Məhkəmə qərarları › İş №3-1(092)-67/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-67/2024

31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-67/2024 31.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: MNF katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun köməkçisi, ədliyyə baş leytenantı X2 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxxxx 2002-ci ildə Culfa rayonunun Milax kəndində doğulmuş,həmin ünvanda qeydiyyatda olan, subay, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, N №-li hərbi hissənin 4-cü taborunun, 12-ci bölüyünün, 2-ci taqım,3-ci manqasında, atıcı-qumbara atan vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən, N saylı hərbi hissənin əsgər yataqxanasında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Məhkəməyə daxil olmuş işin materialını öyrənilərkən məlum olmuşdur ki, əsgər Şəxs 18 mart 2024- cü il tarixdə, saat 22:20 radələrində şərti olaraq “Qaya” adlanan döyüş mövqeyinin müşahidə məntəqəsində həmin bölüyün 2-ci pulemyot manqasında tuşlayıcı vəzifəsində xidmət etmiş əsgər Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlətməklə onun şərəf və ləyaqətini alçaltmış, sonra mübahisəni davam etdirərək yaxasından tutmuş, əli ilə yaxasından itələmiş, sol əli onun sifət nahiyəsinə dəyməsi nəticədə Zərərçəkmiş şəxs sağ gözünün ətrafında sıyrıq əmələ gəlmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs ifadəsində 18 mart 2024-cü il tarixdə əsgər Zərərçəkmiş şəxs və əsgər Şahidla döyüş növbəsinə çıxan zaman əsgər Zərərçəkmiş şəxs növbəyə gecikdiyi üçün ona “qalx da, dəqiqə başı səni qaldırmayacayıq ki?” dediyini, əsgər Zərərçəkmiş şəxs isə ona heç nə deməyib onlarla növbəyə çıxdığını, saat təqribən 22:20 radələrində əsgər E.Şirinovun yataqxanada ona əsgər Zərərçəkmiş şəxs müşahidə məntəqəsində onu oraya çağırdığını dediyini, lakin nə səbəbə çağırdığını soruşanda səbəbini bilmədiyini dediyini, buna görə əsgər E.Şirinovla birlikdə müşahidə məntəqəsinə getdiyini, müşahidə məntəqəsinin içərisində əsgər Zərərçəkmiş şəxs ondan “niyə mənə kin saxlayıb mənimlə aqresiv davranırsan?” deyə soruşduğunu, həmin vaxt yanlarında olan əsgərlər E.Şirinovla Şahid onların söhbətlərinə şahid olmalarını istəmədiyi üçün bayırda gözləmələrini onlardan xahiş etdiyini, onlar çıxdıqdan sonra əsgər Zərərçəkmiş şəxs “nalayiq ifadə işlədərək, əsgərləri ona qarşı yönəltdiyini, onun arxasınca iş çevirdiyini” dediyini və aralarında mübahisə yarandığını, həmin vaxt Zərərçəkmiş şəxs anidən onun sifətinin sol tərəfindən bir yumruq vurduğunu, onun yumruğunun sol gözündən dəydiyini, qarşılıqlı bir-birlərinin yaxasından tutduqlarını, əsgər Zərərçəkmiş şəxs təkrar onun sifətinin sol tərəfindən 2-3 yumruq zərbəsi vurduğunu, bu zaman onu özündən kənarlaşdırmaq üçün əli ilə onun yaxasından itələdiyini, həmin vaxt özü də bilmədən sol əlinin onun sifətinin sağ tərəfinə dəyib cızdığını, Zərərçəkmiş şəxs üzr istədiyini, törətdiyi əməldən peşman olduğunu, Zərərçəkmiş şəxs da onu bağışladığını göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat vermiş əsgər Zərərçəkmiş şəxs ifadəsində 18 mart 2024-cü il tarixdə növbədən əvvəl yuxudan gec oyandığı üçün əsgər Şəxs ona “qalx da, dəqiqə başı səni qaldırmıyacayiq ki” dediyini, həmin vaxt ona heç nə deməyib döyüş növbətçiliyinə getdiyini, saat 22:00-dan 00:00-dək əsgər Şahidla növbəyə təyin olunduqlarını, döyüş növbəsini qəbul etdikdən təxminən 15 dəqiqə sonra ərazidə olan əsgər Emin Şirinovdan əsgər Şəxs posta çağırmasını xahiş etdiyini, saat 22:30 radələrində əsgər Şəxslə əsgər E.Şirinovun müşahidə məntəqəsinə gəldiklərini, həmin vaxt əsgər Şəxs “niyə mənə qarşı aqresivsən, mənimlə kin saxlayırsan?” soruşduğunu, bu zaman əsgər Şəxs yaxınlıqda olan əsgər E.Şirinova və əsgər Şahid "siz kənarda durun, biz tək söhbət edək” dediyini, onlar getdikdən sonra təkrar niyə ona qarşı aqresiv davranmasını soruşduqda əsgər Şəxs ona nalayiq ifadələr işlətdiyini, bu səbəbdən də mübahisə etdiklərini, onun hərəkətlərindən əsəbləşib sağ əli ilə onun sol gözündən bir yumruq vurduğunu, əsgər Şəxslə onun yaxasından tutduqdan sonra o da onun yaxasından tutduğunu, sonra yenə onun sifətindən əlavə olaraq 3 yumruq vurduğunu, həmin vaxt qaranlıq olduğundan, əsgər Şəxs onu özündən uzaqlaşdırmaq məqsədilə itələyən zaman dırnağınin onun sifətinin sağ tərəfini cızdığını, səsə çöldə olan əsgərlər E.Şirinovla Şahid içəri gələrək onları ayırdıqlarını, əsgər Şəxs ondan üzr istədiyini, onu bağışladığını göstərdi. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış əsgər Şahid Bəxtiyar oğlu izahatında göstərilən xüsusatları təsdiq etdi. N nömrəli hərbi hissədən təqdim edilmiş arayışda hərbi hissənin əsgərləri Zərərçəkmiş şəxs ilə Şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Zərərçəkmiş şəxs və Şəxs müsbət xarakterizə edilmişdir. Zərərçəkmiş şəxs barəsində 654 Ne-li ekspert rəyindən görünür ki. Zərərçəkmiş şəxs bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. N nömrəli hərbi hissə komandirinin əmrindən çıxarışdan görünür ki, 20 aprel 2024-cü tarixdə əsgər Zərərçəkmiş şəxs N Ne-li hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 3-cü taqımının 2-ci manqasına heyət nəfəri-atıcı vəzifəsinə təyin edilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olması və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq əsgər Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının aşağı həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərararın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.

3. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polis şöbəsinə həvalə edilsin.

4. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandirinə həvalə edilsin.

5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar