Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-62/2025 24.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun köməkçisi, kiçik ədliyyə müşaviri X1, Vəkil: Vəkil, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx xxxxxx N005-ci ildə Xaçmaz rayonunun Xanoba kəndində anadan olmuş, subay, tam orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı 1 il ərzində inzibati xəta törətməmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağ № 5NN “a”-da qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci əməliyyat taborunun 4-cü əməliyyat bölüyünün N-ci əməliyyat taqımının N-ci əməliyyat qrupunda kəşfiyyatçı – qumbaraatan köməkçisi vəzifəsində xidmət əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs (SX № 083N171) Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci əməliyyat taborunun 4-cü əməliyyat bölüyünün N-ci əməliyyat taqımının N-ci əməliyyat qrupunda kəşfiyyatçı – qumbaraatan köməkçisi vəzifəsində xidmət edərkən hərbi hissə komandirinin müvafiq əmri ilə xidmət etdiyi və digər əməliyyat taborlarının şəxsi heyəti ilə birlikdə düşərgə toplanışının keçirilməsi məqsədi ilə 0N aprel N0N5-ci il tarixdən Kəngərli rayonunun ərazisində yerləşən “X7 Mərkəzi”nə göndərilmiş, 15 may N0N5-ci il tarixdə saat 07:30 radələrində həmin Təlim mərkəzində əsgər yataqxanasında (kunqda) təmizlik işləri aparması üçün onunla eyni bölükdə xidmət edən və aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs qaldığı kunqa gəlib ondan süpürgə istəmiş, əsgər Zərərçəkmiş şəxs qaldığı kunqu təmizlədikdən sonra süpürgəni ona verəcəyini bildirmiş, kunqa daxil olub çarpayının altından süpürgəni götürdükdə əsgər Zərərçəkmiş şəxs arxadan onun belindən tutaraq süpürgəni ona qaytarmasını tələb etmiş, buna görə aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs əlləri ilə onun belini buraxmamasını görüb başının arxa tərəfi ilə sonuncunun sifətinə bir zərbə vuraraq ona “Burun belinin yumşaq toxumaların əziyi” diaqnozlu sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarət yetirməklə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Bununla da, əsgər Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, əsgər Zərərçəkmiş şəxs zor tətbiq etmişdir. Beləliklə, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında 03 aprel N0N5-ci il tarixdən N nömrəli hərbi hissənin 1-ci, N-ci və 3cü əməliyyat taborlarının şəxsi heyəti təlim dərslərinin keçirilməsi üçün Kəngərli rayonunun ərazisində yerləşən “X7 Mərkəzi”nə göndərildiyini, hazırkı dövrədək həmin Təlim mərkəzində təlim dərslərinin keçirilməsi davam etdiyini, 15 may N0N5-ci il tarixdə, şəxsi heyətə saat 06 radələrində “Qalx” komandası verildikdən sonra qaldığı N7 nömrəli kunqun içərisini təmizləmək növbəsi onun üzərində olduğunu, həmin gün saat 07:30 radələrində xidmət etdiyi bölük üzrə cavabdeh şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş Orxan Babayev kunqun giriş hissəsinin ətrafına ağacların yarpaqları töküldüyü üçün süpürülüb təmizlənməsinə ona göstəriş verdiyində “oldu” deyib yaxınlıqda olan N6 nömrəli kunqa gedib əsgər Zərərçəkmiş şəxs süpürgə istədiyini, Zərərçəkmiş şəxs həmin vaxtı kunqun içəisində olduğunu, əsgər Zərərçəkmiş şəxs ona “vermirəm” dediyini, ikinci dəfə süpürgəni istəyərkən təkrar vermirəm deyəndə əyilib çarpayının altından süpürgəni götürdüyünü, əsgər Zərərçəkmiş şəxs həmin vaxtı