Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-54/2025 30.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Axundova Nərmin Fərəməz qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun köməkçisi X, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxx 1997-ci ildə Babək rayonunun, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,(FİN № xxxxxxx), evli, orta təhsilli, Babək rayonunun Nehrəm kəndində qeydiyyatda olmaqla yaşayan, N saylı hərbi hissənin 3-cü motoatıcı taborununun, 9-cu motoatıcı bölüyünün, 2-ci motoatıcı taqımının, 2-ci motoatıcı manqasının komandiri vəzifəsində xidmət edən, MAHHXHQ-su əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü motoatıcı taborunun 9-cu motoatıcı bölüyünün 2-ci motoatıcı taqımının 2-ci motoatıcı manqasının komandiri vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs (AD № xxxxxxx) 05 may 2025-ci il tarixdə, saat 21:15 radələrində hərbi hissənin əsgər yataqxanasının sağ tərəfində siqaret çəkilməsi üçün nəzərdə tutulmuş yerdə əsgərlər uca səslə güldüyünə görə ünvansız nalayiq ifadə işlədib “yavaş gülün” demiş, leytenant Zərərçəkmiş şəxs söyüş söyənin kim olduğunu soruşmuş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs “mən idim” dedikdə, ondan nəyə görə söyüş söydüyünü soruşmuş, bu zaman əsgər Şəxs əsəbiləşərək “sən kimsən, dünənin əsgəri olmusan, mənə irad tutası şəxs deyilsən, dünən gəlmisən xidmətə, irad tuta bilmərsən” deyib leytenant Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək rəisin hərbi xidmət üzrə vəzifəsini yerinə yetirməsi zamanı şərəf və ləyaqətini alçaltmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs izahatında qeyd etmişdir ki, 05 may 2025-ci il tarixdə 9-cu bölük üzrə cavabdeh köməkçisi təyin olunmuş, 9-cu bölüyün cavabdehi leytenant Fuad Məmmədli olmuşdur. Həmin gün saat 21:15 radələrində 9-cu bölüyün əsgər heyətini yataqxanadan çaxarıb yataqxananın sağ tərəfində yerləşən siqaret çəkilən yerə aparmış, həmin vaxt 7-ci bölüyün şəxsi heyəti və bölüyün cavabdehi leytenant Zərərçəkmiş şəxs da orada olmuşdur. Bu zaman əsgərlər uca səslə güldüklərinə görə leytenant Zərərçəkmiş şəxs əsgər heyətinə sakit durmalarını bildirmiş, o da bunu görüb ümumi əsgər heyətinə “sakit olun, bir az yavaş danışın” demiş, həmin vaxt bölüyün əsgər heyəti ilə danışan zaman söhbət əsnasında “gijdıllaq” dedikdə bu vaxt kənarda olan 7-ci bölüyün cavabdehi leytenant Zərərçəkmiş şəxs söyüş söyənin kim olduğunu soruşduqda ona “mən idim” demişdir. Leytenant Zərərçəkmiş şəxs ondan nəyə görə söyüş söydüyünü soruşmuş, o isə sonuncuya “mən kimisə söymürəm, nə də sırada deyiləm, mənim şəxsi vaxtımdı özüm üçün söyüş söyürəm” deyən zaman “nə olsun ki, sən söyüş söyməlisən” deyəndə sonuncuya ona “gəl qıraqda söhbət edək, əsgərlərin yanında müzakirə etməyək” dedikdə sonuncu ona “nə söhbət edək komandirə zəng edirəm ki, gəlsin bura maxenin söyüşnən danışdığını deyim” demiş, bu zaman ona əsəbiləşib “sən kimsən, dünənin əsgəri olmusan, mənə irad tutası şəxs deyilsən, dünən gəlmisən xidmətə, irad tuta bilməzsən” əsgərlərin yanında “buna bax hələ, paçan bləd, gəl görüm buraya” deyib sonuncunun üstünə gəlmək istəyən zaman 7 və 9-cu bölüklərin əsgər heyəti onları saxlamışdır. Bundan sonra leytenant Zərərçəkmiş şəxs, əsgər Şahid2 “telefonumu otaqdan gətir, məruzə edim” dedikdə əsgər Şahid2 yataqxanaya qaçıb onun telefonunu gətirib ona vermiş və sonuncu bu barədə 3-cü taborun komandirinə telefonla məruzə etmişdir. Leytenant Zərərçəkmiş şəxs ilə mübahisə zamanı sonuncu onu vurmayıb, söyməyib və ya ona qarşı nizamnamədən kənar hərəkətlər etməmiş, əksinə o sonuncuya qarşı nalayiq ifadələr işlətmişdir. Törətdiyi əməldən peşman olub, zərərçəkmiş şəxsdən üzr istədiyini göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş şəxs leytenant Zərərçəkmiş şəxs izahatında qeyd etmişdir ki, 05 may 2025-ci tarixdə 7-ci bölük üzrə cavabdeh təyin olunmuş, saat 21:15 radələrində 7-ci bölüyün şəxsi heyətinə axşam gəzintisinə getmək üçün yataqxanadan enmələrini tapşırmışdır. 7-ci bölüyün şəxsi heyəti yataqxananın qarşısında düzülərkən şəxsi heyətə yataqxananın sağ tərəfində yerləşən siqaret çəkilən yerdə siqaret çəkilməsinə icazə vermiş, şəxsi heyət siqaret çəkmək üçün getdikdə 9-cu bölüyün əsgər heyəti də orada olmuşdur. 9-cu bölükdə cavabdeh leytenant Şahid1 olmuş, cavabdeh köməkçisi isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs olmuşdur. Həmin vaxt siqaret çəkilən yerə yaxınlaşdıqda 9-cu bölüyün əsgər heyəti ucadan güldüklərinə görə onlara ucadan gülməmələrini, sakit durmalarını bildirmiş, bu zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs ümumi əsgər heyətinə qarşı nalayiq ifadə işlədərək “gijdıllaqlar yavaş gülün” dedikdə o, söyüş söyənin kim olduğunu soruşmuş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs “mən idim” dedikdə sonuncudan nəyə görə söyüş söydüyünü soruşmuşdur. Sonuncu ona “Gijdıllaq sən kimsən, dünənin əsgəri olmusan, mənə irad tutası şəxs deyilsən, dünən gəlmisən xidmətə, irad tuta bilmərsən” əsgərlərin yanında “buna bax hələ paçan bləd, mən səninlə danışacam” demiş və onun üstünə gəlmək istəyən zaman 7 və 9-cu bölüklərin əsgər heyəti sonuncunu saxlamışdır. Bundan əlavə həmin vaxt müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs onu fərdi şəkildə kənarda söhbət etməyə çağırmış, o isə bu barədə məruzə edəcəyini deyib tabor komandiri mayor Mircəlal İsaqova telefonla məruzə etmişdir. Şəxs ondan üzr istəyib. Onu bağışlayır. Ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş leytenant Şahid1 və əsgər Şahid2 da izahatlarında göstərilən xüsusatları təsdiq etdilər. Beləliklə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs, zərərçəkmiş şəxs leytenant Zərərçəkmiş şəxs, şahidlər leytenant Şahid1, əsgər Şahid2 izahatları və materiala əlavə edilən digər sənədlərlə tam təsdiq olunur. N №-li hərbi hissədən təqdim edilmiş arayışda hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs ilə leytenant Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olduğu göstərilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs mənfi, leytenant Zərərçəkmiş şəxs isə müsbət xarakterizə edilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş əmrdən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs hazırda N nömrəli hərbi hissəsinin 3-cü motoatıcı taborunun 9-cu motoatıcı bölüyünün 2-ci motoatıcı taqımının 2-ci motoatıcı manqasının komandiri vəzifəsində xidmət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsinə əsasən Rəisin, yaxud hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsin şərəf və ləyaqətini alçaltma - on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini iş üzrə yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, əsgər Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsinin sanksiyasının aşağı həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin 23 fevral 2023-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabain qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədə uyğundur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, MAHHXHQ-su əsgər Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin MAHHXHQ-su əsgər Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla MAHHXHQ-su əsgər Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli MAHHXHQ-su əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. MAHHXHQ-su əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin. 3.İnzibati həbsin əvvəli MAHHXHQ-su əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın.
4. MAHHXHQ-su əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə həvalə edilsin.
5. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən Səxavət Hüseynov