Məhkəmə qərarları › İş №3-1(092)-60/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-60/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-60/2024 10.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X4, Zərər çəkmiş şəxs: X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Babək rayonu, Aşağı Buzqov kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Babək rayonu Aşağı Buzqov kəndində qeydiyyatda olan, Babək rayonu Nəzərabad kəndində yaşayan, N №-li hərbi hissənin 4-cü taborunun minaatan batareyasının, 2-ci taqım komandirinin müavini-minatan komandiri vəzifəsində xidmət edən MAHHX HQ-su kiçik çavuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, MAHX HQ kiçik çavuş Şəxs (AD ******* №-li HV ) N №-li hərbi hissənin 4-cü taborunun minaatan baterayasının, 2-ci taqım komandirinin müavini-minatan komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində xidmət edərkən, 22 mart 2024-cü il tarixdə, saat 00:20 radələrində Babək rayon Nəzərabad kəndində yerləşən evində keçmiş arvadı, vətəndaş X3 ilə mübahisə etmiş, mübahisə zamanı onun saçından tutub dartmış, sonra isə onun sol qolundan və sinəsindən tutub sıxaraq G.İsmayılova “sol bazunun müxtəlif nahiyələrində və döş qəfəsinin ön səthinin yuxarı hissəsində qançırları” diaqnozlu, sağlamlığa zərər vurmayan, dərəcəsi təyin olunmayan xəsarətlər yetirib onu zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməklə döymüşdür. Beləliklə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş Şəxs izahatında, vətəndaş X3 ilə 2006-cı ilin sentyabr ayının 16-da ailə həyatı qurduğunu və həmin nikahdan iki övladının, oğlu İsrafil, qızı Zərifin dünyaya gəldiyini, aralarında tez-tez baş verən mübahisə və münaqişələrə görə arvadından 06 fevral 2024-cü il tarixdə məhkəmə qaydasında boşandığını və keçmiş arvadı, uşaqları ilə birlikdə Babək rayon, Nəzərabad kəndində yerləşən birgə mülkiyyətləri olan evdə yaşadığını, keçmiş arvadı X2 İsmayıllı ilə birlikdə eyni otaqda, oğlu Şahid1 başqa otaqda, özünün isə salonda qaldığını, 21 mart 2024-cü il tarixdə iş vaxtı bitdikdən sonra yaşadığı Babək rayonu, Nəzərabad kəndində yerləşən evinə getdiyini, 22 mart 2024-cü il tarixdə, gecə saat 00:20 radələrində evə daxil olduğunu, yatdığı otaqdan qızı və keçmiş arvadının səsi gəldiyindən qapını döyərək qızı Zərifi səslədiyini və qapını açmasını dediyini, həmin vaxt keçmiş arvadı G.İsmayılovanın otaqda telefonla kimləsə danışdığını və qarşı tərəfə “özümü öldürüb qanımı tökəcəm polislərin üstünə” ifadəsini işlətdiyini eşitdiyini, əsəbiləşib çölə çıxdığını, siqaret çəkdiyini, daha sonra su içmək üçün mətbəxin qapısını açıb içəri daxil olarkən oğlu İsrafil mətbəx bıçağı ilə onun üstünə hücum edərək ona “məni ata qatili etmək istəyirsən” dediyini, həmin vaxt G.İsmayılova oğlu İsrafilin önünə keçdiyini və onun əlindən bıçağı aldığını, Şəxs əsəbləşərək stolun üstündə olan çəngəli götürüb divara tərəf atdığını, sakitləşmək üçün çölə çıxdıqda artıq həyətdə Orxan adlı mayor rütbəli zabitin, Hüseyn adlı kapitan rütbəli zabitin və serjant rütbəli Nurlan adlı polisin olduğunu gördüyünü, bundan sonra G.İsmayılova və oğlu Şahid1 polislərin yanında onun üzərinə getdiyini və polislər onları araladıqdan sonra oğlu İsrafilə “sən şərəfsizsən ki, getmisən əxlaqsız ananın yanına atana diş atırsan” dediyini, bundan sonra polis əməkdaşları onun keçmiş həyat yoldaşı G.İsmayılovadan izahat aldığını və Orxan adlı polis ona polis şöbəsinə getməli olduğunu dediyini göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş vətəndaş X3 izahatında əri Şəxs boşansa da onunla birlikdə Babək rayon, Nəzərabad kəndində yerləşən birgə mülkiyyətləri olan evdə yaşadığını, 21 mart 2024-cü il tarixdən 22 mart 2024-cü il tarixə keçən gecə saat 00:20 radələrində Şəxs sərxoş vəziyyətdə evə gəldiyini, əşyalarını götürüb yan otağa keçərkən Şəxs onun ünvanına nalayiq söz işlətdiyini, buna görə də o, mətbəxə keçdiyini, Şəxs isə onun arxasınca mətbəxə gələrək nalayiq ifadələr işlətməyə davam etdiyini, Şəxs mətbəxə daxil olduqda oğlu İsrafil Şəxs “ata məni məcbur eləmə, elə eləməki ata qatili olum” dediyini, Şəxs isə oğlu İsrafilin və onun ünvanına nalayiq ifadə işlətdiyini, buna əsəbiləşən oğlu Şahid1 stolun üzərində olan mətbəx bıçağını götürüb Şəxs üzərinə gedərkən oğlunun əlindən bıçağı alarkən bıçaq onun sağ əlinin baş barmağını və sol əlinin orta barmağını kəsdiyini, bundan sonra o, polisə zəng edib bu barədə məlumat verdiyini, təxminən 10 dəqiqə sonra polis əməkdaşları həyətə gəldiyini, polis əməkdaşlarının yanında Şəxs onun ünvanına yenə də nalayiq sözlər işlətdiyini, onun nalayiq sözlər deməsinə əsəbiləşərək Şəxs tərəf gedib onu əli ilə vurmaq istədiyini, lakin Şəxs cəld davranaraq onun saçından tutub çəkdiyini, sonra sinəsindən, sol qolundan tutaraq sıxdığını, onun koftasının boyun hissəsi cırıldığını, polislər Şəxs uzaqlaşdırdığını, həmin vaxt onun qol və sinə nahiyəsi xəsarət aldığını, bundan sonra polislər Şəxs polis şöbəsinə apardıqlarını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında, Şəxs atası olduğunu, orta məktəbin 10-cu sinif şagirdi olduğunu, 06 fevral 2024-cü il tarixdə anası X1 və atası Şəxs rəsmi olaraq boşandıqlarını, Babək rayonunun Nəzərabad kəndində yerləşən evlərində ayrı-ayrı otaqlarda birlikdə yaşadıqlarını, 22 mart 2024-cü il tarixdə, saat 00:20 radələrində o, mətbəxdə yemək yeyərkən atası Şəxs içəri daxil olduğunu, evin salonunun qapısını döyməyə başladığını, atası Şəxs evə girən kimi söz-söhbət yaratdığı üçün anası Günayın və bacısı Zərifin salon qapısını bağlı saxladığını, anasının qapını açıb, çölə çıxdığını, atasının isə onların haqqında nalayiq sözlər dediyini, bundan sonra anası Günay bacısı Zəriflə birlikdə mətbəxə daxil olduğunu, anası polisə zəng edib kömək istədiyini, bundan sonra atası Aydın mətbəxə daxil olduğunu, onun və anası Günayın ünvanına nalayiq sözlər işlətdiyini, atası A.İsmaylovun nalayiq sözlərinə əsəbiləşib stolun üstündən bıçağı götürüb atasına tərəf getmək istədiyini, lakin anası Günay onun əlindən bıçağı alarkən bıçaq əlini kəsdiyini, atası Aydın isə stolun üstündəki çəngəli götürüb stolun üzərinə çırpdığını, stulu götürüb havaya qaldırıb onu vurmaq istəyən zaman anası ona mane olduğunu, atası Aydın onlara qarşı nalayiq sözlər deyə-deyə çölə çıxdığını, bundan sonra polis əməkdaşları gəldiyini, atası Aydın, anası Günaya onların yanında “əxlaqsız” sözlər dediyini, G.İsmayılovanın saçından tutub, qolunu və sinəsini sıxdığını, polis əməkdaşları anası G.İsmayılovanı atası Şəxs əlindən aldığını və daha sonra polislər anası Günayın izahatını aldığını, bundan sonra Şəxsla birlikdə çölə çıxdıqlarını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında 22 mart 2024-cü il tarixdə, saat 00:20 radələrində anası Günayla birlikdə evin salonunda oturarkən, salonun qapısı bağlı olduğundan qapı döyüldüyünü, qapını döyən atası Şəxs olduğundan, anası ilə birlikdə qapını açıb mətbəxə keçdiyini, atasının anası G.İsmayılovaya nalayiq sözlər deməsi səbəbi ilə anası polisə zəng edərək kömək istədiyini, daha sonra atası Şəxs nalayiq sözlər deyərək mətbəxə daxil olduğunu və mətbəxdə qardaşı İsrafilə və anası Günaya qarşı nalayiq sözlər işlətməyə davam etdiyini, həmin vaxt qardaşı Şahid1 stolun üstündəki mətbəx bıçağını götürüb atası Şəxs tərəfə getmək istəyərkən, anası G.İsmayılova qardaşının əlindən bıçağı aldığını və bıçaq anası G.İsmayılovanın əlini kəsdiyini, bundan sonra atası Şəxs çəngəli götürüb stolun üzərinə çırpdığını, sonra isə stulu götürüb göyə qaldırdığını, anası G.İsmayılova atası Şəxs əlindən stulu aldığını, atası Şəxs nalayiq sözlər deyə-deyə salona keçdiyini, sonra polis əməkdaşları evə gəldiyini, atası Şəxs polis əməkdaşlarının yanında anası G.İsmayılovaya əxlaqsız olduğunu deyərək ilk öncə saçından, daha sonra qol və sinəsindən tutub sıxdığını, polislər atası Şəxs mane olub sonra onu polis şöbəsinə apardığını göstərmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasınınxx.xx.2024-cü il tarixli 530 nömrəli ekspert rəyində X1 almış olduğu xəsarət – sağ əlin baş barmağının proksimal falanqasının arxa-bayır səthində, sol əlinin orta barmağının proksimal falanqasının arxaiçəri səthində yaralar, sol bazunun müxtəlif nahiyələrində və döş qəfəsinin ön səthinin yuxarı hissəsində qançırlar–qançırlar küt alətin, yaralar isə iti kənarlı alətin təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilmiş tarixdə və şəraitdə törənmələrinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətə aid olduğu göstərilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamədə MAHHX HQ kiçik çavuş Şəxs mənfi xarakterizə olunmuşdur. Beləliklə də, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, MAHHX HQ kiçik çavuş Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də inzibati xəta törətmiş şəxs MAHHX HQ kiçik çavuş Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə uyğun olaraq MAHHX HQ kiçik çavuş Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, MAHHX HQ kiçik çavuş Şəxs ittiham olunduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati qaydada cərimə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, MAHHX HQ kiçik çavuş Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar