Məhkəmə qərarları › İş №3-1(092)-52/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-52/2024

29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-52/2024 29.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X1, Vəkil: X2, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: MAHHX HQ əsgər Şəxs iştirakları ilə xx xxxxxx 1994-cü ildə Şərur rayonunun Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Şərur rayonunun Çərçiboğan kəndində qeydiyyatda olan, 4-cü taborunun 12-ci bölüyünün, 2-ci taqımının, 2-ci manqasında baş atıcı vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi qulluqçu əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 26 yanvar 2024-cü ildə saat 11 radələrində həmin mövqedə xidmət edən, aralarında tabelik münasibətləri olmayan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Zərərçəkmiş şəxs vəzifə borcunu bilməməsi səbəbindən onunla aralarında yaranmış mübahisə zəminində əsgər Zərərçəkmiş şəxs yaxınlaşaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub ona qarşı nalayiq ifadə işlədib sinəsindən yumruqla bir dəfə vuraraq zor tətbiq etməklə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs ifadəsində 26 yanvar 2024cü il tarixdə saat 11 radələrində çavuş M.Əhmədov əsgərləri yataqxananın qarşısında düzüb onlardan vəzifə borcunu soruşduğunu, o, da həmin vaxt ərazidə qar təmizlədiyini, Zərərçəkmiş şəxs cavab verə bilmədikdə müdaxilə edib “istirahətindən kəs, canı çıxsın vəzifə borcunu öyrənsin” dediyini, əsgər İsmayılov ona sən kimsən dedikdə yaxınlaşıb onun gödəkcəsinin sinə hissəsindən yapışıb silkələyərək “niyə vəzifə borcunu öyrənmirsən” dediyini, Zərərçəkmiş şəxs da bundan sonra qəfil olaraq onu yumruqla vurduğunu, zərbənin təsirindən bir anlıq başı hərləndiyindən arxaya gedib əsgər yataqxanasının artırmasının taxta dirəyinə söykəndiyini, burnu möhkəm ağrımış və qanamağa başladığını, hadisədən təxminən yarım saat sonra əsəbi olduğuna görə ona “var- yoxunu filan edim, postdan get, səni döyüb öldürəcəm” dediyini, ona başqa söz demədiyini göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında 26 yanvar 2024-cü il tarixdə saat 11:00 radələrində ərazini təmizləyərkən çavuş Müşfiq Əhmədov manqanın əsgərlərinin vəzifə borclarını soruşmağa başladığını, həmin vaxt müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs çölə çıxıb durduqların yerdən arxada qar təmizləməyə başladığını, sırada həmin vaxt əsgərlər Şahid2, Şahid1, Tahir Quliyev və o, olduğunu, həmin vaxt çavuş M.Əhmədovdan birinci istirahət etmək üçün icazə istədikdə o, “hələ düzülün görək vəzifə borclarınızı bilirsiz” deyib ondan vəzifə borcunu soruşmuş, o, vəzifə borclarını bilməmiş, çavuş M.Əhmədov ondan niyə öyrənmədiyini soruşduqda həmin vaxt MAHHXHQ əsgər Şəxs sıranın arxasından söhbətə müdaxilə edib nalayiq ifadə işlədərək “başını niyə yorursan, istirahətlərindən kəs oxusunlar” dediyini, Şəxs tərəf dönərək “ehtiyac yoxdu, söyüşlə danışma” dedikdə Şəxs lapatkanı yerə tullayıb onun üzərinə gəlib ona qarşı nalayiq ifadə işlədərək sinəsindən yumruqla vurduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində 26 yanvar 2024cü il tarixdə saat 11 radələrində çavuş Müşfiq Əhmədov onları əsgər yataqxanasının qarşısında düzüb vəzifə borclarını soruşduğunu, həmin vaxt Zərərçəkmiş şəxs vəzifə borcunu bilmədiyini, çavuş M.Əhmədov ona irad bildirib niyə vəzifə borcunu öyrənməməsini soruşduqda o, öyrənəcəyini dediyini, həmin vaxt kənarda qar təmizləyən Şəxs onların söhbətinə yersiz müdaxilə edib ümumi olaraq nalayiq ifadə işlədərək “istirahətlərini kəs, vəzifə borcunu öyrənsinlər" dediyini, əsgər Zərərçəkmiş şəxs da ona niyə söyüşlə danışırsan dedikdə Şəxs də əlindəki lapatkanı yerə tullayıb əsgər Zərərçəkmiş şəxs yaxınlaşaraq onun sinəsindən yumruqla vuraraq onun var-yoxunu söydüyünü göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid2 şahid qismində dindirilmiş əsgər Şahid1 ilə oxşar izahat vermişdir. İş materialına əlavə edilmiş əsgər Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizadan keçirilmiş, təqdim edilmiş 19 fevral 2024-cü il tarixli, 84 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs bədən səthində xx.xx.2024-cü il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 6 Nsli əmrindən çıxarışda əsgər Zərərçəkmiş şəxs hərbi hissənin 4-cü tabor 12-ci bölüyünün 2-ci taqımının 2-ci manqasının pulemyotçusu vəzifəsinə təyin edildiyi göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 295 №-li əmrindən çıxarışda MAHHX HQ əsgər Şəxs hərbi hissənin 4-cü tabor 12-ci bölüyünün 2-ci taqımının 2-ci manqasının baş atıcısı vəzifəsinə təyin edildiyi göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığından verilmiş xidməti xasiyyətnamədə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mənfi xarakterizə olunmuşdur. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığından verilmiş xidməti xasiyyətnamədə zərərçəkmiş şəxs Şəxs mənfi xarakterizə olunmuşdur. İş materialına əlavə edilmiş N №-li hərbi hissədən alınmış arayışda N №-li hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 2-ci taqım 2-ci manqasının baş atıcısı vəzifəsində xidmət edən MAHHX HQ əsgər Şəxs ilə 4-cü taborunun 12-ci bölüyünün 2-ci taqım 2-ci manqasının pulemyotçusu əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N №-li hərbi hissədə xidmət edən müddətən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şəxs Mrüvət oğlu onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən MAHHX HQ əsgər Şəxs Mrüvət oğlunun törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən MAHHX HQ əsgər Şəxs Mrüvət oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən MAHHX HQ əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, MAHHX HQ əsgər Şəxs Mrüvət oğlunun Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. MAHHX HQ əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası MAHHX HQ əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın

3. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.

4. MAHHX HQ əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.

5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar