Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-6/2024 18.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun köməkçisi, ədliyyə baş leytenantı X1, Vəkil: X2, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə 06 avqust 2004-cü ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Ucar rayonun Məlikballı kəndində qeydiyyatda olan, hadisə vaxtı N №-li hərbi hissədə, haliyədə N №-li hərbi hissənin 3-cü taborun 7-ci bölüyünün 1-ci taqımının, 2-ci manqasında pulemyotçu vəzifəsində xidmət edən əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, N №-li hərbi hissənin 3-cü tabor 7-ci bölük 1-ci taqım 3-cü manqasında pulemyotçu vəzifəsində xidmət edən əsgər Şəxs (SX № 0714977) N nömrəli hərbi hissənin 4-cü tabor, 11-ci bölük, 1-ci taqım, 2-ci manqasında baş atıcı vəzifəsində xidmət edərkən 27 noyabr 2023-cü il tarixdə, saat 08:30 radələrində hərbi hissənin şərti olaraq “Gədik-2” adlandırılan mövqeyində yataqxananın qarşısında tabelik münasibətlərində olmayan həmin taqımda radiotelefonçu vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ilə siqaret çəkərkən Zərərçəkmiş şəxs ona nalayiq ifadə işlədərək manqanı idarə edə bilmədiyini deməsi səbəbindən Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlətməklə onun şərəf və ləyaqətini alçaldaraq tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Beləliklə, N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs, zərər çəkən şəxs - əsgər Zərərçəkmiş şəxs izahatları və məhkəmə iclasına gəlməyən şahid MAHHXHQ kiçik çavuş Şahid təhqiqat orqanına vermiş və məhkəmədə elan olunaraq tədqiq olunmuş izahatları və digər sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs izahatında 27 noyabr 2023-cü il tarixdə saat 08:30 radələrində “Gədik-2” mövqeyində yataqxananın qarşısında təyin olunmuş yerdə siqaret çəkərkən əsgər Zərərçəkmiş şəxsla söhbət zamanı Zərərçəkmiş şəxs ona nalayiq formada baş atıcı olmasına baxmayaraq manqanı idarə edə bilmədiyini dediyini, həmin vaxt ona yorğun olduğunu və ondan uzaq durmasını dediyini, əsgər Zərərçəkmiş şəxs ona nalayiq ifadə işlətdiyini, onun da Zərərçəkmiş şəxs nalayiq ifadə işlədərkən Zərərçəkmiş şəxs yaxasından tutduğunu, Şəxs də qarşılıq verərək Zərərçəkmiş şəxs yaxasından tutmaq istəyərkən Zərərçəkmiş şəxs onun sağ gözünə bir dəfə yumruqla vurduğunu, həmin vaxt gözünü tutduğunu, əsgər Zərərçəkmiş şəxsla olan mübahisələri barədə heç kəsə məruzə etmədiyini, xx.xx.2023-cü il tarixdə “Qalx” komandasından sonra manqa komandiri MAHHXHQ kiçik çavuş Şahid bədən baxışı keçirərkən sağ gözünün üstündə olan göyərtini gördüb taqım komandiri baş leytenant Salman Qubuşova məruzə etdiyini, xx.xx.2023-cü il tarixdə gözündən aldığı xəsarətə görə 205 nömrəli hospitala göndərildiyini göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında 27 noyabr 2023-cü il tarixdə, saat 08:30 radələrində əsgər Şəxs yataqxananın qarşısında siqaret çəkdiyini görüb onun yanına getdiyini, birlikdə siqaret çəkən zaman ona zarafatla nalayiq formada manqanı idarə edə bilmədiyini dediyini, Şəxs ona cavabında nalayiq ifadə işlətdiyini, bu ifadədən əsəbləşib Şəxs yaxasından tutduğunu, Şəxs də yaxasından tutmaq istəyərkən onun sağ gözündən bir dəfə yumruqla vurduğunu, Şəxs gözünün üzərini əli ilə tutduğunu, 28 noyabr 2023-cü il tarixdə “Qalx” komandasında manqa komandiri MAHHX HQ kiçik çavuş Şahid sıra baxışı keçirərəkən Şəxs sağ gözündə olan göyərməni görüb taqım komandiri baş leytenant Salman Qubuşova məruzə etdiyini, Şəxs şikayətinin olmadığını göstərmişdir. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyən şahid MAHHX HQ kiçik çavuş Şahid təhqiqat orqanına vermiş olduğu izahatı inzibati xəta haqqında işə baxarkən elan olunaraq tədqiq edilmişdir. İş materialına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən əsgər Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissədən təqdim edilmiş N №-li arayışda hərbi hissənin əsgərləri Zərərçəkmiş şəxs ilə Şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Zərərçəkmiş şəxs və Şəxs mənfi xarakterizə edilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın
3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.
4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.
5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.
6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim: İlham İbrahimov