Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-58/2024 03.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, vəzifəsi üzrə stajoru X2, Vəkil: X1, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx xxxxxxxx 2001-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Həmid Sultanov küçəsi ev 1, mənzil 10-da qeydiyyatda olan, N nömrəli hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 2-ci taqımının 3-cü manqasında sanitar atıcı vəzifəsində xidmət edən, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs (SX N° 0777758) N nömrəli hərbi hissənin 3-cü motoatıcı taborunun minaatan batareyasının 1-ci taqımının 2-ci manqasının heyət nəfəri vəzifəsində xidmət edərkən, (hadisə vaxtı N nömrəli hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 2-ci taqımının 3-cü manqasında sanitar atıcı vəzifəsində xidmət etmiş) 12 fevral 2024-cü il tarixdə, saat 11:30 radələrində həmin taborun Şahbuz şəhərində yerləşən yataqxanasının sanitar qovşağında tabelik münasibətlərində olmayan, 3cü taborun artilleriya batareyasında xidmət edən əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədib sağ əli ilə onun boynundan bir sillə vurmaqla, boynundan yapışıb onu geri itələməklə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmış və ona zor tətbiq etmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında 12 fevral 2024-cü il tarixdə gün növbətçisi sutkalıq naryadına təyin edildiyindən saat 11:30 radələrində hərbi hissənin təlimatından qayıdıb yataqxanaya gələrək ayaqyolunda üzünü qırxmağa getdiyini, orada artilleriya batareyasının əsgəri Zərərçəkmiş şəxs əsgər Şahid boynunun arxasını təmizlədiyini gördüyünü, həmin vaxt əsgər Zərərçəkmiş şəxs zarafatla “indi Vurğuna nəsə deyəcəm, səsini qəhbə arvadlar kimi başına atacaq” dediyini, bu sözü əsgər Zərərçəkmiş şəxs acığına gəldiyindən ona “öz adını mənə qoyma, özünsən” dediyini, o da əsəbiləşib sağ əli ilə əsgər Zərərçəkmiş şəxs boynundan bir şillə vurduğunu, sonra boynundan yapışıb geri itələyərək ona “get dalaşmayaq burada” dediyini, həmin vaxt əsgər Ayxan Əliyarov içəri girərək “bu nə səs-küydür?” dediyini, sonra kiçik gizir İ.Şirinova bu barədə məruzə etdiyini göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında 12 fevral 2024-cü ildə, saat 11 radələrində yataqxananın ayaqyolusunda minaatan batareyasının əsgəri Elton Sadıqovun boynunun arxasını üzqırxanla təmizlədiyini, əsgər Şəxs da həmin gün gün növbətçisi naryadına təyin edildiyini, üzünü qırxmaq üçün ayaqyoluna getdiyini, Şəxs ayaqyoluna girəndən sonra “indi Vurğuna nəsə deyəcəm səsini qəhbə arvadlar kimi başına atacaq” dediyini, Şəxs bu sözü xoşuna gəlmədiyindən ona “öz adını mənə qoyma, özünsən” dediyini, həmin vaxt əsgər Şəxs əsəbiləşib sağ əli ilə onun boynundan bir şillə vurduğunu, sonra boynundan yapışıb itələyərək “get dalaşmayaq” dediyini, Şəxs ondan fiziki cəhətdən güclü olduğundan ona bir şey etmədiyini, sadəcə ucadan ona “sən başlatdın” dediyini, bu vaxt səs-küyə əsgər Ayxan Əliyarov içəri girdiyini, onları məruzə etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid izahatında 12 fevral 2024-cü ildə, səhər saat 11:30 radələrində gün növbətçisi təyin edildiyindən yataqxananın ayaqyolusunda əsgər Zərərçəkmiş şəxs üzqırxanla boynunun arxasını təmizləməyi xahiş etdiyini, bu zaman əsgər Şəxs ayaqyoluna gəlib, əsgər Zərərçəkmiş şəxs “qəhbə arvadlar kimi səsini başına atırsan” dediyini, əsgər Zərərçəkmiş şəxs ona “özünsən adını mənə demə” dediyini, həmin vaxt əsgər Şəxs əsəbiləşib onun boynundan sillə ilə vurduğunu, sonra əli ilə boynundan tutub itələdiyini, səsə gələn əsgər Ayxan Əliyarov hər iki əsgəri aralaşdırıb, kiçik gizir İsmayıl Şirinova məruzə etdiyini, sonra da onları tabor komandirinə məruzə etdiklərini göstərmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissədən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, N nömrəli arayışda hərbi hissənin əsgəri Şəxs ilə Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Şəxs mənfi, Zərərçəkmiş şəxs müsbət xarakterizə edilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissədən verilmiş arayışlarda əsgərlər Şəxs və Zərərçəkmiş şəxs hərbi xidmətə yararlı olduqları göstərilmişdir. İş materialına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş 05 mart 2024-cü il tarixli, 391 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar edilmədiyi göstərilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N №-li hərbi hissədə xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.
3. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.
4. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.
5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim İlham İbrahimov