Məhkəmə qərarları › İş №3-1(092)-63/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-63/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-63/2025 25.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun köməkçisi X2 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxxxx 2006-cı ildə Şərur rayonunun Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,(SX*******), subay, tam orta təhsilli, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayonu, Yengicə kəndində qeydiyyatda olmaqla, N saylı hərbi hissənin əsgər yataqxanasında yaşayan, N saylı hərbi hissədə xidmət edən əsgər, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, N №-li hərbi hissənin tank əleyhinə bölüyünün 1-ci tank əleyhinə taqımının 1-ci tank əleyhinə idarə olunan raketlər manqasının operatoru vəzifəsində xidmət edən əsgər Şəxs 25 may 2025-ci il tarixdə, saat 08:20 radələrində yeməkxanada tabelik münasibətlərində olmayan, həmin bölüyün 3-cü tank əleyhinə taqımının 2-ci tank əleyhinə idarə olunan raketlər manqasının operatoru vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ona nalayiq ifadə işlətməsini düşünməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində, qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub Zərərçəkmiş şəxs sinəsindən hər iki əli ilə itəliyib ona zor tətbiq etməklə yerə yıxmış, nəticədə Zərərçəkmiş şəxs sifət nahiyəsi stula dəyərək sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilməyən “sol almacıq nahiyəsinin və burun belinin sol yarısının səthi əzilmiş yarası” xəsarəti almışdı. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, əsgər Şəxs izahatında qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə, səhər baxışı zamanı taqım komandiri leytenant Emil Nəbiyev 2 kalon düzülən bölüyə dağıl komandası verərək yemeyə düzülmələri ilə bağlı göstəriş vermiş, dağıl komandasından sonra əsgər Zərərçəkmiş şəxs bu komandanı düzgün yerinə yetirə bilməmiş, Zərərçəkmiş şəxs komandanı düzgün yerinə yetirməsini bildirmiş, buna səbəb isə havanın isti olması və yenidən komandanı düzgün icra edə bilmədiyinə görə əlavə olaraq dağıl komandası verilməsini istəməməyi olmuşdur. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs heç nə deməmiş, səhər yeməyi zamanı əsgər Zərərçəkmiş şəxs ilə yanbayan oturmuş, Zərərçəkmiş şəxs heç kim mənə görə əziyyət çəkməyib demiş, əlavə olaraq nəsə söz deyib sonda isə bacısını belə belə edim deyib nalayiq ifadə işlətmiş, Zərərçəkmiş şəxs nalayiq ifadəni ünvanına işlətməsini düşünmüş, oturduğu yerdən ayağa qalxmış, həmin vaxtdı Zərərçəkmiş şəxs ayağa qalxmış, Zərərçəkmiş şəxs nalayiq ifadəni ünvanına işlədibişlətməməsini soruşmuş, Zərərçəkmiş şəxs cavabında nəsə söz demiş, lakin yeməkxanada səs olduğundan onun nə dediyini eşitməmiş, bundan sonra əsgər Zərərçəkmiş şəxs sinəsindən iki əli ilə itələmiş, əsgər Zərərçəkmiş şəxs arxaya doğru gedib yerə yıxılmışdır. Törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 07:50 radələrində səhər baxışı zamanı taqım komandiri leytenant Emil Nəbiyev bölüyə dağıl komandası vermiş, buna səbəb isə bölüyün 3 kalon düzülüb səhər yeməyinə getməyə düzülməsi olmuş, ayağı ağrıdığına görə komandanı düzgün yerinə yetirə bilməmiş, əsgər yoldaşı Şəxs sırada söz demiş, onun nə dediyini eşitməmiş, daha sonra bölüklə birgə düzülüb səhər yeməyinə getmiş, həmin gün saat 8:20 radələrində yeməkxanada yan-yana əsgər Şəxsla oturmuş, Şəxs sırada haqqında pis bir söz deməsini zənn edib ona mənə görə heç kim əziyyət çəkmiyibdir demiş, bundan sonra mənim haqqımda artıq nəsə söz deyənin bacısını belə belə edim deyib nalayiq ifadə işlətmiş, bundan sonra Şəxs oturduğu yerdən qalxmış, Şəxs səhv başa düşməsini hiss etmiş, həmçinin oturduğu yerdən qalxıb ona səninlə deyiləm demiş, lakin yeməkxanada səs olduğundan bir-birilərini eşitməmişlər. Bundan sonra əsgər Şəxs sinəsindən əli ilə itələmiş, nəticə də yerə yıxılmışdır. İnzibati xəta törətmiş şəxs Şəxs bağışlayır. Ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Şahid da izahatinda göstərilən xüsusatları təsdiq etdi. Bu fakt, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs, zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs, şahid əsgər Şahid izahatları, ekspert rəyi və materiala əlavə edilən digər sənədlərlə təsdiq olunur. N №-li hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş arayışda Şəxs ilə Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş xidməti xasiyyətnamələrdə Şəxs və Zərərçəkmiş şəxs mənfi xarakterizə edilmişdir. Əsgər Zərərçəkmiş şəxs barəsində olan 263 nömrəli müayinə aktından görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət “sol almacıq nahiyəsinin və burun belinin sol yarısının səthi əzilmiş yarası” bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, şəxsin məhkəmə-tibbi müayinə zamanı göstərdiyi tarixdə və şəraitdə törənməsi istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin və şahidin izahatları ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin 23 fevral 2023-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabain qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədəuyğundur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin əsgər Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla əsgər Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin. 3.İnzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın.

4. Əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə həvalə edilsin.

5. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar