Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-53/2024 29.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi vəzifəsi üzrə stajoru X2, Vəkil: X3, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx xxxxxx N02-ci ildə Yardımlı rayonunun Tahirli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, ünvan 1 ünvanında daimi qeydiyyatda olan, N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, N nömrəli hərbi hissədə xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Babayev X4 Nazirliyinin Naxçıvan şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissənin 1-ci ağır yükdaşıma bölüyünün 2-ci ağır yükdaşıma taqımının 1-ci ağır yükdaşıma manqasında takelaşçı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən, N24-cü ilin yanvar ayının ortalarında N N-li hərbi hissədən xidmət etdiyi hərbi hissəyə ezam olunmuş, tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs yanına çağırıb ona çayçıya 30 manat borcu olduğunu bildirmiş, ona “30 manat pul tapıb gətirməlisən, yoxsa problem yaşayacaqsan” deyərək hədə-qorxu gəlib təkidlə 30 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs pulu olmadığını dedikdə isə, onun üstünə yenidən hirslənərək hədə-qorxu tətbiq etməklə “mən bilmirəm get tap gətir” demiş, Şəxs tətbiq etdiyi hədə- qorxu nəticəsində Zərərçəkmiş şəxs qorxaraq onunla birlikdə ezamiyyətdə olan əsgər Şahid söhbəti açıb Şəxs pul istəməsini, pul tapıb verməsələr problem olacağını deyərək Şahid pul verməyə razı salmış, Şahid da Şəxs qorxduğu üçün ailəsi ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb Şəxs dediyi kart hesabına göndərtdirmiş, bununla da, Şəxs müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı hədə-qorxu tətbiq etməklə özgənin az miqdarda əmlakını tələb etmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs ifadəsində N24-cü ilin yanvar ayında N №-li hərbi hissədən xidmət etdiyi N №-li hərbi hissəyə N nəfər əsgər ezam olunduqlarını, N24-cü ilin yanvar ayının ortalarında işçi qüvvə kimi N nömrəli hərbi hissədən onun xidmət etdiyi hərbi hissəyə ezam olunmuş on əsgərdən biri olan əsgər Zərərçəkmiş şəxs yanına çağıraraq əsgər çayxanasına 30 manat borcunun olduğunu və Zərərçəkmiş şəxs 30 manat borca pul tapmasını istədiyini, əsgər Zərərçəkmiş şəxs özündə pulun olmadığını, lakin onunla birlikdə ezam olunmuş əsgərlərdən maraqlanacağını dediyini. o, Zərərçəkmiş şəxs pulu tapdığı halda, N nömrəli hərbi hissənin daimi heyətindən hansısa bir əsgərdən kart tapmasını və həmin tapdığı kart hesabına pulu köçürməsini istədiyini, kart hesabı kimin olur olsun həmin kartdan dostunun kartına pulu köçürəcəyini planlaşdırdığını, həmin gün Zərərçəkmiş şəxs ona yaxınlaşaraq əsgər Şahid 30 manat borca pul tapdığını, kart hesabını isə onunla birgə xidmət edən N nömrəli hərbi hissənin əsgəri X1 aldığını bildirdiyini, Zərərçəkmiş şəxs onun üçün Şahid istədiyi 30 manat borc pulu H.İbadovdan aldığı kart hesabına köçürüldüyünü bildirdiyini göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində N nömrəli hərbi hissənin N əsgəri onunla birlikdə 07.01,N24-cü il tarixdə N nömrəli hərbi hissəyə ezam olunduqlarını, N nömrəli hərbi hissənin qərargah bölüyündə əsgər yataqxanasında qaldıqlarını, hər səhər yeməklərini yedikdən sonra N nömrəli hərbi hissəyə gedərək orada onlara ayrılan işləri gördüyünü, axşam isə yenə N nömrəli hərbi hissəyə qayıtdıqları, yanvar ayının ortaları N nömrəli hərbi hissənin ərazisində olan güllərə qulluq etmək işlərinə baxdıqlarını, axşam tərəfi işləri yekunlaşandan sonra N nömrəli hərbi hissəyə qayıtdıqda əsgər yataqxanasına daxil olarkən N nömrəli hərbi hissənin qərargah bölüyünün əsgəri X5 onu yanına çağırıb, deyib ki, bir yerdə xidmət etdikləri əsgər Şəxs onu çağırır dediyini, həmin vaxtı əsgər Şəxs kazarmanın qarşısında dayanaraq siqaret çəkdiyini, o, əsgər İbadovla əsgər Babayevin yanına getdiyi vaxt saat 19 radələri olduğunu, əsgər Şəxs mağazaya 30 manat borcu olduğunu bildirərək ondan “30 manat pul tapıb gətirməlisən, yoxsa problem yaşayacaqsan” deyib hədələyərək 30 manat pulun tapılıb gətirilməsini istədiyini, onun Şəxs ümumiyyətlə üzərində pulu olmadığını, Şəxs ona zəhmlə “bilmirəm get 30 manat mənə pul tap gətir” dediyini, Şəxs ona problem yaşayacaqsan dedikdə, onu döyəcəyini, incidəcəyini, yaxud da əsgərlər arasında hörmətini, nüfuzunu aşağı salacağını düşündüyünü, həm də, Şəxs fiziki cəhətdən güclü olduğu üçün onun buna fiziki imkanlarının da olduğunu bildiyini, bütün əsgərlər, həmçinin N nömrəli hərbi hissənin əsgərlərinin Şəxs çəkindiyini və qorxduğunu bildiyini, buna görə qorxduğundan pul tapmaq üçün Şahid müraciət etdiyini, yuxarıda adları sadalanan əsgərlərlə birlikdə və göstərilən tarixdə N nömrəli hərbi hissəyə ezam olunduqları gündən əsgər H.İbadov və əsgər Şəxs özlərini ona və digər əsgərlərə nizam-intizamsız və əsgərlər üzərində qorxu yaradan kimi tanıdıqlarını, belə ki, həmin hərbi hissəyə ezam olunduqları gündən əsgər H.İbadov “mən bölüyün starışısıyam, əsgər Şəxs isə briqadanın starşısıdır” deyərək onlarda qorxu hissi yaratmağa çalışdığını, adlarını bilmədiyi N nömrəli hərbi hissənin bəzi əsgərlərindən əsgər Şəxs hərbi xidmətə gəlməmişdən əvvəl məhkumluğu olduğunu eşitdiyini, oğurluğa, narkotik vasitələrdən istifadə etməsinə görə məsuliyyətə cəlb edildiyini, əsgərlər Şəxs və H.İbadovun hərbi hissədə açıq şəkildə smartfon tipli mobil telefon işlətməsi də o və ezam olunan əsgərlər tərəfindən açıq aşkar göründüyünü, bunları bildiyi halda əsgər Şəxs ondan 30 manat pul istəyəndə qorxub ki, həmin 30 manatı ona tapıb gətirməsə ona qarşı pis rəftar edəcəklərini, xidmət müddətində ona problem yaşadacaqlarından, onu döyəcəklərindən qorxduğunu, ona görə Şəxs və H.İbadovun yanından ayrılandan sonra həmin gün bu söhbəti əsgərlər Amin İsmayıllı, əsgər Ruslan Əliyev və əsgər Şahid çatdırdığını, əsgərlər A.İsmayıllı və R.Əliyev pullarının olmadığını bildirdiyini, əsgərlər Şəxs və H.İbadovdan qorxduğu üçün əsgər Şahid söhbəti açıq aydın danışdığını, Şahid pul tapıb əsgərlər Babayev və İbadova verməsələr günlərini qara edəcəklərini dediyini, əsgər Şahid da xidmətində problem yaşamaq istəmədiyi üçün qorxub çəkindiyindən 30 manatı vermək üçün razılaşdığını, əsgər Şahidla birlikdə axşam yeməyindən sonra saat N radələrində əsgərlər Şəxs və H.İbadovun yanına getdiklərini, əsgər Şəxs əsgər Şahid 30 manat borcunun olmasını, pul lazım olmasını dediyini, əsgər Şahid qorxduğu üçün əsgər Şəxs pulun nəyə lazım olduğunu soruşmadı və əsgər Şəxs pulu olmadığını bildirdiyini, əsgər Şəxs əsgər Şahid dedi ki, “əsgər H.İbadov sənə bank kartının nömrəsini verəcək, atana zəng et 30 manat pulu əsgər H.İbadovun verdiyi kart hesabına göndərsin” dediyini, bundan sonra əsgər Şahid həmin vaxt əsgər Babayevin verdiyi telefonla atasına zəng edərək əsgər H.İbadovun verdiyi kart hesabına 30 manat pul göndərməsini istədiyini, onlar otaqda olanda Balahüseynovun atası 30 manatı verilən karta atdığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid ifadəsində N №-li hərbi hissənin N əsgəri ilə birlikdə xx.xx.N24-cü il tarixdə N nömrəli hərbi hissəyə ezam olunduqlarını, N nömrəli hərbi hissəyə gedərək orada onlara ayrılan işləri görüb, axşam isə yenə N nömrəli hərbi hissəyə qayıtdıqlarını, N24-cü ilin yanvar ayının ortalarında onlarla ezam olunan əsgər Zərərçəkmiş şəxs ona yaxınlaşıb “İbadovla Babayevin çayçıya borcları var verə bilərsən?” dediyini, əsgər Zərərçəkmiş şəxs ilk öncə pulunun olmadığını dediyini, lakin həmin əsgərlərdən qorxub çəkindiyi üçün və xidmətində problem yaranmasını istəmədiyindən 30 manatı vermək istədiyini, N nömrəli hərbi hissəyə ezam olunduqları gündən əsgər H.İbadov və əsgər Şəxs özlərini ona və digər əsgərlərə nizam intizamsız və əsgərlər üzərində qorxu yaradan kimi tanıtdıqlarını, hərbi hissəyə ezam olunduqları gündən əsgər H.İbadov “mən bölüyün starışısıyam, əsgər Şəxs isə briqadanın starışıdır” deyərək onlarda qorxu hissi yaratmağa çalışdıqlarını, qorxduğu üçün pulun nəyə lazım olmasını soruşa bilmədiyini, əsgər Şəxs pulu təkidlə tələb etdiyini, İbadovun kartın nömrəsini kağıza yazılmış “Kapital Bank”-a məxsus plastik kartın üzərində olan 16 rəqəmli şifrəni ona verdiyini, əsgər Babayev ona bir ədəd qara rəngli sadə telefon verib atası ilə danışmasını tələb etdiyini, həmin pulu göndərməsi üçün atasına zəng edib, valideyni də həmin hesaba elə həmin vaxt 30 manat pul göndərdiyini, sonra İbadova pulu göndərtdirdiyini dediyini, pulu alandan sonra həmin pulu ona qaytarmadıqlarını göstərmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissədən təqdim edilmiş arayışda hərbi hissənin əsgəri Şəxs ilə N №-li hərbi hissədən ezam olunmuş əsgərlər Şahid, Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə əsgər Şəxs mənfi xarakterizə edilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgər Şahid müsbət, əsgər Zərərçəkmiş şəxs isə mənfi xarakterizə edilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.2-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə, yaxud hədə-qorxu tətbiq etməklə özgənin az miqdarda əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə - bir aydan üç ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral N23-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1 (bir) ay 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın
3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.
4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.
5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.
6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim İlham İbrahimov