Məhkəmə qərarları › İş №3-1(092)-55/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-55/2025

30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-55/2025 30.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Axundova Nərmin Fərəməz qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorluğunun böyük köməkçisi, X1, Barəsində inzibati xəta Şəxs haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkili Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 2000-ci ildə Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,( FİN № xxxxxxx), orta təhsilli, subay, ünvan 1 ünvanda daimi qeydiyyatda olmaqla yaşayan, Müdafiə Nazirliyinin N saylı hərbi hissənin 4-cü tabor, 12-ci bölük, 2-ci taqım, 4-cü döyüş maşınları heyətinin tuşlayıcı operatoru vəzifəsində xidmət edən MAHHXQHəsgəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, yerləşən Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 4-cü tabor 12-ci bölük 2-ci taqım 4-cü döyüş maşınları heyətinin tuşlayıcıoperatoru vəzifəsində xidmət etmiş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs (FİN xxxxxxx) N aprel 2025-ci il tarixdə, saat 16:00-da xidmət yerinə gəlməli olduğu halda üzrlü səbəblər olmadan 13 may 2025-ci il tarixdə saat 16:00-dək xidmət yerinə gəlməmiş və 19 may 2025-ci il tarixdə, saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda üzrlü səbəblər olmadan 24 may 2025-ci il tarixdə saat 09:00-dək xidmət yerinə gəlməmiş, onun üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında gəlməməsi halları üç gündən artıq olmuş, lakin on gündən çox olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Culfa şəhərində anası X3 ilə yaşayır, anası ürək və təyziq xəstəsidir, N №-li hərbi hissədə xidmət edərkən nahar fasilələrində evə gedib anasına baş çəkmişdir. N №-li hərbi hissəyə xidmət yeri dəyişildikdən sonra anasına tez-tez baş çəkə bilməmiş, Culfa rayonundan Şahbuz rayonuna xidmət yerinə getmək üçün yol xərci çox çıxmış, 16000 manat kredit borcu olduğu üçün aylıq 1486 manat məvacib onun xərclərini qarşılamamışdır. Bu səbəbdən köhnə xidmət yeri olan N №-li hərbi hissəyə qayıtmaq istəyir. N aprel 2025-ci il tarixdə saat 16:00-da xidmət yerini özbaşına tərk etmiş, 13 may 2025-ci il tarixdə saat 16:00-da xidmət yerinə qayıtmışdır. Bundan başqa, 19 may 2025-ci il tarixdə saat 08:00-da xidmət yerini özbaşına tərk etmiş, 24 may 2025-ci il tarixdə saat 09:00-da xidmət yerinə qayıtmışdır Xidmət yerinə çıxmamasına səbəb N №-li hərbi hissəyə xidmət yerinin dəyişilməsini istəməsidir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilən xüsusatlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs izahatları ilə yanaşı şahid baş leytenant Şahid izahatı, N №-li hərbi hissə komandirinin əmrlərindən çıxarışlar və digər sənədlərlə təsdiq olunur. Məhkəmədə şahid qismində dindirilmiş baş leytenant Şahid izahatında MAHHXHQ əsgər Şəxs N aprel 2025-ci il tarixdə saat 16:00-dan 13 may 2025-ci il tarixdə saat 16:00-dək və 19 may 2025-ci il tarixdə saat 08:00-dan 24 may 2025-ci il tarixdə saat 09:00-dək xidmət yerinə gəlmədiyini göstərmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamədə Şəxs mənfi xarakterizə olunmuşdur. N №-li hərbi hissə komandirinin N №-li və 135 №-li əmrlərindən çıxarışa əsasən MAHHXHQ əsgər Şəxs N aprel 2025-ci il saat 16:00-dan 13 may 2025-ci il saat 16:00-dək xidməti yerində olmamışdır. N №-li hərbi hissə komandirinin N №-li və 147 №-li əmrlərindən çıxarışa əsasən isə MAHHXHQ əsgər Şəxs 19 may 2025-ci il saat 08:00-dan 24 may 2025-ci il saat 09:00-dək xidməti yerində olmamışdır. N №-li hərbi hissə komandirinin N №-li əmrindən çıxarışına əsasən Şəxs N may 2025-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsində qeyd edilir ki, hərbi qulluqçular üçün həftədə 41 saatdan çox olmayan xidmət vaxtı müəyyən edilmişdir. 2025-ci ilin təqvimində aprel ayının 29-dan may ayının 2-dək, may ayının 5-dən 8-dək və 12-i, 13-ü iş günləri, may ayının 3-ü, 4-ü, 9-dan 11-dək qeyri-iş günləri olduğundan MAHHXHQ əsgər Şəxs üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında gəlməməsi 9 (doqquz) iş günü müddətində olmuşdur. 2025-ci ilin may ayında 19-dan 23-dək iş günləri, 24-ü isə qeyri-iş günü olduğundan MAHHXHQ əsgər Şəxs üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında gəlməməsi 5 (beş) iş günü müddətində olmuşdur. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs üzrlü səbəblər olmadan 3 (üç) gündən artıq, lakin 10 (on) gündən çox olmayan müddətə xidmət yerini özbaşına tərk etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N nömrəli hərbi hissənin MAHHXHQ-əsgəri Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində Şəxs yuxarıda göstərilən əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin üç gündən çox olmayaraq törədildikdə iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-cü maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını və ilk dəfə inzibati xəta törətməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında ola N saylı hərbi hissənin N may 2025-ci il tarixli 148 saylı əmrdən çıxarışdan aydın olur ki, Şəxs bütün növ təminatlardan azad olunaraq ordu siralarından tərxis olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konistitutsiya Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətaları törətmiş, lakin hərbi xidmətdən tərxis olunduğuna görə hərbi qulluqçu statusunu itirən şəxsin hauptvaxtda saxlanılması bu Məcəllənin 156.2-ci maddəsinin hüquqi mahiyyətinə və məqsədinə uyğun olmadığından, onlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, Şəxs ordu sıralarından tərxis olunduğundan qərarın icrası Naxçıvan Muxtar Respublikası DİN-nin Müvəqqəti saxlama yerinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarar dərhal icra edilsin.

3. İnzibati xəta törətmiş şəxs Şəxs Müvəqqəti saxlama təcridxanasına təhvil verilməsini Naxçıvan şəhər Polis idarəsinə həvalə edilsin.

4. Qərarın icrası Naxçıvan Muxtar Respublikası DİN-nin Müvəqqəti saxlama yerinə həvalə edilsin.

5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar