Məhkəmə qərarları › İş №3-1(092)-75/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərardad — İş №3-1(092)-75/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3-1(092)-75/2025 28.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi Hüseynov Səxavət Səməd oğlu N nömrəli hərbi hissədə xidmət edən kapitan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair N saylı hərbi hissədən daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: N saylı hərbi hissədən N iyul N0N5-ci il tarixli, 3-N5-NNN-N/557/N0N5 №-li məktubu ilə N nömrəli hərbi hissədə xidmət edən kapitan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair N5 iyul N0N5-ci il tarixli, 001 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan N5 iyul N0N5-ci il tarixli, 001 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx xxxx 1990-cı ildə Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olmuş, ali təhsilli, Beyləqan rayonunun Əlinəzərli kəndində daimi qeydiyyatda olan, kapitan Şəxs (MN № *******) N nömrəli hərbi hissənin ideoloji iş və mənəvi psixoloji təminat böğlməsi rəisinin baş köməkçisi vəzifəsində xidmət edərkən 16 iyul N0N5-ci il tarixdə Müdafiə Nazirliyinə “Yüksək şərəf məhkəməsində” dindirilməsi üçün ezamiyyətə göndərilmiş,18 iyul N0N5-ci ildə ezamiyyətdən xidmət yerinə qayıtmalı olduğu halda qayıtmamış və NN iyul N0N5-ci il tarixdə saat N3:55 radələrində xidmət yerinə qayıtmişdir. Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab edir ki, daxil olmuş material natamam olduğundan (inzibati xəta törətmiş şəxsin və şahidlərin iştirakı təmin edilmədiyindən və daxil olmuş sənədlər natamam olduğundan) onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.5-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinə əsasən isə inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar (inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin iştirakı təmin edilmədikdə və daxil olmuş sənədlər natamam olduqda, natamamlıq aradan qaldırılması üçün geri qaytarılmalıdır) göstərilməlidir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1N8.1-ci maddəsinin şərh edilməsinə dair” N016-cı il N noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunan çatışmazlıqları inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə kapitan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair N nömrəli hərbi hissədən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokol və ona əlavə olunmuş sənədlər yuxarıda qeyd olunmuş çatışmamazlıqların aradan qaldırılması üçün həmin səlahiyyətli orqana geri qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, həmin çatışmamazlıqlar (inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin iştirakı təmin edilmədikdə və daxil olmuş sənədlər natamam olduqda, natamamlıq aradan qaldırılması üçün geri qaytarılmalıdır) aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan nöqsanlar (inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin iştirakı təmin edilmədikdə və daxil olmuş sənədlər natamam olduqda, natamamlıq aradan qaldırılması üçün geri qaytarılmalıdır) aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edilməsi mümkündür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1N9.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr N0N0-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 1N8-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100,106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: N nömrəli hərbi hissədə xidmət edən kapitan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair N nömrəli hərbi hissədən daxil olmuş N5 iyul N0N5-ci il tarixli, 001 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokol və ona əlavə olunmuş materiallar onu tərtib etmiş orqana-N nömrəli hərbi hissəyə geri qaytarılsın. Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar