Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-67/2025 08.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun köməkçisi, X3 Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxx 1994-cü ildə Biləsuvar rayonunda doğulmuş, evli, ali hərbi təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar rayonu, B.Xammədov küçəsi, ev 14N-də qeydiyyatda olmaqla, Culfa şəhəri, 28 saylı hərbi şəhərcik bina 1, mənzil 20-də yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü motaatıcı taborunun, 2-ci minaatan batareyasının komandiri vəzifəsində xidmət edən kapitan, (MN № *******) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, kapitan Şəxs (MN № *******) Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü motoatıcı taborunun 2-ci artilleriya batareyasının komandiri vəzifəsində xidmət edərkən xx.xx.N5-ci il tarixdə, saat 10:30 radələrində “X8”ndə 1-ci təlim atış çalışmasının keçirilməmişdən əvvəl tabeliyində olan haubitsalı artilleriya divizionunun idarəetmə taqımının atəş idarəetmə manqasının (divizion qərargahının) hesablayıcısı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs vəzifə borcunu bilmədiyinə və cərgədə icazəsiz danışdığına görə yanına çağırıb iradını bildirmiş, əsgər Zərərçəkmiş şəxs narazı halda cavab verdiyinə görə ona nalayiq ifadə işlətməklə hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, kapitan Şəxs xx.xx.N4-cü il tarixdən N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun 2ci artilleriya batareyasının komandiri vəzifəsində xidmət etdiyini qeyd edərək göstərmişdir ki, əsgər Zərərçəkmiş şəxs hərbi xidmət dövründə tanımış, münasibətləri tabelik olmuş, hərbi hissənin reaktiv artilleriya batareyasının, 1-ci minaatan batareyasının və 2-ci minaatan batareyanın şəxsi heyətinin 1-ci təlim atış çalışmasının mütəşəkkil və keyfiyyətli keçirilməsi məqsədi ilə xx.xx.N5-ci il tarixdə, saat 10:30 radələrində “X8”nə getmiş, həmin vaxt hərbi hissə komandirinin müvafiq əmrinə əsasən şəxsi heyət təlim nöqtələrinə ayrılmış, atışda mühafizə rəisi gizir Şahid mühafizə rəisinin köməkçiləri – mühafizəçi əsgərlər Zərərçəkmiş şəxs, X4 və X2 bir cərgə düzərək təlimat vermiş, bu zaman ümumqoşun atış meydan rəisi gizir Vahid Rüstəmov oraya gəlmiş, həmin əsgərlərə yaxınlaşaraq mühafizəçinin vəzifə borcunu soruşmuş, vəzifə borcunu bilmədikləri üçün gizir V.Rüstəmov Təlim mərkəzinin rəisi ilə mobil telefonla danışmış, buna görə Təlim mərkəzinin rəisi atışın keçirilməsinə icazə verməmiş, həmin vaxt cərgədə olan əsgər Zərərçəkmiş şəxs yanında olan əsgər yoldaşında yavaş səslə nəsə dediyini görmüş, əsgər Zərərçəkmiş şəxs yanına çağırıb ona “nə problem var bala?” deyə soruşmuş, Zərərçəkmiş şəxs ona “cənab kapitan mən öz vəzifə borcumu təkrarlayıram, bunu da yorğunam təkrarlaya bilməyəcəm” deyə cavab vermiş, Zərərçəkmiş şəxs “öz vəzifə borcunu bilməli deyilsən?” deyə soruşduqda Zərərçəkmiş şəxs ona “mən rabitəçi deyiləm ki, vəzifə borcumu bilirəm” deyə cavab vermiş, Zərərçəkmiş şəxs əsəbləşərək nalayiq ifadə işlətmiş, Zərərçəkmiş şəxs ona “cənab kapitan, mənimlə belə danışmayın” deyən zaman Ə. Rzayevə təkrar nalayiq ifadə işlətmişdir. Kapitan Şəxs izahatına davam edərək əsgər Zərərçəkmiş şəxs əsəbiləşərək bu kimi hərəkətlər etdiyini, etdiyi xoşagəlməz hərəkətlərdən səmimi peşman olduğunu, hərbi xidmət dövründə əvəllər ona nizamnamədən kənar hərəkətlər etmədiyini, digər hərbi qulluqçuların da ona nizamnamədən kənar hərəkətlər etdiklərini görmədiyini, eşitmədiyini, bu barədə məlumatı olmadığını zərər çəkmiş şəxsdən dəfələrlə üzr istədiyini göstərdi. Məhkəmə iclasında xəstəliyi ilə ələqadar iştirak etməyən ifadəsi tədqiq edilərək elan edilmiş Zərərçəkmiş şəxs və məhkəmə iclasında iştirak edən Şahid da göstərilən xüsusatları təsdiq etdilər. Beləliklə, N nömrəli hərbi hissədə xidmət edən kapitan Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt, barəsində inzibati icraat aparılan kapitan Şəxs, zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs və şahid N nömrəli hərbi hissənin giziri Şahid izahatları və materiala əlavə edilmiş digər sənədlərlə təsdiqini tapmışdır. N nömrəli hərbi hissə komandiri tərəfindən təqdim olunan arayışda kapitan Şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olduğu göstərilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamələrdə kapitan Şəxs ilə əsgər Zərərçəkmiş şəxs müsbət xarakterizə olunduqları göstərilmişdir. Kapitan Şəxs Hərbi Həkim komissiyasından keçirilmiş, 19 iyun N5-ci il tarixdə alınmış 1547 nömrəli arayışda “Xəstəliklər cədvəli” nin __ maddəsinə əsasən lll qrafasına və ƏTC-yə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekpertizası haqqında Əsasnamə” yə qoşma) əsasən onun hərbi xidmətə yararlı olduğu göstərilmişdir. N nömrəli hərbi hissədən verilmiş arayışda kapitan Şəxs Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N3-cü il tarixli 0160-t nömrəli əmri ilə Azərbaycan Respublikasının “Şücayətə görə”, Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N3-cü il tarixli 0105-t nömrəli əmri ilə Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.N1-ci il tarixli 2723 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0-ci il tarixli 2372 nömrəli sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N2-ci il tarixli 250 nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunduğu, onun barəsində əvvəllər xidməti araşdırma aparılmadığı, cinayət və inzibati məsuliyyətə cəlb edilmədiyi göstərilmişdir. N nömrəli hərbi hissədən təqdim olunmuş xidməti vərəqələrdə kapitan Şəxs hərbi xidmət dövründə cəzalandırılmadığı, əsgər Zərərçəkmiş şəxs isə 2 dəfə intizam qaydasında cəzalandırıldığı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N iyun N5-ci il tarixli 176 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs həmin tarixdən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin və şahidlərin izahatları ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, kapitan Şəxsjn yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq iş materiallarından və ibtidai istintaq zamanı tərəflərin vermiş olduğu izahatlarından məlum olur ki, kapitan Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinin müddəalarına uyğun olaraq kapitan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinə əsasən tabelik münasibətlərində olan rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltması - on gündən iyirmi günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən qeyd olunan Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, kapitan Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.
2. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin.
3. İnzibati xəta haqqında iş üzrə çıxarılmış qərarın surəti icra olunması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin və qərarın icrası barədə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə məlumat verilsin.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən Səxavət Hüseynov