Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-73/2024 09.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: MNF katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 2005-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ümumi orta təhsilli, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanında daimi qeydiyyatda olan, N nömrəli hərbi hissənin 3-cü taborunun, 7-ci bölüyünün 1-ci taqımının 2-ci manqasının tuşlayıcısı vəzifəsində xidmət edən əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs N nömrəli hərbi hissənin 3-cü taborunun, 7-ci bölüyünün 1-ci taqımının 2-ci manqasının tuşlayıcısı vəzifəsində xidmət edərkən 26 may 2024-ü il tarixdə, saat N radələrində hərbi hissənin əsgər yataqxanasının qarşısında tabelik münasibətlərində olmayan, onunla eyni taborun 9-cu bölüyünün 1-ci taqımının 2-ci manqasının tuşlayıcı vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs ondan siqaret istədikdə siqareti olmadığını bildirməsinə baxmayaraq bir az sonra yenidən ondan siqaret istəməsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət amnaməsinin 38-ci maddəsində nəzərdə tutulan qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədib onun şərəf və ləyaqətini alçaltmış, daha sonra onun yaxasından tutaraq yataqxana binasının arxasına dəvət etmiş, orada Zərərçəkmiş şəxs sifətinə bir yumruq vurmaqla ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan “damağın çapılmış, kəsilmiş, üst dodağın sıyrılmış yarası” xəsarətini yetirmişdir. Beləliklə əsgər Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 26 may 2024-cü il tarixdə, saat N radələrində hərbi hissənin əsgər yataqxanasının qarşısında olarkən əvvəlcədən yaxın münasibətdə olduğu əsgər Zərərçəkmiş şəxs ondan siqaret istəmiş, siqaretinin olmadığını bildirmiş, təxminən 5 dəqiqədən sonra əsgər Zərərçəkmiş şəxs yenidən ona yaxınlaşaraq siqaret istəmiş, bu dəfə onun ünvanına nalayiq ifadə işlətmiş və əsgər Zərərçəkmiş şəxs yaxasından tutaraq “sənə bayaq siqaretim yoxdur dedim” deyə bildirmiş, əsgər Zərərçəkmiş şəxs “mənə hörmətsizlik edirsən, əlini yaxamdan çək” demiş, bundan sonra əsgər Zərərçəkmiş şəxs “gəl gedək 2-ci taborun yataqxanasının arxasına, orada söhbət edək” deyə bildirmiş və həmin yerə getmişlər, da olarkən Zərərçəkmiş şəxs yaxasından tutaraq “sənə dedim siqaretim yoxdur sən yenə məndən siqaret istəyirsən” deyə bildirmiş, əsgər Zərərçəkmiş şəxs təkrar əlini yaxasından çək demiş, əsgər Zərərçəkmiş şəxs “əlimi qardaşyana sənin yaxana qoymuşam” deməklə özündən çıxaraq onun yaxasından tutaraq “bundan sonra zarafat edənin” ünvanına nalayiq ifadə işlətmiş, əsgər Zərərçəkmiş şəxs da, onun çiyninə əlini qoyaraq “bəsdir eləmə” deyən zaman əsgər Şəxs sağ əlinin yumruğu ilə bir dəfə əsgər Zərərçəkmiş şəxs sifətinin üst dodaq nahiyəsinə vuraraq ona xəsarət yetirmiş, vurduğu zərbə nəticəsində sağ əli zədələnmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsdən üzr istəmiş, zərərçəkmiş şəxs də onu bağışlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 26 may 2024-ü il tarixdə, saat N radələrində hərbi hissənin əsgər yataqxanasının qarşısında olarkən siqareti qurtardığına görə əvvəlcədən yaxın münasibətdə olduğu əsgər Şəxs yaxınlaşaraq siqaret istəmiş, o, isə siqaretinin olmadığını bildirmiş, həmin vaxt ona heç nə demədən oradan uzaqlaşmış, təxminən 5 dəqiqədən sonra 9-cu bölüyün yataqxanası istiqamətində olarkən əsgər Şəxs yataqxananın qapısının yaxınlığında görmüş,, onun siqaretinin olduğunu, lakin onunla zarafat etməsi düşüncəsi ilə təkrar yaxınlaşmış və siqaret istəmiş, əsgər Şəxs bu dəfə onun ünvanına nalayiq ifadə işlədərək “bayaq demədim siqaretim yoxdur” bildirmiş, əsgər Şəxs “bəsdir eləmə, bu nə söhbətdir edirsən, mənə qarşı hörmətsizlik edirsən” deyə bildirmiş, həmin vaxt əsgər Şəxs onun yaxasından tutaraq “sənə bayaq demədim siqaretim yoxdur” cavabını vermiş və onu 2-ci taborun yataqxanasının arxasında söhbət etməyə dəvət etmiş, onunla həmin yerə getmişlər. Orada olarkən əsgər Şəxs onun yaxasından tutaraq “demədim ki, siqaretim yoxdur sən yenə də, məndən siqaret istəyirsən” demiş, əsgər Şəxs təkrar əlini yaxasından çəkməsini bildirmiş, əsgər Şəxs ona “əlimi qardaşyana sənin yaxana qoymuşam” demiş və bundan sonra zarafat edənin ünvanına nalayiq ifadə işlətmiş, onun çiyninə əlini qoyaraq “bəsdir eləmə” deyən zaman əsgər Şəxs sağ əlinin yumruğu ilə bir dəfə onun sifətinin üst dodaq nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. İnzibati xəta törətmiş şəxsi bağışlayır, ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadəsi elan edilmış leytenant Şahid izahatında göstərmişdir ki, 26 may 2024- cü il tarixdə, saat N radələrində əsgər yataqxanasında zabitlərin xidməti otağında olarkən otağın pəncərəsindən çöl tərəfdə təxminən bir neçə metr kənarda iki əsgərin bir-biriləri ilə mübahisə etdiyini görmüş, dərhal masadan qalxaraq pəncərəyə yaxınlaşaraq hər iki əsgərin kimliyini aydınlaşdırarkən onlardan birinin digərinin dodaq nahiyəsindən bir dəfə yumruq vurub hadisə yerindən uzaqlaşdığını görmüş, zərbənin təsirindən vurulan əsgər yerə çökmüş, bundan sonra pəncərənin şüşəsini döyərək həmin əsgəri əli ilə çağırmış, o, yerdən qalxaraq yataqxana istiqamətinə gələn zaman xidməti otağından çıxaraq ona tərəf getmişdir. Onun kim olduğunu müəyyənləşdirdikdən sonra ondan “səni kim vurdu?” deyə soruşmuş, sonucu ona siqaretinin qurtardığına görə əvvəlcədən yaxın münasibətdə olduğu əsgər Şəxs siqaret istədiyini və siqaretinin olmadığının deməsinə baxmayaraq təxminən 5 dəqiqədən sonra təkrar Şəxs siqaret istəməsi səbəbindən aralarında mübahisə yarandığını, buna görə Şəxs əsəbiləşərək onun üst dodaq nahiyəsindən bir dəfə yumruqla vurub ona xəsarət yetirdiyini bildirmişdir. Əsgər Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəmə-tibbi ekspertizasından keçirilmiş, alınan 1161 nömrəli ekspert rəyində əsgər A. Əbdürrəhimovun almış olduğu “üst dodağın sıyrılmış yarası, damağın çapılmış, kəsilmiş yarası” xəsarətinin küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə baş verməsinin istisna edilmədiyi, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Əsgər Şəxs xx.xx.2024-cü il tarixdə məhkəmə-tibbi ekspertizasından keçirilmiş, alınan 1162 nömrəli ekspert rəyində əsgər Şəxs almış olduğu “sağ əlin arxa səthinin kəsilmiş yarası” xəsarətinin küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə baş verməsinin istisna edilmədiyi, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. N nömrəli hərbi hissə tərəfindən təqdim olunan arayışda əsgər Şəxs və əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamələrlə əsgər Şəxs mənfi , əsgər Zərərçəkmiş şəxs Ələkbər oğlu müsbət xarakterizə olunmuşlar. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin izahatı və şahidin ifadəsi ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterize olunmasını və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olması və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının aşağı həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.
3. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polis şöbəsinə həvalə edilsin.
4. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N saylı hərbi hissənin komandirinə həvalə edilsin.
5. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Səxavət Hüseynov