onun yarım əyilmiş vəziyyətdə belindən tutduğunu və süpürgəni ona qaytarmasını tələb etdiyini, Zərərçəkmiş şəxs “əlini belimdən çək” desə də Zərərçəkmiş şəxs əlini onun belindən çəkmədiyini, buna görə aralarında mübahisə yarandığını, Zərərçəkmiş şəxs əlini onun belindən çəkməyəndə güc verib ayağa qalxdığını və belini buraxması üçün başının arxa hissəsi ilə əsgər Zərərçəkmiş şəxs burnundan bir dəfə zərbə vurduğunu, zərbənin təsirindən Zərərçəkmiş şəxs əlini onun belindən çəkdiyini, dönüb Zərərçəkmiş şəxs baxanda onun burnunun qanadığını gördüyünü, qaldığı kunqa gedərək pambıq gətirib Zərərçəkmiş şəxs verdiyini, sonra əsgər Zərərçəkmiş şəxs kunqun arxa tərəfinə gedib orada əl-üzünü yuduğunu, həmin vaxt kunqun qarşısında şəxsi heyətin səhər yeməyi üçün düzləndiyini görüb özü də gedib sırada dayandığını, az sonra əsgər Zərərçəkmiş şəxs düzülüşə gəlib bölük üzrə cavabdeh şəxs MAHHXHQ çavuş O.Babyevə “kunqun qapısı burnuma dəyib, burnum qanayıb” dediyini, hadisənin necə baş verdiyini O.Babayevdən gizlədərək həqiqəti ona demədiyini, səhər yeməyindən sonra düzülüşdə zabit heyətinin apardığı söhbət əsasında hadisənin necə baş verdiyini əsgər Zərərçəkmiş şəxs olduğu kimi onlara danışdığını, əsgər Zərərçəkmiş şəxsla mübahisə etdiyi vaxt kunqda kimsə olmadığını, kunqun qapısının qarşısında əsgər Şahid3 dayandığını, əsgər N.R.Məmədova qarşı mübahisə zamanı nalayiq ifadə işlətmədiyini, yalnız başının arxa tərəfi ilə onun burun nahiyəsinə bir zərbə vurduğunu, həmçinin mübahisə zamanı əsgər Zərərçəkmiş şəxs yalnız onun belindən tutduğunu, ona zor tətbiq etmədiyini və nalayiq ifadə işlətmədiyini, əsgər Zərərçəkmiş şəxsla kunqda mübahisə edərkən yanlarında kimsə olmadığını, kunqun qarşısında yalnız əsgər Şahid3 olduğunu, hərbi xidmət dövründə əvvəllər əsgər Zərərçəkmiş şəxs nizamnamədən kənar hərəkətlər etmədiyini, digər hərbi qulluqçular tərəfindən də Zərərçəkmiş şəxs nizamnamədən kənar hərəkətlər edildiyini görmədiyini, eşitmədiyini, bu haqda məlumatı olmadığını göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs izahatında əsgər Şəxs hərbi xidmət dövründə tanımış, hazırda onunla eyni bölükdə xidmətini davam etdirir. 03 aprel N0N5-ci il tarixdən N nömrəli hərbi hissənin 1-ci, N-ci və 3-cü əməliyyat taborlarının şəxsi heyəti təlim dərslərinin keçirilməsi üçün Kəngərli rayonunun ərazisində yerləşən “X7 Mərkəzi”nə göndərilmiş, hazırkı dövrədək həmin Təlim mərkəzində təlim dərslərinin keçirilməsi davam edir. 15 may N0N5-ci il tarixdə şəxsi heyətə saat 06 radələrində “Qalx” komandası verildikdən sonra yuyunmağa getmiş, təxminən N0-N5 dəqiqədən sonra qaldığı N6 №-li kunqa (6 əsgərin qaldığı yataqxanaya) qayıtmış, kunqun təmizlənməsi üçün 6 nəfərlik siyahı tərtib edildiyindən siyahı üzrə həmin gün təmizlik işlərinin görülməsi növbəsinə özü təyin edildiyindən yerləri səliqə-səhmana salmış, onunla eyni kunqda qalan əsgər Şahid3 isə kunqda olan təchizatı (veş-meşokları, bron-jiletləri, kaskaları) götürüb səliqə ilə kunqun qarşısına qoymuş, kunqun içərisinin süpürülməsi üçün döşəmə taxtadan olduğuna görə süpürəndə toz olmasın deyə döşəməyə su səpmiş, həmin gün saat 07:30 radələrində onun qaldığı kunqa yaxın N7 nömrəli kunqda qalan əsgər Şəxs onun qaldığı və təmizlik işləri apardığı N6 nömrəli kunqa gəlib kunqun qapısının giriş hissəsində ondan süpürgə istəmiş, əsgər Şəxs “N dəqiqə gözlə su döşəməyə çöksün, süpürüm, sonra süpürgəni apararsan” demiş, bunu deyəndə Ramazanov kunqa daxil olub çarpayının altından süpürgəni yarım çökülü vəziyyətdə götürdüyündə onun arxasından əli ilə süpürgədən tutub ona “sənə dedim axı N dəqiqə gözlə, süpürgəni aparma, işim qurtarmayıb” deyərək onunla mübahisə etmiş, hər ikisi süpürgəni tutduqları üçün heç biri süpürgədən əllərini buraxmamış, əsgər Şəxs tam ayaq üstə qalxaraq süpürgəni ondan almaq məqsədi ilə onun arxa tərəfində olduğu üçün başının arxa tərəfi ilə burun nahiyəsinə bir zərbə vurmuş, burnuna zərbə dəydiyi üçün əlini süpürgədən buraxıb burnunu tutmuş, burnundan qan axdığını görmüş, əsgər Şəxs gedib öz qaldığı kunqdan ona pambıq gətirib vermiş, pambığı burnuna tutub parkın yaxınlığında əl-üzünü və burnunun qanını yuduqdan sonra şəxsi heyətin düzüldüyü sıraya getmişdir. Bölük üzrə cavabdeh şəxs müddətdən atrıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş Orxan Babayevə burnunun kunqun qapısına dəyərək qanadığını bildirmiş, ani qorxuya düşdüyü üçün əvvəlcə həqiqəti MAHHXHQ çavuş O.Babayevə deməmiş, O.Babayev ona “yeməyini tez ye gəl, gedək bölük komandirinə məruzə edim” demiş, səhər yeməyindən sonra səhər yerbə-yerində çavuş O.Babayev bölük komandiri baş leytenant Türkel Xudaverdiyevə onun burnundan xəsarət aldığını məruzə etmiş, baş leytenant T.Xudaverdiyev nə baş verdiyini soruşanda yalan danışmağa görə məsuliyyət daşıyacağını bilib ona həqiqəti danışmış, sonra baş vermiş hadisə tabor komandiri kapitan Şahid1 məruzə olunmuş, kapitan Şahid1 da hərbi hissəyə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs izahatında baş vermiş hadisə ilə bağlı əsgər Şəxs zor tətbiq etmədiyini, ona nalayiq ifadələr işlətmədiyini, hərbi xidmət dövründə əvvəllər Şəxs və ya digər hərbi qulluqçuların ona nizamnamədən kənar hərəkətlər edilmədiyini, hərbi xidmətə gəlməmişdən əvvəl burnundan nə vaxtsa xəsarət almadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid3 izahatında 03 aprel N0N5-ci il tarixdən N nömrəli hərbi hissənin 1-ci, N-ci və 3-cü əməliyyat taborlarının şəxsi heyəti təlim dərslərinin keçirilməsi üçün Kəngərli rayonunun ərazisində yerləşən “X7 Mərkəzi”nə göndərilmiş, hazırkı dövrədək həmin Təlim mərkəzində təlim dərslərinin keçirilməsi davam edir. Onunla eyni bölükdə xidmət edən əsgər Zərərçəkmiş şəxs ilə Təlim düşərgəsində N6 nömrəli kunqda qalır. 15 may N0N5-ci il tarixdə şəxsi heyətə saat 06 radələrində “Qalx” komandası verildikdən sonra qaldığı kunqun təmizlik işlərinə növbətçilik cədvəlinə görə əsgər Zərərçəkmiş şəxs cəlb olunmuş, Zərərçəkmiş şəxs kunqun içərisini təmizləyərkən kunqda olan təhcizatı (bron-jiletləri, veş-meşokları, kaskaları) kunqdan çölə çıxardıb kunqa yaxın yerdə ağacın altında təhcizatı ayrı-ayrılıqda səliqə-səhmana salmağa başlamış, həmin gün saat təxminən 07:30 radələrində xidmət etdiyi bölüyün əsgəri Şəxs onların qaldıqları N6 nömrəli kunqa gəlib əsgər Zərərçəkmiş şəxs süpürgəni istəmiş, əsgər Zərərçəkmiş şəxs əsgər Şəxs “özüm süpürürəm, işim qurtarandan sonra süpürgəni gəlib götürərsən” dediyini eşitmiş, süpürgəni vermədiyinə görə əsgər Zərərçəkmiş şəxsla əsgər Şəxs arasında mübahisə yaranmış, yalnız onların mübahisə etdiklərinə görə səslərni eşitmiş, necə mübahisə etdiklərini görməmiş, onların mübahisəsi təxminən 1-N dəqiqə çəkmiş, sonra əsgər Şəxs kunqdan əli boş çıxıb öz qaldığı N7 nömrəli kunqa tərəf getdiyini görmüş, əsgər Şəxs arxasınca əsgər Zərərçəkmiş şəxs kunqun qapısından çölə çıxarkən burnunun qanadığını görmüş, burnunun qanamasının səbəbini soruşduqda Zərərçəkmiş şəxs ona “qapıya dəyib” deyə cavab vermiş, bundan sonra Zərərçəkmiş şəxs əl-üzünü yumağa getmiş, səhər yeməyindən sonra günün qaydalarına uyğun təlim dərslərinə cəlb olunmuş, sonra tabor komandiri əvəzi kapitan Şahid1 onu yanına çağırıb əsgərlər Zərərçəkmiş şəxsla Şəxs arasında nə baş verdiyini soruşduqda kapitan Şahid1 “mən təhcizatı düzəldərkən süpürgəyə görə aralarında mübahisələri olub, mübahisə etdiklərini mən görməmişəm, lakin onların mübahisə etdiklərini eşitmişəm” deyə cavab vermiş, sonra əsgər Zərərçəkmiş şəxs kapitan Şahid1 etiraf edib əsgər Şəxs başının arxa tərəfi ilə onun burun nahiyəsindən vurub xəsarət yetirdiyini özündən eşitmiş, əsgər Zərərçəkmiş şəxs ilə əsgər Şəxs kunqda mübahisə edərkən yanlarında kimsə olmamış, kunqun bayır tərəfində özü olmuş, başqa da kimsə olmamış, əsgər Zərərçəkmiş şəxsla əsgər Şəxs mübahisə edərkən bir-birlərinə qarşı nalayiq ifadə işlətdiklərini eşitməmiş, hərbi xidmət dövründə əvvəllər əsgər Şəxs əsgər N.R.Məmədova və digər hərbi qulluqçulara qarşı nizamnamədən kənar hərəkət etməsini görməmiş, eşitmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş kapitan Şahid1 izahatında xx.xx.N0N4-cü il tarixdən N nömrəli hərbi hissənin N-ci taborunun qərargah rəisi - tabor komandirinin müavini vəzifəsində xidmət edir, həmçinin xx.xx.N0N5-ci il tarixdən tabor komandiri vəzifəsini icra edir. Əsgər Zərərçəkmiş şəxs və əsgər Şəxs xidmət etdiyi tabora veriləndən sonra tanımışdır. Hərbi hissə komandirinin müvafiq əmri ilə 03 aprel N0N5-ci il tarixdən xidmət etdiyi hərbi hissənin 1-ci, N-ci və 3-cü əməliyyat taborlarının şəxsi heyəti Təlim dərslərinin keçirilməsi üçün Kəngərli rayonunun ərazisində yerləşən “X7 Mərkəzi”nə göndərilib. Hazırda şəxsi heyət qeyd olunan yerdə xidmətini davam etdirir. 15 may N0N5ci il tarixdə sıra yerbə-yerindən sonra saat 08:30 radələrində 4-cü bölük komandiri baş leytenant Türkel Xudaverdiyev əsgər Zərərçəkmiş şəxs ilə birlikdə onun yanına gəlib Zərərçəkmiş şəxs həmin gün saat 07:30 radələrində şəxsi heyətin qaldığı kunqlardan birini süpürüb-təmizləyərkən burnunun kunqun qapısına dəyib xəsarət almasını ona məruzə etmiş, əsgər Zərərçəkmiş şəxs burnunun kunqun qapısına necə dəydiyini soruşmuş, Zərərçəkmiş şəxs ona “şəxsi heyətə yeməyə getmək üçün düzülüş komandası veriləndə kunqun qapısını açıb kunqdan çıxmaq istərkən qapı əks istiqamətdə qayıdıb burnuma dəydi və burnumdan xəsarət aldım” deyə cavab vermiş, əsgər Zərərçəkmiş şəxs dediyi inandırıcı görsənmədiyindən ona düzgün danışmağı bildirmiş, təxminən 10-15 dəqiqə söhbət aparandan sonra əsgər Zərərçəkmiş şəxs burnundan xəsarət almasının səbəbinin qapı olmadığını demişdir. Sonra Zərərçəkmiş şəxs sözünə davam edərək bildirmişdir ki, həmin gün səhər saat 07:30 radələrində əsgər Şəxs gəlib ondan kunqun içərisində süpürgəni istəmiş, Şəxs “işimi qurtarandan sonra gəlib süpürgəni apararsan” demiş, Şəxs onun sözünə əhəmiyyət verməyib kunqa daxil olub çarpayının altından süpürgəni götürəndə onu arxadan tutaraq süpürgəni aparmasına mane olmuş, buna görə də aralarında mübahisə yaranmış, nəticədə əsgər Şəxs başının arxa tərəfi ilə onun burnuna bir zərbə vurmuş, zərbənin təsirindən burnu qanamış və burnundan xəsarət almışdır. Zərərçəkmiş şəxs mübahisə edərkən yaxınlıqda kimlərin olduğunu soruşmuş, ona burnumdan qan gəldiyini əsgər Şahid3 gördüyünü demişdir. Buna görə hadisə barədə dərhal hərbi hissə komandirinin vəzifəsini icra edən qərargah rəisi polkovnik-leytenant Elnur Şirinova məruzə edərək məlumat vermiş, sonra əsgər Zərərçəkmiş şəxs müayinə olunması üçün N nömrəli hərbi hissəyə (hospitala) göndərmişdir. Əsgər Zərərçəkmiş şəxs və əsgər Şəxs bədən səthlərinə baxış keçirdikdə Zərərçəkmiş şəxs burnunda şişkinlik olduğunu, başqa xəsarət olmadığını, əsgər Şəxs bədən səthində isə ümumiyyətlə xəsarət izləri aşkar etmədiyini bildirmişdir. Hərbi xidmət dövründə əvəllər əsgər Şəxs və digər hərbi qulluqçuların əsgər Zərərçəkmiş şəxs nizamnamədən kənar hərəkətlər etdiklərini görmədiyini, eşitmədiyini, bu barədə məlumatı olmadığını bildirdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş baş leytenant ŞahidN izahatında xx.xx.N0N5-ci il tarixdən hazırkı dövrədək N nömrəli hərbi hissənin N-ci əməliyyat taborunun qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində xidmət etdiyini, əsgərlər Şəxs və Zərərçəkmiş şəxs xidmət etdiyi tabora veriləndən sonra tanıdığını, hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin 1-ci, N-ci və 3-cü əməliyyat taborlarının düşərgə toplanışının keçirilməsi məqsədi ilə 0N aprel N0N5-ci il tarixdə Kəngərli rayonunun ərazisində yerləşən “X7 Mərkəzi”nə göndərildiklərini, 15 may N0N5-ci il tarixdə saat 07:30 radələrində əsgər Şəxs nizamnamə qaydalarını pozaraq əsgər Zərərçəkmiş şəxs xəsarət yetirməsi barədə məlumatı olduğunu, hərbi hissə komandiri tərəfindən xidməti araşdırma təyin edilərək araşdırmanın aparılmasını ona tapşırdığını bildirdiyini göstərmişdir. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N dekabr N0N4-cü il tarixli 341 nömrəli əmri ilə əsgər Zərərçəkmiş şəxs, N nömrəli hərbi hissənin 1-ci xüsusi təyinatlı bölüyünün 1-ci xüsusi təyinatlı qrupunun N-ci yarımqrupunun kəşfiyyatçı – tuşlayıcı vəzifəsindən azad edilib N nömrəli hərbi hissənin N-ci əməliyyat taborunun 4-cü əməliyyat bölüyünün 1-ci əməliyyat taqımının N-ci əməliyyat qrupuna kəşfiyyatçı – heyət nəfəri vəzifəsinə, əsgər Şəxs isə N nömrəli hərbi hissənin atəş dəstək bölüyünün pulemyot taqımının N-ci pulemyot manqasında heyət nəfəri vəzifəsindən azad edilib N nömrəli hərbi hissənin N-ci əməliyyat taborunun 4-cü əməliyyat bölüyünün N-ci əməliyyat taqımının N-ci əməliyyat qrupuna kəşfiyyatçı – qumbaraatan köməkçisi vəzifəsinə təyin edilmişlər.İş materialına əlavə edilmiş N17 nömrəli hərbi hissə komandirinin müvafiq əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər X4 reaktiv artilleriya batareyasının N-ci reaktiv artilleriya taqımının N-ci manqasının baş tuşlayıcı vəzifəsində, əsgər XN həmin batareyanın 1-ci taqımının N-ci manqasında heyət nəfəri vəzifəsində xidmət etdikləri göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə əsgər Zərərçəkmiş şəxs və əsgər Şəxs müsbət xarakterizə olunmuşlar. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin 0N aprel N0N5-ci il tarixli, 17N nömrəli əmrinə əsasən düşərgə toplanışı keçirilməsi məqsədi ilə hərbi hissənin 1-ci xüsusi əməliyyat taborunun, N-ci və 3-cü əməliyyat taborlarının, artilleriya divizionunun, minaatan batareyanın, tank əleyhinə bölüyünün, snayper bölüyünün və zenit-raket taqımının şəxsi heyəti “X7 Mərkəzi”nə göndərilmişdir. İş materialına əlavə edilmiş əsgər əsgər Şəxs məhkumluğunun olub-olmaması barədə xx.xx.N0N5-ci il tarixdə elektron prokurorluq informasiya sistemi vasitəsi ilə Azərbaycan Respublikası DİN-in sistemində yoxlanılması üçün sorğu edilmiş, verilmiş cavabda Şəxs məhkumluğunun olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş əsgər Şəxs xx.xx.N0N5-ci il tarixdə N nömrəli hərbi hissədə (hospitalda) hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, alınmış xx.xx.N0N5-ci il tarixli, 1N6N nömrəli arayışda əsgər Şəxs hərbi xidmətə yararlı olduğu göstərilmişdir. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissədən verilmiş arayışda əsgər Zərərçəkmiş şəxs ilə əsgər Şəxs aralarında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş xx.xx.N0N5-ci il tarixdə əsgər Zərərçəkmiş şəxs barəsində məhkəmə-tibbi ekspertizası təyin edilmiş, alınmış həmin tarixli, N46 nömrəli ekspert rəyində göstərilmişdir ki, əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarət – burun belinin yumşaq toxumaların əziyi - bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, şəxsin məhkəmə-tibbi müayinə zamanı göstərdiyi tarixdə və şəraitdə törənməsi istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmur. İş materialına əlavə edilmiş həmçinin əsgər Zərərçəkmiş şəxs barəsində əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, alınmış xx.xx.N0N5-ci il tarixli 343/N46 saylı rəydə göstərilmişdir ki, əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarət: Burun belinin yumşaq toxumaların əziyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.N0N5-ci il tarixdə əmələ gəlməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmur. Həkim Radioloqun konsultasiyasının nəticəsinin dəyərləndirilməsinə əsasən Zərərçəkmiş şəxs burun sümüklərində sınıq xətti yoxdur kimi qiymətləndirildi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N nömrəli hərbi hissədə xidmət edən əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Əsgər Şəxs inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3N-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.N-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş İnzibati Xətalar Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. X3 Məcəlləsinin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin NN fevral N0N3-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Elgün Əliyevin N dekabr N0N4-cü il tarixli məktubuna əsasən 10, (7)-ci Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların 1-ci (Bakı şəhəri), N-ci (Sumqayıt şəhəri) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarının adlarının göstərilməsi məqsədəuyğun hesab edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Bakı şəhəri 1-ci Hərbi Polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 1N8-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. N. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.
3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.
4. Qərarın icrası Bakı şəhəri 1-ci Hərbi Polis bölməsinin hauptvaxtına həvalə edilsin.
5. Əsgər Şəxs Bakı şəhəri 1-ci Hərbi Polis bölməsinin hauptvaxtına təhvil verilməsi, onun hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə həvalə edilsin.
6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim İlham İbrahimov