Məhkəmə qərarları › İş №3-1(092)-57/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-57/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-57/2024 30.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə baş leytenantı X2, Vəkil: X1, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx xxxxxxx 2004-cü ildə Sabirabad rayon Şıxsalahlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Sabirabad rayon Şıxsalahlı kəndində qeydiyyatda olan, N №-li hərbi hissənin 5-ci taborunun 16-cı bölüyünün 1-ci taqımının 2-ci manqasında atıcıqumbaraatan köməkçisi vəzifəsində xidmət edən, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs (SX N° 0709780) 24 mart 2024cü il tarixdə, saat 20:15 radələrində hərbi hissənin şərti olaraq “Şirvan” adlandırılan mövqeyinin əsgər yeməkxanasında tabelik münasibətlərində olmayan N №-li hərbi hissənin 5-ci taborunun 16- cı bölüyünün 1-ci taqımının 2-ci manqasında sanitar atıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs döyüş növbətçiliyini yaxşı aparmaması barədə irad tutması səbəbindən aralarında yaranmış mübahisə zəminində, qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub sağ əli ilə Zərərçəkmiş şəxs sol sifət nahiyəsindən 2-3 dəfə itələmiş, sonra sağ ayağı ilə xaya nahiyəsindən bir zərbə vuraraq ona “xayalığın dərialtı qançırı” xəsarəti ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirərək zor tətbiq etmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında qeyd etmişdir ki, 24 mart 2024-cü il tarixdə, saat 18:00-dan 20:00- dək əsgər Zərərçəkmiş şəxs ilə döyüş növbətçiliyində olmuş, saat 19:40 radələrində müşahidə məntəqəsinin içərisində düşmən mövqelərini müşahidə etmiş, əsgər Zərərçəkmiş şəxs hava müşahidəsini təşkil etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs yalandan şərti olaraq “Bəysal” adlandırılan mövqedən müşahidədən rabitə vasitəsi ilə hava müşahidəsinin yerində olmasını bildirdiklərini, əsgər Zərərçəkmiş şəxs kəşfiyyat bölməsinin irad tutduğunu, düzgün xidmət aparmadığını bildirmiş, əsgər Zərərçəkmiş şəxs cavabında ona “yalan danışırsan, birinci öz xidmətinə bax” demiş, daha sonra Zərərçəkmiş şəxs bu barədə yalan danışdığını etiraf etmişdir. Saat 20:00-da leytenant Şahid növbələri dəyişdikdən sonra yataqxanaya qayıtmışlar, Zərərçəkmiş şəxs patrula çıxmamışdan əvvəl çay içmək istədiyindən yeməkxanaya girmiş, özü isə silah-sursatı təhvil verdikdən sonra yeməkxanaya Zərərçəkmiş şəxs yanına getmişdir. Saat 20:15 radələrində əsgər Zərərçəkmiş şəxs yeməkxanada oturub çay içən zaman müşahidədə olan söhbəti davam etdirmiş, həmin vaxt ona qarşı heç bir kini olmamış, döyüş növbətçiliyində olarkən onlara irad tutulmasını istəmədiyini bildirmiş, sağ əli ilə Zərərçəkmiş şəxs sol sifət nahiyəsindən 2-3 dəfə itələdikdən sonra arxaya dönüb qapıya tərəf gedən zaman Zərərçəkmiş şəxs sağ ayağı ilə onun sağ ayağının arxa nahiyəsindən 1 dəfə təpiklə vurmuş, həmin vaxt geri dönərək o da, Zərərçəkmiş şəxs xaya nahiyəsindən sağ ayağı ilə 1 təpik zərbəsi vurmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında qeyd etmişdir ki, 24 mart 2024-cü il tarixdə, saat 18:00-dan 20:00 dək əsgər Şəxs ilə döyüş növbətçiliyində olmuş, saat 19:40 radələrində Şəxs müşahidə məntəqəsinin içərisində düşmən mövqelərini müşahidə etmiş, o isə hava müşahidəsini təşkil etmişdir. Həmin vaxt müşahidəyə zəng gəlmiş, Şəxs danışdıqdan sonra xidməti düzgün təşkil etmədiyinə görə kəşfiyyat növbətçisinin irad tutmasını ona bildirmiş, Şəxs cavabında yalan danışdığını, xidmətini düzgün təşkil etdiyini, öz xidmətinə fikir verməsini bildirmiş, daha sonra Şəxs yalan danışdığını etiraf etmişdir. Saat 20:00-da leytenant Şahid növbələri dəyişdikdən sonra yataqxanaya qayıtmışlar. Patrula çıxmamışdan əvvəl çay içmək istədiyindən yeməkxanaya getmiş, daha sonra Şəxs yeməkxanaya gəlmiş, yeməkxanada olarkən Şəxs müşahidədə olan söhbəti davam etdirərək onun xidmətinin yaxşı olmaması barədə danışmış, Şəxs cavabında öz xidmətinə fikir verməsini demişdir. Həmin zaman Şəxs yanına gələrək sağ əli ilə sol sifət nahiyəsindən 2-3 dəfə itələmiş, onun bu hərəkətindən əsəbləşdiyi üçün Şəxs arxasını dönüb qapıya tərəf gedərkən sağ ayağı ilə onun sağ ayağının arxa nahiyəsindən 1 təpik zərbəsi vurmuş, həmin vaxt əsgər Şəxs da, geri dönərək ona qarşılıq verib xaya nahiyəsindən sağ ayağı ilə bir təpik zərbəsi vurmuşdur. Xaya nahiyəsini ağrıdığı üçün 2-3 dəfə oturub durmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər X3 ifadəsində 26 yanvar 2024-cü il tarixdə saat 11 radələrində çavuş Müşfiq Əhmədov onları əsgər yataqxanasının qarşısında düzüb vəzifə borclarını soruşduğunu, həmin vaxt İbrahim İsmayılov vəzifə borcunu bilmədiyini, çavuş M.Əhmədov ona irad bildirib niyə vəzifə borcunu öyrənməməsini soruşduqda o, öyrənəcəyini dediyini, həmin vaxt kənarda qar təmizləyən Asiman Əliyev onların söhbətinə yersiz müdaxilə edib ümumi olaraq nalayiq ifadə işlədərək “istirahətlərini kəs, vəzifə borcunu öyrənsinlər" dediyini, əsgər i.İsmayılov da ona niyə söyüşlə danışırsan dedikdə A.Əliyev də əlindəki lapatkanı yerə tullayıb əsgər İ.İsmayılova yaxınlaşaraq onun sinəsindən yumruqla vuraraq onun var-yoxunu söydüyünü göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən şahid leytenant Şahid təhqiqat orqanına vermiş olduğu izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edildi. O, izahatında 24 mart 2024-cü il tarixdə, saat 22:20 radələrində patrul naryadından çıxmış Zərərçəkmiş şəxs yataqxanaya girdikdən sonra huşunu itirərək yerə yıxılmış, Zərərçəkmiş şəxs çarpayıya apararaq üzünə su vurmuş, özünə gəldikdən sonra nə olduğunu soruşmuş, Zərərçəkmiş şəxs cavabında taxta doğrayan zaman xayasına taxta dəydiyini bildirmişdir. O bu haqda aidiyyəti üzrə məruzə etmiş, növbəti gün saat 11 radələrində Zərərçəkmiş şəxs ona yaxınlaşaraq Şəxsla mübahisə etdiyini və nəticədə xayasından xəsarət aldığını demişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissədən təqdim edilmiş arayışda hərbi hissənin əsgərləri Şəxs ilə Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Şəxs mənfi, Zərərçəkmiş şəxs isə müsbət xarakterizə edilmişdir. İş materialına əlavə edilmiş məhkəmə tibb ekspertizasının 657 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu “xayalığın dərialtı qançırı” diaqnozlu xəsarətin küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə baş verməsinin istisna edilmədiyi, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.

3. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.

4. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.

5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar