Məhkəmə qərarları › İş №3-1(092)-77/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərardad — İş №3-1(092)-77/2024

29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3-1(092)-77/2024 29.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi Hüseynov Səxavət Səməd oğlu N №-li hərbi hissədə xidmət etmiş sabiq əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Naxçıvan Hərbi Prokurorluğu tərəfindən N №-li hərbi hissədə xidmət etmiş sabiq əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 03 may 2024-cü il tarixli, 48 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər 29 iyul 2024-cü il tarixdə təkrarən (6-ci dəfə) məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab edir ki, daxil olmuş material natamam olduğuna görə onu tərtib etmiş orqana təkrarən geri qaytarılmalıdır. Belə ki, iş materiallarından belə müəyyən olunur ki, N №-li hərbi hissədə xidmət etmiş sabiq əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi prokuroru tərəfindən qəbul edilmiş 03 may 2024-cü il tarixli, 48 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər ilk dəfə 03 may 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, elə həmin gün işə baxan hakim (Abil Orucəliyev) tərəfindən 03 may 2024-cü il tarixli, 3- 1(092)-59/2024 nömrəli qərardad ilə İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq təqdim edilmiş materialların natamam olması əsas gətirilərək, qeydə alınmış natamamlığın aradan qaldırılması üçün iş materialları Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılmışdır. Bundan sonra Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi prokuroru tərəfindən qəbul edilmiş 03 may 2024-cü il tarixli, 48 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər ikinci dəfə 20 may 2024-cü il tarixdə məhkəmənin icraatına təkrarən daxil olmuş, həmin iş materialları işin baxılmağa hazırlanması zamanı araşdırılarkən, 03 may 2024-cü il tarixdə həmin iş materiallarının Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılmasına səbəb olan halların (natamamlıqların) aradan qaldırılmadan yenidən məhkəməyə təqdim edildiyi aşkar olunduğundan, həmin iş materialları məhkəmənin 03 may 2024-cü il tarixli, 3-1(092)-59/2024 №-li qərardadında qeydə alınmış çatışmamazlıqların aradan qaldırılması üçün təkrarən (2-ci dəfə) 20 may 2024-cü il tarixli, 3- 1(092)-62/2024 nömrəli qərardadla Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılmışdır. Bundan sonra Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi prokuroru tərəfindən qəbul edilmiş 03 may 2024-cü il tarixli, 48 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər üçüncü dəfə 07 iyun 2024-cü il tarixdə məhkəmənin icraatına təkrarən daxil olmuş, həmin iş materialları işin baxılmağa hazırlanması zamanı araşdırılarkən, 03 may 2024-cü il tarixdə həmin iş materiallarının Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılmasına səbəb olan halların (natamamlıqların) aradan qaldırılmadan yenidən məhkəməyə təqdim edildiyi aşkar olunduğundan, həmin iş materialları məhkəmənin 03 may 2024-cü il tarixli, 3-1(092)-59/2024 №-li qərardadında qeydə alınmış çatışmamazlıqların aradan qaldırılması üçün təkrarən (3-cü dəfə) 07 iyun 2024-cü il tarixli, 3- 1(092)-68/2024 nömrəli qərardadla Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılmışdır. Bundan sonra Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi prokuroru tərəfindən qəbul edilmiş 03 may 2024-cü il tarixli, 48 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər dördüncü dəfə 27 iyun 2024-cü il tarixdə məhkəmənin icraatına təkrarən daxil olmuş, həmin iş materialları işin baxılmağa hazırlanması zamanı araşdırılarkən, 03 may 2024-cü il tarixdə həmin iş materiallarının Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılmasına səbəb olan halların (natamamlıqların) aradan qaldırılmadan yenidən məhkəməyə təqdim edildiyi aşkar olunduğundan, həmin iş materialları məhkəmənin 03 may 2024-cü il tarixli, 3-1(092)-59/2024 №-li qərardadında qeydə alınmış çatışmamazlıqların aradan qaldırılması üçün təkrarən (4-cü dəfə) 27 iyun 2024-cü il tarixli, 3- 1(092)-71/2024 nömrəli qərardadla Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılmışdır. 16 iyul 2024-cü il və 29 iyul 2024-cü il tarixlərdə Şəxs barəsində olan 03 may 2024-cü il tarixli, 48 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər həmin inzibati xəta haqqında iş materiallarının Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılmasına səbəb olan hallar (natamamlıqlar) aradan qaldırılmadan, Naxçıvan Hərbi prokuroru tərəfindən təkrarən baxılması üçün məhkəməyə göndərilmiş, məhkəmənin icraatına daxil olmuş həmin iş materialları işin baxılmağa hazırlanması zamanı araşdırılarkən müəyyən olunmuşdur ki, iş materiallarının 03 may 2024-cü il tarixində Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılmasına səbəb olan hallar (natamamlıqlar) təkrarən Naxçıvan Hərbi prokuroru tərəfindən aradan qaldırılmamışdır. Beləliklə də, məhkəmə hesab edir ki, N №-li hərbi hissədə xidmət etmiş sabiq əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 03 may 2024-cü il tarixli, 3-1(092)-59/2024 №-li qərardadında qeyd olunmuş natamamlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması qeyri-mümkündür və bu səbəbdən də inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər qeydə alınmış çatışmamazlıqların aradan qaldırılması üçün təkrarən Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 16 noyabr tarixli Qərarında da qeyd olunduğu kimi “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. ..... Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir”. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi.... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, inzibati xətalar haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Qeyd etmək lazımdır ki, inzibati xətalar haqqında işin baxılmağa hazırlanması mərhələsində qəbul edilmiş qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: N №-li hərbi hissədə xidmət etmiş sabiq əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş 03 may 2024-cü il tarixli, 48 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş materiallar natamam olduğundan onu tərtib etmiş orqana-Naxçıvan Hərbi Prokurorluğuna təkrarən geri qaytarılsın. Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar