Məhkəmə qərarları › İş №3-1(092)-70/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-70/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-70/2024 20.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: MN katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorluğunun böyük köməkçisi ədliyyə polkovnik-leytenantı X4, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkili Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxx 2000-ci ildə Qax rayonunun Qaratala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali hərbi təhsilli, subay, həmin ünvanda daimi qeydiyyatda olmaqla ünvan 1ayədə yaşayan, tibb xidməti kiçik leytenantı , N nömrəli hərbi hissənin tibb məntəqəsinin həkimi vəzifəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, tibb xidməti kiçik leytenantı Şəxs N №-li hərbi hissənin tibb məntəqəsinin həkimi vəzifəsində xidmət edərkən (şəxsi vəsiqə MN № 0066178) 04 iyun 2024-cü il tarixdə, saat 08:00-da hərbi hissəyə gəlməli olduğu halda üzürlü səbəblər olmadan gəlməmiş, 07 iyun 2024-cü il tarixdə, saat 16:40-da hərbi hissəyə qayıtmışdır. Şəxs üzürlü səbəblər olmadan hərbi hissəyə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmamışdır. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Bu fakt barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan tibb xidməti kiçik leytenantı Şəxs, şahidlər N №-li hərbi hissənin hərbi qulluqçuları tibb xidməti leytenantı Şahid1, kapitan Şahid3, QHQ, əsgər X2, MAHHXHQ-su əsgər Şahid2 izahatları və araşdırma zamanı toplanmış digər sənədlərlə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tibb xidməti kiçik leytenantı Şəxs izahatında xx.xx.2024-cü il tarixdə, saat 08:00 radələrində fiziki və psixi-xroniki yorğunluğa görə səhər tezdən yuxudan oyana bilmədiyindən xidmət yerinə gəlmədiyini, xx.xx.2024-cü il tarixdə, saat 16:40 radələrində hərbi hissəyə gəlib çayxanaya olan borcunu ödəyib getdiyini, xx.xx.2024-cü il tarixə, saat 08:00-dək eyni səbəbdən hərbi hissəyə gələ bilmədiyini, hərbi hissədən ona zəng olunmaqla xidmətə çıxması bildirilsə də, xidmətə çıxmadığını, xx.xx.2024-cü il tarixdə, saat 08:00-da hərbi hissəyə qayıtdığını, törətdiyi əməldən peşiman olduğunu göstərdi. Məhkəmədə şahid qismində dindirilmiş kapitan Şahid3 izahatında Şəxs xx.xx.2024-cü il tarixdən, saat 08:00-dan, xx.xx.2024-cü il tarixə, saat 08:00-dək üzürlü səbəblər olmadan xidmət yerinə gəlmədiyini, xx.xx.2024-cü il tarixdə, saat 09:00 radələrində hərbi hissə komandanlığının tapşırığına əsasən onun hərbi hissəyə gəlməsinin təmin edilməsi üçün bir neçə xidmət yoldaşı ilə Şəxs yaşadığı ünvana getdiyini, onun yuxu rejiminin pozulmasını dediyini, həmin vaxt ona xidmət yerinə qayıtması təklif edilsə də, Şəxs hərbi hissəyə gəlmədiyini göstərdi. Məhkəmədə şahid qismində dindirilmiş MAHHXHQ-su əsgər Şahid2 izahatında tibb xidməti kiçik leytenantı Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:40 radələrində hərbi hissəyə gəldiyini, onun üzünün tüklü olduğunu, onun çayçıya gedib borcunu ödədikdən sonra hərbi hissədən çıxıb getdiyini göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş QHQ, əsgər X3 və tibb xidməti leytenantı Şahid1 izahatlarında eyni xüsusatları təsdiq etdilər. N №-li hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 187 №-li əmrindən çıxarışda tibb xidməti leytenantı Şəxs N №-li hərbi hissənin tibb məntəqəsinin həkimi vəzifəsinə təyin edildiyinə görə həmin tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminata daxil edilməsi qeyd olunmuşdur. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xidməti xasiyyətnamədə tibb xidməti kiçik leytenantı Şəxs mənfi xarakterizə edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 141 №-li əmrindən çıxarışda tibb xidməti kiçik leytenantı Şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:00-da xidmət yerinə gəlmədiyi göstərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 145 №-li əmrindən çıxarışda tibb xidməti kiçik leytenantı Şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:00-da hərbi hissəyə gəldiyi qeyd olunmuşdur. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tibbi xasiyyətnamədə tibb xidməti kiçik leytenantı Şəxs hər hansı xəstəliklə bağlı hərbi hissənin tibb məntəqəsinə və hospitala müraciət etmədiyi göstərilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsi qeyd olunmuşdur. N №-li hərbi hissədən verilmiş xx.xx.2024-cü il tarixli, 476 №-li arayışda Şəxs sağlam və hərbi xidmətə yararlı olması göstərilmişdir. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs üzrlü səbəblər olmadan 3 (üç) gündən artıq, lakin 10 (on) gündən çox olmayan müddətə xidmət yerini özbaşına tərk etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N nömrəli hərbi hissənin zabiti Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində əsgər Şəxs yuxarıda göstərilən əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin üç gündən çox olmayaraq törədildikdə iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-cü maddəsinə əsasən Şəxs səmimi peşmançılığını və ilk dəfə inzibati xəta törətməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 6(altı) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərararın icrası Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.

3. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polis şöbəsinə həvalə edilsin.

4. Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandirinə həvalə edilsin.

5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar