Məhkəmə qərarları › İş №3-1(092)-76/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-76/2024

19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-76/2024 19.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Seyidov Eyvaz Yusif oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X1, Vəkil: X2, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: MAHHXHQ-su əsgər Şəxs oğlunun iştirakları ilə xx.xx.2001-ci ildə Şərur rayonunun Cəlilkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, il ərzində inzibati xəta törətməmiş, Şərur rayonunun Cəlilkənd kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissənin rabitə bölüyünün radio taqımının 4-cü radio manqasının radiotelefonçusu vəzifəsində xidmət edən, MAHHXHQ-su əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs (şəxsi vəsiqə AD № 0054314) N №-li hərbi hissənin rabitə bölüyünün radio taqımının 4-cü radio manqasının radiotelefonçusu vəzifəsində xidmət edərkən N iyun N4-ü il tarixdə, saat 14:00 radələrində hərbi hissənin ərazisində rabitə bölüyünün əsgərlərini sıra addımıyla yeməkxanaya doğru apararkən tabelik münasibətlərində olmayan, həmin bölüyün telefon taqımının telefon manqasında telefonçu vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs, sıra intizamını pozduğuna görə irad bildirmiş, nahar yeməyindən sonra saat 14:30 radələrində şəxsi heyəti yataqxananın yanında düzərək “kimsə mənə hörmətsizlik etməsin, hörmətsizlik edən gedib ata anasına hörmətsizlik edər” demiş, həmin vaxt əsgər Zərərçəkmiş şəxs ona cavab qaytardığından Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq yataqxanada yerləşən sinif otağında Zərərçəkmiş şəxs ağız nahiyəsinə bir və sağ qulaq nahiyəsinə bir yumruq vuraraq ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən “sağ dodağın selikli qişasının qançırı” xəsarətini yetirmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs MAHHXHQ-su əsgər Şəxs izahatında N iyun N4-cü il tarixdə cavabdeh MAHHXHQ-su kiçik çavuş Nəriman Abdullayevin xahişi ilə bölüyün naryada cəlb edilməyən 5 əsgərini saat 14:00da nahar yeməyi üçün sıra meydanında düzdüyünü, sonra “sağdan bir kolonda addımla marş” komandası verdikdə əsgər Zərərçəkmiş şəxs kolondan çıxaraq başqa kolona keçdiyini görüb ona sıra intizamını pozması barədə iradını bildirdiyini, şəxsi heyət yeməkxanaya girəndə əsgər Şahid1 sıradan çıxıb Zərərçəkmiş şəxs yanına keçdiyini görüb ona da irad bildirdiyini, saat 14:30 radələrində şəxsi heyət yeməkdən çıxdıqdan sonra əsgərləri yataqxananın yanında düzüb və onlara “kimsə mənə hörmətsizlik etməsin, gedib evdə ata anasına hörmətsizlik edər” dediyini, bunu kimisə təhqir etmək niyyəti ilə demədiyini, bu zaman əsgər Zərərçəkmiş şəxs ona “səhv etdiyimi bilirəm, səhvimə görə mənə nəsə de, amma ata anamı qarışdırma” dediyini, əsgər Zərərçəkmiş şəxs ilə Şahid1 onu sinif otağında gözləmələrini dediyini, özü də sinif otağına gedərək orada Zərərçəkmiş şəxs ağız nahiyəsinə bir yumruq vurduğunu, Şahid1 ilə əvvəlcədən orada olan MAHHX HQ əsgər Şahid2 araya girib onu tutduğunu, Zərərçəkmiş şəxs bu barədə bölük komandirinə deyəcəyini bildirdikdə onun sol qulaq nahiyəsinə də bir yumruq vurduğunu, Zərərçəkmiş şəxs ilə aralarında tabelik münasibətlərinin olmadığını, həmin gün və ya başqa vaxtlarda əsgərlərin üzərində böyük təyin olunmadığını, əsgər Zərərçəkmiş şəxs ilə barışdığını, həmin əmələ görə hərbi hissə komandiri tərəfindən töhmət verildiyini göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında N iyun N4-cü il tarixdə saat 14:00-da MAHHX HQ əsgər Şəxs nahar yeməyi üçün bölüyün şəxsi heyətini sıra meydanında iki kolonda düzmüş, sırada ikinci kolonda olduğu halda Şəxs komanda verdikdən sonra özbaşına sağ kolona keçdiyini, buna görə Şəxs ona irad bildirdiyini, öndə olan əsgər Şahid1 yeməkxanada onunla birlikdə oturmaq üçün sıradan çıxaraq onun arxasına keçdiyini, Şəxs yenidən sıranın pozulmasına görə irad bildirdiyini, yeməkdən çıxdıqdan sonra saat 14:30 radələrində yeməkxananın yanında düzüldüklərini, Şəxs orada “tapşırıq verirəm hörmətsizlik edirsiz, kimsə mənə hörmətsizlik etməsin, gedib evdə ata anasına hörmətsizlik etsin” dediyini, bu onun acığına gəldiyindən ona “səhv etdiyimi bilirəm, səhvimə görə mənə nəsə de, amma ata anamı qarışdırma” dediyini, Şəxs hirslənib ona və əsgər Şahid1 sinif otağında onu gözləmələrini dediyini, hər ikisi sinif otağına getdiyini, orada həmçinin MAHHXHQ-su əsgər Şahid2 da orada olduğunu, onların arxasınca Şəxs da oraya gəldiyini, orada Şəxsla mübahisəsi davam etdiyini, Şəxs onun ağzından bir yumruq vurduğunu, Şahid1 ilə Şahid2 onların arasına girdiyini, otaqdan çıxan zaman bölük komandirinə şikayət edəcəyini bildirdiyini, bundan sonra Şəxs bir dəfə də onun sol qulağından bir yumruq vurduğunu, nəticədə dodağından xəsarət aldığını, Şəxsla aralarında tabelik münasibətləri olmadığını, Şəxs onların üzərinə böyük təyin olunmadığını, onunla barışdığını, şikayətinin olmadığını,MAHHX HQ Mahmudovun ona qarşı olan hərəkətinə qarşı hərbi hissə komandiri tərəfindən həmin gün töhmət verildiyini göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən şahid əsgər Şahid1 orqanına vermiş olduğu izahatı məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edildi, o izahatında əsgər Zərərçəkmiş şəxs sıra intizamını pozmasına görə Şəxsla aralarında yaranmış mübahisə nəticəsində N iyun N4cü il tarixdə saat 14:30 radələrində sinif otağında Şəxs Zərərçəkmiş şəxs ağzından bir yumruq vurduğunu, Zərərçəkmiş şəxs bölük komandirinə şikayət edəcəyini bildirdikdə onun sol qulağının üzərindən də bir yumruq vurmasını gördüyünü göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən şahid MAHHXHQ-su əsgər Şahid2 təhqiqat orqanına vermiş olduğu izahatı məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edildi, o izahatında 13 iyul N4-cü il tarixdə sinif otağında olarkən saat 14:30 radələrində əsgərlər Zərərçəkmiş şəxs ilə Şahid1 sinif otağına gəldiyini, onların ardınca oraya MAHHX HQ əsgər Şəxs da gəldiyini, Şəxs orada T.Əlizdəyə irad tutduğunu, sonra onun ağzından yumruqla vurduğunu, Şəxs Zərərçəkmiş şəxs bir daha vurmaması üçün onu tutduğunu, Zərərçəkmiş şəxs otaqdan çıxarkən bölük komandirinə şikayət edəcəyini bildirdikdə Şəxs onun sol qulağından da bir yumruq vurduğunu göstərmişdir. İş materialına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.N4-cü il tarixli, 1284 saylı rəyində Zərərçəkmiş şəxs almış olduğu “alt dodağın selikli qişasının qançırı” xəsarətinin küt alətin təsirindən törəndiyi, xəsarətin yaranma müddətinin müayinə olunanın dediyi vaxta uyğun gəldiyi, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən təqdim olunan arayışda MAHHX HQ əsgər Şəxs və əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamələrlə MAHHXHQ-su əsgər Şəxs və əsgər Zərərçəkmiş şəxs müsbət xarakterizə edilmişdirlər. İş materialına əlavə edilmiş MAHHXHQ-su əsgər Şəxs xidmət vərəqəsindən görünür ki, xx.xx.N4-cü il tarixdə tabelik münasibətlərində olmayan hərbi qulluqçuya qarşı hərbi nəzakət qaydalarını pozduğuna görə N nömrəli hərbi hissə komandiri tərəfindən ona “Töhmət” intizam cəzası verilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N N-li hərbi hissədə xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, etdiyi əməldən peşman olmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmasına görə ona on gündən bir ayadək müddətə inzibati həbs cəzasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.N4-cü il tarixdə törətmiş olduğu hadisə ilə yəni məhkəmədə baxılan bu işlə əlaqədar N nömrəli hərbi hissə komandirinin N iyun N4-cü il tarixli əmri ilə “töhmət” cəzası verilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin 43-cü bəndinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, belə nəticəyə gəlir ki, MAHHXHQ-su əsgər Şəxs intizam qaydasında cəza verilməsi onun “qanun və inzibati normalar əsasında” cəza verilməsinin nəticəsi kimi qəbul etmək olar. Avropa İnsan Hüquqları Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsinə əsasən heç kəs təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən “bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz”. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs eyni bir hüquq pozuntusuna görə cəzalandırıldığını bilə-bilə, onun yenidən cəzalandırmaq olmaz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında səlahiyyətli orqanın qərarın olması inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardan biridir. Göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan MAHHX HQ əsgər Şəxs eyni fakt üzrə intizam qaydasında cəzalandırıldığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən həmin məcəllənin 612.1-ci maddəsi ilə olan işə xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 43, 48-51, 53.1.7, 114.1.4, 114.2.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. MAHHXHQ-su əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə eyni fakt üzrə intizam qaydasında cəzalandırıldığından həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar