilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə ədliyyə kapitanı Şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsində xidmət edən ədliyyə kapitanı Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsinə əsasən Məhkəmənin xüsusi qərardadı (qərarı) və ya hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatı üzrə tədbirlər görülməməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğındə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 43, 48-51, 53.1.7, 106, 109.2, 115, 117, 128-130, 527-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar