Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-54/2024 30.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun köməkçisi, ədliyyə mayoru X5, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxx 2004-cu ildə Ucar rayonunun Lək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, həmin ünvanda qeydiyyatda olmaqla, hal-hazırda N saylı hərbi hissənin “Qartal” postunda xidmət edən, həmin hərbi hissənin əsgər yataqxanasında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, o, Müdafiə Nazirliyinin Naxçıvan şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinin qərargah və təchizat bölüyündə sanitar-atıcı vəzifəsində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər hərbi rütbəsində xidmət edərkən, 2024-cü ilin yanvar ayının sonlarında yataqxanada onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs Nazim oğlunu yanına çağıraraq, X3 150 manat müqabilində aldığı telefonun harada olduğunu soruşmuş, əsgər Zərərçəkmiş şəxs telefonu Culfa rayonunda yaşayan Xəyal Əliyev adlı vətəndaşa göndərdiyini dedikdə o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini pozaraq, əsgər Zərərçəkmiş şəxs “bu nə hörmətsizlikdi, sən mənə deməmiş telefonu göndərirsən, telefon işlətməyin aylıq tası var, 50 manatdı, 2 fevrala qədər vaxtın var, əgər 100 manatı gətirməsən səni panelliyə aparıb döyəcəyik, səni hamı burada incidəcək, bu barədə başqa şəxsə də məruzə edənin bacısını belə-belə eləyim” deyib qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsə qarşı hədə-qorxu tətbiq etməklə özgənin az miqdarda əmlakını tələb etmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs ifadəsində göstərmişdir ki, 21 yanvar 2024-cü ildə əsgər Zərərçəkmiş şəxs ona yaxınlaşaraq onun verdiyi bank kartına 150 manat pul göndərdiyini demiş, dəqiqləşdirib pulun göndərildiyini öyrənmiş, həmin vaxt əsgər Yusif Babayev ona dostunun kart hesabında olan 180 manat pulun ona aid olduğunu demişdir. Əvvəlcədən köçürülən 30 manat və sonradan köçürülən 150 manat pulun əsgər Y.Babayevə aid olduğunu onun özü dedikdən sonra öyrənmişdir, materialda göstərilən digər xüsusatları inkar edir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 21 yanvar 2024-cü il tarixdə, təxminən saat 18-19 radələrində əsgər Şahid ona təklikdə yaxınlaşıb “satılıq telefon var, istəmirsən?” dedikdə ondan kimin telefonun olduğunu soruşmuş, Şahid ona Şəxs bilir demiş, sonra hərbi hissənin ərazisində əsgər Şəxs görüb onun yanına gedib telefonun kimin və neçəyə olmasını soruşmuş, Şəxs isə telefonun qiymətinin 150 manat olduğunu və “kimin olması nəyinə lazımdır?” sualını vermiş, ona “problem olmayacaqsa razıyam” demişdir. Sonra onu əsgər Y.Babayevin yanına aparıb telefon işlətmək istəyən bu əsgərdir ifadəsini işlətmiş, əsgər Y.Babayev isə problem yoxdur, həll edərik deyə cavab vermiş, ona “telefonu alıb işlədərəm, kimsə görər problem olar tutar” dedikdə əsgər Y.Babayev “ narahat olma kim tutsa bizlikdi, gedib alarıq” dediyi üçün onunla razılaşmışdır. Daha sonra telefon alıb işlətmək fikrindən daşınmış, həmin günün axşamı yataqxanada əsgər Şəxs yaxınlaşaraq telefonu almaq istəmədiyini bildirdikdə əsgər Şəxs “ağzından kəlmə çıxarmısan, biz razılaşmışıq, telefonu almalısan” deyərək almayacağı təqdirdə onu döyəcəyini deyərək hədələmiş, qorxduğu üçün həmin gün 150 manat pulu valideynindən əsgər Şəxs dediyi əvvəlki kart hesabına göndərməsini istəmiş, elə həmin gün pul göndərilmiş, əsgər Şəxsla həmin vaxtı danışan zaman yanlarında heç kim olmamış, lakin sonradan əsgər Şahid bu barədə danışmışdır. Ertəsi gün əsgər Şəxs telefonu ona vermiş, telefona baxanda 150 manata dəymədiyini görmüş, telefonun nə zaryatkası, nə adaptırı, nə də nömrəsi olmamış, telefonu götürəndən sonra hərbi hissədə bağban işləyən Vüqar adlı şəxsin telefonu ilə Culfa rayonunda tanıdığı Əliyev Xəyala zəng etmiş, ona telefon olduğunu deyib telefonu ondan götürməsini istəmiş, sonra o, 22 yanvar 2024-cü ildə telefonu hospitala gələn Xəyal Əliyevə vermiş, həmin telefonu xidmət müddətində istifadə etməmişdir. Təxminən xx.xx.2024-cü il tarixdə əsgər Şəxs yataqxanada onu bölük komandirinin otağına yanına çağırmış, əsgər Şahid da orada olmuş, Şəxs ona “telefon haradadır?” sualını verdikdə ona telefonu göndərdiyini demiş, Şəxs ona “bu nə hörmətsizlikdir, sən deməmiş telefonu göndərirsən, telefon işlətməyin aylıq tası var, 50 manatdır, 2 fevrala qədər vaxtın var, əgər 100 manatı gətirməsən səni panelliyə aparıb döyəciyik, səni hamı burada incidəcək, başqa şəxsə də bunu məruzə edənin bacısını belə-belə eləyim” demiş, həmin vaxt problem olmasın deyə yaxşı deyib pulu göndərəcəyini bildirmiş, sonra oradan uzaqlaşmış, ancaq sonradan pulu göndərməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs bağışlamır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid ifadəsində göstərilən xüsusatları təsdiq etdi. Beləliklə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt, zərərçəkmiş əsgər Zərərçəkmiş şəxs Nazim oğlunun, əsgər Şahid ifadələri, əsgər Şəxsla əsgərlər Zərərçəkmiş şəxs və Şahid arasında keçirilmiş üzləşdirmə protokolları və materiala əlavə edilən digər sənədlərlə təsdiq olunur. N №-li hərbi hissə komandirnin xx.xx.2024-cü il tarixli 8 №-li əmrindən çıxarışda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular Şahid və əsgər Zərərçəkmiş şəxs hərbi hissəyə ezamiyyətə gəlmiş hesab edildiyi və qazan təminatına qoyulduqları göstərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 6 №-li əmrindən çıxarışda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular X12, Şahid, X9, X4, X10, əsgər Zərərçəkmiş şəxs, X6, X7, X2 və X8 N №-li hərbi hissədən gəldiklərinə görə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edildikləri göstərilmişdir. N №-li hərbi hissə komandanlığından verilmiş xidməti xasiyyətnamədə Şəxs mənfi xarakterizə olunmuşdur. N №-li hərbi hissə komandanlığından verilmiş xidməti xasiyyətnamədə əsgər Zərərçəkmiş şəxs müsbət xarakterizə olunmuşdur. N №-li hərbi hissədən alınmış arayışda əsgər Şəxs ilə N №-li hərbi hissədən ezam olunmuş əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, təqdim edilmiş 26 fevral 2024-cü il tarixli, 184 nömrəli ekspert rəyində təqdim olunmuş 01 ədəd istifadə olunmuş qızılı rəngli, zavod üsulu ilə istehsal olunmuş “Samsung J5” markalı mobil telefonun istifadədə olması nəzərə alınmaqla orta bazar qiymətinin 55,00 (əlli beş) manat həcmində müəyyən olunduğu göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə dindirilmiş şahidin izahatlarını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.2-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.2-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Həmin məcəllənin 612.2-ci maddəsinə əsasən isə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə, yaxud hədə-qorxu tətbiq etməklə özgənin az miqdarda əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməyə görə-bir aydan üç ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1(bir) ay 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərararın icrası Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın. 3.Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polis şöbəsinə həvalə edilsin. 4.Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandirinə həvalə edilsin.
5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Səxavət Hüseynov