Məhkəmə qərarları › İş №3-1(092)-7/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərardad — İş №3-1(092)-7/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3-1(092)-7/2024 22.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi Hüseynov Səxavət Səməd oğlu N nömrəli hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Naxçıvan Hərbi Prokurorluğunun 13 dekabr 2023-cü il tarixli, 3-3-250/2-012783/2023 №-li məktubu ilə N nömrəli hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 06 dekabr 2023-cü il tarixli, 65 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 06 dekabr 2023-cü il tarixli, 65 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx xxxx 2004-cü ildə Astara şəhərində anadan olmuş, tam orta təhsilli, Astara şəhəri, Nizami küçəsi, ev 63-də daimi qeydiyyatda olan, əsgər Şəxs (hərbi bilet SX № 0697232) N nömrəli hərbi hissənin 5-ci taborunun 18-ci bölüyünün 1-ci taqımının 2-ci manqasında heyət nəfəriatıcı vəzifəsində xidmət edərkən xx.xx.2023-cü il tarixdə saat 10 radələrində, xidmət etdiyi taborun əşya saxlanc otağına gələrək aralarında tabelik münasibətləri olmayan, onunla eyni taqımın 1-ci manqasında pulemyotçu vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs 5 manatını xırdaladıqdan sonra Zərərçəkmiş şəxs əlində tutduğu 5 manatı ona vermədiyini görüb həmin pulu çəkib onun əlindən almış, buna görə aralarında mübahisə baş vermiş, mübahisə zamanı Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulmuş qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Zərərçəkmiş şəxs yaxasından tutmaqla, onun ünvanına nalayiq ifadələr işlətməklə və daha sonra burnundan yumruqla vurmaqla sonuncunun şərəf və ləyaqətini altmış və ona qarşı zor tətbiq etmişdir. Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi X1 həmin işə baxarkən 06 dekabr 2023-cü il tarixli qərardadla N nömrəli hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş 06 dekabr 2023-cü il tarixli, 65 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərarını və ona əlavə olunmuş sənədləri (materialı ) natamam olduğundan geri qaytarmışdır. Lakin 13 dekabr 2023-cü il tarixdə məhkəmənin icraatına təkrarən daxil olmuş Naxçıvan Hərbi prokuroru tərəfindən qəbul edilmiş 06 dekabr 2023-cü il tarixli, 65 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər işin baxılmağa hazırlanması zamanı araşdırılarkən müəyyən olunmuşdur ki, həmin inzibati xəta haqqında iş materiallarının Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılmasına səbəb olan natamamlıqlar (məhkəmə iclasına çağırılmalı olan şəxslərin iştirakının məhkəmədə təmin edilməməsi) Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 3-1(092)-70/2023 №-li qərardadında açıq və aydın şəkildə göstərilməsinə baxmayaraq, bu natamamlıqlar Naxçıvan Hərbi prokuroru tərəfindən yenidən aradan qaldırılmamışdır. Bu səbəbdən də, elə həmin gün işə baxan hakim (Səxavət Hüseynov) tərəfindən 13 dekabr 2023-cü il tarixli qərardad ilə İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq təqdim edilmiş materialların natamam olması əsas gətirilərək, qeydə alınmış natamamlığın aradan qaldırılması üçün iş materialları Naxçıvan Hərbi Prokurorluğuna təkrarən geri qaytarılmışdır. N saylı hərbi hissənin əsgəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 06 və 13 dekabr 2023-cü il tarixli qərardadlarında qeydə alınmış natamamlıqlar Naxçıvan Hərbi prokuroru tərəfindən aradan qaldırılmadan həmin inzibati xəta haqqında iş materialları 20 və 30 dekabr 2023-cü il tarixlərdə təkrarən məhkəməyə təqdim edilmişdir. İş materiallarının ilkin öyrənilməsi zamanı əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işlə ilə bağlı məhkəmənin 06 və 13 dekabr 2023-cü il tarixli qərardadlarında qeydə alınmış natamamlıqlar Naxçıvan Hərbi prokuroru tərəfindən aradan qaldırılmadan iş materialları təkrarən məhkəməyə təqdim edildiyindən, həmin iş materialları məhkəmənin dəftərxanasından geri qaytarılmışdır. 22 yanvar 2024-cü il tarixdə sözügedən inzibati xəta haqqında iş materialları Naxçıvan Hərbi prokuroru tərəfindən baxılması üçün yenidən məhkəməyə göndərilmişdir. Məhkəmənin icraatına təkrarən daxil olmuş həmin inzibati xəta haqqında iş materialları işin baxılmağa hazırlanması zamanı araşdırılarkən müəyyən olunmuşdur ki, sözügedən inzibati xəta haqqında işin materiallarında mövcud olan natamamlıqlarla bağlı Naxçıvan Hərbi prokuroru tərəfindən heç bir dəyişiklik edilmədən və natamamlıqlar aradan qaldırılmadan həmin iş materialları yenidən məhkəməyə göndərilmişdir. Məhkəmə məsələ ilə bağlı əvvəlki mövqelərini təkrar edərək hesab edir ki, N №-li hərbi hissənin əsgəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 3-1(092)-70/2023 №-li və 13 dekabr 2023cü il tarixli, 3-1(092)-74/2023 №-li qərardadlarında qeyd olunmuş natamamlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması qeyri-mümkündür və bu səbəbdən də inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər qeydə alınmış çatışmamazlıqların aradan qaldırılması üçün təkrarən Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, inzibati xətalar haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Qeyd etmək lazımdır ki, inzibati xətalar haqqında işin baxılmağa hazırlanması mərhələsində qəbul edilmiş qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X3 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: N №-li hərbi hissənin əsgəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş 06 dekabr 2023-cü il tarixli, 65 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş materiallar onu tərtib etmiş orqana- Naxçıvan Hərbi Prokurorluğuna təkrarən geri qaytarılsın. Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar