Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-53/2025 21.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X2, Vəkil: X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: MAHHX HQ əsgər Şəxs iştirakları ilə xx xxxxx 2001-ci ildə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, ünvan 1 ünvanında yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühafizə taborunun, 1-ci mühafizə bölüyünün 1-ci mühafizə taqımının, 1-ci mühafizə manqasının komandiri vəzifəsində xidmət edən, MAHHX HQ əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 21 may 2025-ci il tarixli, 3-3-250/2-018930/2025 №li məktubu ilə MAHHX HQ əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 21 may 2025-ci il tarixli, 43 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 21 may 2025-ci il tarixli, 43 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühafizə taborunun, 1-ci mühafizə bölüyünün 1-ci mühafizə taqımının, 1-ci mühafizə manqasının komandiri vəzifəsində xidmət edən, MAHHX HQ əsgər Şəxs ( FİN xxxxxxx ) N aprel 2025-ci il tarixdə, saat 15:00-da xidmət yerinə gəlməli olduğu halda üzrlü səbəblər olmadan 29 aprel 2025-ci il saat 15:30-dək xidmət yerinə gəlməmiş, onun üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmamışdır. Faktla bağlı N №-li hərbi hissə tərəfindən araşdırma aparılaraq, MAHHX HQ əsgər Şəxs qeyd edilən əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində müvafiq qərar qəbul edilməsi üçün toplanmış material Naxçıvan Hərbi Prokurorluğuna göndərilmişdir. MAHHX HQ əsgər Şəxs əməllərində inzibati xəta əlamətləri olduğundan onun barəsində 21 may 2025-ci il tarixdə Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Aqil Axundov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs izahatında hərbi xidmətdən tərxis olunmaq istədiyini, intizamsızlıq edərsə hərbi xidmətdən tərxis olunacağını düşünüb bu məqsədlə N aprel 2025-ci ildə saat 15:00-da xidmət etdiyi hərbi hissəyə gəlməli olduğu halda gəlmədiyini, bir neçə gün sonra 29 aprel 2025-ci ildə saat 11:00 radələrində xidmət yerinə gəldiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş leytenant Şahid1 və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şahid2 eyni məzmunda izahat verərək, izahatlarında MAHHXHQ əsgər Şəxs 2025-ci ilin aprel ayının 23-dən 29-dək xidmət yerinə gəlmədiyini göstərmişlər. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamədə Şəxs mənfi xarakterizə olunmuşdur. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissənin N nömrəli və N nömrəli əmrdən çıxarışlarına əsasən MAHHXHQ əsgər Şəxs N aprel 2025-ci il saat 15-dən N aprel 2025-ci il saat 15:30-dək xidməti yerində olmamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsində qeyd edilir ki, hərbi qulluqçular üçün həftədə 41 saatdan çox olmayan xidmət vaxtı müəyyən edilmişdir. İnzibati materialdan aydın olur ki, 2025-ci ilin təqvimində aprel ayının 23-ü həftənin çərşənbə, 24-ü cümə axşamı, 25-i cümə günü, 28-si bazar ertəsi, 29-u çərşənbə axşamı olmaqla iş günləri, aprel ayının 26-sı və 27-i isə həftənin şənbə və bazar günləri olmaqla qeyri-iş günləri olduğundan MAHHXHQ əsgər Şəxs üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında gəlməməsi 4 (dörd) iş günü müddətində olmuşdur. İş materialına əlavə edilmiş sənədlərdən, müvafiq aktlardan görünür ki, MAHHXHQ əsgər Şəxs N nömrəli hərbi hissədə xidmət edərkən N aprel 2025-ci il tarixdə, saat 15:00dan 29 aprel 2024-cü il tarixdə saat 15:30-dək xidmət yerinə üzrlü səbəblər olmadan vaxtında gəlməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən olunmamışdır. İş materialına əlavə edilmiş kapitan Elmar Cəlilovun hərbi hissə komandirinə ünvanlanmış araşdırma xülasəsində MAHHXHQ əsgər Şəxs 6 gün xidmətə gəlməmsi və bununla əlaqədar araşdırma apararkən və eyni tarixli N aprel 2025-ci il tarixli 115 №-li və 29 aprel 2025-ci il tarixli 121 №-li əmrdən çıxarışlardan görünür ki, MAHHXHQ əsgər Şəxs N aprel 2025-ci il tarixdə, saat 15:00-dan 29 aprel 2024-cü il tarixdə saat 15:30-dək xidmət yerinə gəlməmişdir. İş materialına əlavə edilmiş müvafiq sənədlərdən görünür ki, Şəxs N aprel 2025-ci il tarixdə, saat 15:00-dan 29 aprel 2024-cü il tarixdə saat 15:30-dək xidmət yerinə gəlmədiyindən onun barəsində xidməti araşdırma aparıldığını lakin maddi və intizam məsuliyyətinə o, cümlədən əvvəllər cinayət və inzibati məsuliyyətə cəlb olunmamışdır. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə MAHHXHQ əsgər Şəxs mənfi xarakterizə olunmuşdur. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, MAHHXHQ əsgər Şəxs N nömrəli hərbi hissədə xidmət edərkən xx.xx.2025-ci il tarixdə saat 15:00-da xidmət yerinə gəlməli olduğu halda üzürlü səbəblər olmadan gəlmədiyini və yalnız xx.xx.2025-cl il tarixdə saat 15:30-də xidmət yerinə üzrlü səbəblər olmadan vaxtında gəlməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal olmadığından nəzərdə tutulan inzibati xətanı törətmişdir. MAHHXHQ əsgər Şəxs inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinə əsasən zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə- iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən MAHHXHQ əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən MAHHXHQ əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən MAHHXHQ əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş İnzibati Xətalar Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Elgün Əliyevin 09 dekabr 2024-cü il tarixli məktubuna əsasən 10, (7)-ci Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların Bakı şəhəri, Sumqayıt şəhəri və Gəncə şəhəri ərazisində yerləşən hauptvaxtların adlarının göstərilməsi məqsədəuyğun hesab edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, MAHHXHQ əsgər Şəxs Bakı şəhəri 1-ci Hərbi Polis Bölməsinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. MAHHXHQ əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası MAHHXHQ əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.
3. Qərarın icrası Bakı şəhəri 1-ci Hərbi Polis Bölməsinin Hauptvaxtına həvalə edilsin.
4. MAHHXHQ əsgər Şəxs Bakı şəhəri 1-ci Hərbi Polis Bölməsinin hauptvaxtına təhvil verilməsi, onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.
5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim İlham İbrahimov