Məhkəmə qərarları › İş №3-1(092)-61/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-61/2024

13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-61/2024 13.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Seyidov Eyvaz Yusif oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X2 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxxx 2005-ci ildə Yevlax rayonunda doğulmuş, subay, natamam orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, N №-li hərbi hissənin əsgəri, həmin hərbi hissənin əsgər yataqxanasında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş işin materialını öyrənilərkən məlum olmuşdur ki, əsgər Şəxs N nömrəli hərbi hissənin mühəndis-istehkam bölüyünün 2-ci taqımının 1-ci manqasının istehkamçısı vəzifəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 01 aprel 2024-cü il tarixdən təlimlə əlaqədar Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yerləşən təlim mərkəzinə cəlb edilmiş, 06 aprel 2024-cü il tarixdə saat 22 radəİərində yat komandasından sonra səhra kunqunda çarpayısında uzanarkən onunla eyni tağımda xidmət edən aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs yatdığını görüb heç bir səbəb olmadan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub Zərərçəkmiş şəxs üzündən bir sillə zərbəsi vurmuş, sonuncu yuxudan oyanıb etiraz etdikdə Zərərçəkmiş şəxs sifətindən yenidən iki sillə zərbəsi vurmuş, daha sonra yaxasından yapışaraq itələyib zor tətbiq etməklə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında xx.xx.2024-cü il tarixdə saat 22 radəİərində yat komandasından sonra əsgər yoldaşı Zərərçəkmiş şəxsla təlim mərkəzində eyni kunqda yatarkən yuxusu gəlmədiyi üçün onunla zarafat etmək istədiyindən çarpayının 2-ci mərtəbəsindən enib 1-ci mərtəbədə yatan Zərərçəkmiş şəxs sifətindən yavaşca bir sillə vurduğunu, Zərərçəkmiş şəxs yuxudan oyandıqda ona zarafat etdiyini dediyini, Zərərçəkmiş şəxs ona zarafat etməməsini bildirsə də, yenə təkrar onun üzündən bir-iki sillə də vurduğunu, bundan sonra əsgər Zərərçəkmiş şəxs əsəbiləşib yerindən qalxdıqda, onun yaxasından tutduğunu, sonuncu da onun yaxasından tutduğunu, həmin vaxt o, arxaya gedərkən arxası üstə çarpayıya yıxıldığını, bu zaman bölük komandiri kapitan Şahid kunqa girib onlara əsəbləşdiyini, Zərərçəkmiş şəxs onu buraxıb ayağa qalxmaq istəyəndə onun kürəyinin çarpayının ikinci mərtəbəsinin alt hissəsində olan məftilə ilişərək xəsarət aldığını, törətdiyi əməldən peşman olduğunu, Zərərçəkmiş şəxs üzr istədiyini, Turanın da onu bağışladığını göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat vermiş əsgər Zərərçəkmiş şəxs izahatında xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yat komandası verildikdən sonra əsgər yoldaşı Şəxslə təlim mərkəzində eyni kunqda yatmış, yuxuda olarkən çarpayının 2-ci mərtəbəsində yatan əsgər yoldaşı Şəxs onun sifətindən sillə ilə vurduğunu, yuxudan oyandıqda Şəxs ona zarafat etdiyini dediyini, Şəxs belə zarafat etməməsini bildirsə də, Şəxs təkrar onun üzündən bir-iki sillə vurduğunu, O, Şəxs bu hərəkətinə əsəbiləşib yerindən qalxdıqda, Şəxs onun yaxasından tutduğunu, onun da cavab olaraq onun yaxasından tutduğunu, həmin vaxt Şəxs çarpayıya yıxıldığından, onun da A.Əlilyevin üzərinə yıxıldığını, oraya gələn bölük komandiri kapitan Şahid kunqa girib onlara əsəbləşdiyini, Şəxs yaxasını buraxıb ayağa qalxmaq istəyəndə kürəyinin çarpayının ikinci mərtəbəsinin alt hissəsində olan məftillərə ilişərək xəsarət aldığını, Şəxs ondan üzür istədiyini, onu bağışladığını göstərdi. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış kapitan Şahid izahatlarında göstərilən xüsusatları təsdiq etdi. N nömrəli hərbi hissədən sorğu verilərək alınmış arayışda hərbi hissənin əsgərləri Şəxs ilə Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Şəxs ilə Zərərçəkmiş şəxs müsbət xarakterizə edilmişdir. Əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsində keçirilmiş, xx.xx.2024- cü il tarixli 273 nömrəli ekspert müayinə aktında onun bədən səthində hər iki kürək nahiyəsində çox saylı sıyrıqları, tinli bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, şəxsin tibbi müayinə zamanı göstərdiyi tarixdə və şəraitdə törənməsinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Beləliklə, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt, əsgər Şəxs, Zərərçəkmiş şəxs, kapitan Şahid izahatları və materiala əlavə edilən digər sənədlərlə təsdiq olunur Bununla da, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edilməmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxslin onu bağışlamasını, müsbət xarakterizə olunmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olması və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının aşağı həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərararın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.

3. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polis şöbəsinə həvalə edilsin.

4. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandirinə həvalə edilsin.

5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar