Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-50/2025 19.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə baş leytenantı Seyidov Vilayət M.Saleh oğlunun, Vəkil: X1, Zərər çəkmiş şəxslər: Əsgər Zərərçəkmiş şəxs1, Əsgər Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə 01 avqust 2005-ci ildə Şərur rayonu Qışlaqabbas kəndində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, 1 il ərzində inzibati xəta törətməmiş, Şərur rayonu Qışlaqabbas kəndində daimi qeydiyyatda olan, N №-li hərbi hissənin 1-ci motoatıcı tabor, 1-ci bölük, 1-ci taqım, 3-cü manqasının atıcısı vəzifəsində xidmət edən, əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, N №-li hərbi hissənin 1-ci motoatıcı tabor, 1-ci bölük, 1-ci taqım, 3-cü manqasının atıcısı vəzifəsində xidmət edən, əsgər Şəxs (SX № 0798598) 27 aprel 2025-ci il tarixdə saat 19:30 radələrində hərbi hissənin şərti olaraq “Çay” adlandırılan ön xətt mövqeyinin yeməkxanasına getmiş, tabelik münasibətlərində olmayan həmin manqada baş atıcı vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs1 şam yeməyini yediyi üçün Şəxs qaz sobasının üzərində olan çaydanı götürməsini bildirmiş, Şəxs çaydanı götürdükdən sonra öz üstünlüyünü nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadə işlədərək onun şərəf və ləyaqətini alçaltmışdır. Həmçinin, Şəxs həmin vəzifədə xidmət edərkən 28 aprel 2025-ci il tarixdə saat N radələrində hərbi hissənin şərti olaraq “Çay” adlandırılan ön xətt mövqeyində yataqxananın qarşısında tabelik münasibətlərində olmayan həmin manqada baş atıcı vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs1 və həmin manqada heyət nəfəri-atıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs2 siqaret çəkərkən Şəxs öz üstünlüyünü nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadə işlədərək onların şərəf və ləyaqətini alçaltmışdır. Bundan başqa, Şəxs həmin vəzifədə xidmət edərkən 30 aprel 2025-ci il tarixdə saat N radələrində hərbi hissənin şərti olaraq “Çay” adlandırılan ön xətt mövqeyində müşahidəyə getmiş, tabelik münasibətlərində olmayan həmin manqada heyət nəfəri-atıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs2 döyüş növbətçiliyini apararkən Şəxs öz üstünlüyünü nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular birbirinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadə işlədərək yanına çağırmaqla onun şərəf və ləyaqətini alçaltmışdır. Beləliklə, N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs, zərər çəkmiş şəxslər əsgərlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, şahidlər əsgərlər Şahid1, Şahid2 izahatları və digər sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs izahatında 30 yanvar 2025-ci il tarixdən N №-li hərbi hissənin şərti olaraq “Çay” adlandırılan mövqeyində xidmət etdiyini, 30 aprel 2025-ci il tarixdə saat N radələrində yataqxanaya gələn su borusunu düzəltmək üçün müşahidəyə tərəf getdiyini, həmin zaman əsgər Zərərçəkmiş şəxs2 döyüş növbətçiliyini apardığı əraziyə girəcəyini zənn edib, ona qarşı nalayiq ifadə işlətdiyini, o da, cavabında Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadə işlətdiyini, başqa vaxtlarda Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlətmədiyini göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs1 izahatında 17 iyul 2024-cü il tarixdən N №-li hərbi hissənin şərti olaraq “Çay” adlandırılan ön xətt mövqeyində xidmət etdiyini, əsgər Şəxs 30 yanvar 2025-ci il tarixdən həmin mövqedə xidmət etdiyini, onu xidmət müddətində görüb tanıdığını, 27 aprel 2025-ci il tarixdə saat 19:30 radələrində mövqenin yeməkxanasında şam yeməyini yeyərkən Şəxs də yeməkxanaya gəldiyini, ayaqüstə olduğu üçün ona qaz sobasının üzərində olan çaydanı götürməsini bildirdiyini, Şəxs qaz sobasının üzərində çaydanı götürdükdən sonra onun ünvanına nalayiq ifadə işlətdiyini, həmin zaman Şəxs cavab vermədiyini, Şəxs ona nalayiq ifadə işlətməsini əsgər Şahid2 eşitdiyini, 28 aprel 2025-ci il tarixdə mövqedə olan yataqxananın çöl tərəfdən qapısının yanında əsgər Zərərçəkmiş şəxs2lə birlikdə siqaret çəkərkən Şəxs onlara yaxınlaşdığını, heç bir səbəb olmadan onların ünvanına nalayiq ifadə işlətdiyini, ondan nə səbəbə onları söyməsini soruşduqda heç bir cavab vermədiyini göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs2 izahatında 30 yanvar 2025-ci il tarixdən N №-li hərbi hissənin şərti olaraq “Çay” adlandırılan mövqeyində xidmət etdiyini, əsgər Şəxs 30 yanvar 2025-ci il tarixdən həmin mövqedə xidmət etdiyini, 26 aprel 2025-ci il tarixdən özünü intizamsız aparmağa, onunla və digər əsgər yoldaşları ilə kobud davranmağa, özünü digər əsgərlərdən üstün görməyə başladığını, 28 aprel 2025-ci il tarixdə saat N radələrində mövqedə olan yataqxananın girişində, çöldə yanında olan əsgər Zərərçəkmiş şəxs1 ilə birlikdə siqaret çəkərkən Şəxs onlara yaxınlaşdığını, heç bir səbəb olmadan onların ünvanına nalayiq ifadə işlətdiyini, ondan nə səbəbə onları söyməsini soruşduqda heç bir cavab vermədiyini, 30 aprel 2025-ci il tarixdə saat N radələrində döyüş növbətçiliyində olarkən Şəxs müşahidəyə getdiyini, ünvanına nalayiq ifadə işlədərək onu yanına çağırdığını, Şəxs nə üçün icazəsiz mövqeyə gəldiyini soruşduqda Şəxs yataqxanaya tərəf getdiyini, həmin zaman orada olan əsgər Şahid1 da bu hadisənin şahidi olduğunu, bu barədə tabor komandiri mayor Murad Əliyevə şikayət etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid1 izahatında 30 yanvar 2025-ci il tarixdən N №-li hərbi hissənin şərti olaraq “Çay” adlandırılan mövqeyində xidmət etdiyini, 30 aprel 2025-ci il tarixdə saat N radələrində döyüş növbətçiliyində olarkən Şəxs müşahidəyə getdiyini, onunla birlikdə döyüş növbətçiliyində olan əsgər Zərərçəkmiş şəxs2 nalayiq ifadə işlədərək yanına çağırdığını, R.Zərərçəkmiş şəxs2Rzayevdən nə üçün icazəsiz mövqeyə gəldiyini soruşduqda o, cavab vermədiyini, qayıdıb yataqxanaya tərəf getdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid2 izahatında 08 aprel 2025-ci il tarixdən N №-li hərbi hissənin şərti olaraq “Çay” adlandırılan ön xətt mövqeyində xidmət etdiyini, əsgər Şəxs xidmət müddətində görüb tanıdığını, Şəxs 2025-ci ilin aprel ayının sonlarından özünü intizamsız aparmağa, özünü digər əsgərlərdən üstün görməyə başladığını, 27 aprel 2025-ci il tarixdə saat 19:30 radələrində mövqenin yeməkxanasında əsgər Zərərçəkmiş şəxs1 ilə şam yeməyini yeyərkən Şəxs oraya gəldiyini, ayaqüstə olduğu üçün Zərərçəkmiş şəxs1 ona qaz sobasının üzərində olan çaydanı götürməsini bildirdiyini, Şəxs qaz sobasının üzərindən çaydanı götürdükdən sonra Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadə işlətdiyini, həmin zaman Zərərçəkmiş şəxs1 Şəxs hər hansı cavab vermədiyini göstərmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissədən təqdim edilmiş N №-li arayışda əsgərlər Şəxs ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə əsgər Şəxs mənfi xarakterizə edilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslərlə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. 10-cu, haliyədə 7-ci Hərbi Polis bölməsinin rəisinin 23 noyabr 2024-cü il tarixli 488 №-li məktubunda hauptvaxtın fəaliyyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinə əsasən inzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, hauptvaxta qəbulu, saxlanması, mühafizəsi və həbsdən azad edilməsi tələblərinə uyğun olmadığından hauptvaxtın fəaliyyətinin dayandırıldığı göstərilmişdir. Belə ki, bu səbəbdən də inzibati xəta törətmiş şəxs əsgər Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində cəzalandırılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əsgər Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, əsgər Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.
2. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına həvalə edilsin.
3. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar N nömrəli hərbi hissənin komandanlığına göndərilsin.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim İlham İbrahimov