Məhkəmə qərarları › İş №3-1(092)-78/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-78/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-78/2024 01.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X2, Vəkil: X1, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Əməkçi küçəsi, ev 7 mənzil 10-da qeydiyyatda olan, N nömrəli hərbi hissənin mühəndisistehkam bölüyünün 2-ci mühəndis-istehkam taqımının, 1-ci istehkam manqasında, istehkamçı vəzifəsində xidmət edən, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs (SX Ns ******* hərbi bilet) Şahbuz şəhərində yerləşən N nömrəli hərbi hissənin mühəndis-istehkam bölüyünün 2-ci mühəndis-istehkam taqımının, 1-ci istehkam manqasında, istehkamçı vəzifəsində xidmət edərkən 09 iyul 2024-cü il tarixdə saat 12 radələrində onunla eyni bölükdə xidmət edən aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs əsgər Şahid ilə etdiyi söhbətə müdaxilə etdiyini, Zərərçəkmiş şəxs söhbətinə müdaxilə etməsinə görə Şəxs irad bildirdiyindən sonuncu onların yanından uzaqlaşdırdığını, 11 iyul 2024-cü il tarixdə saat 08:35 radələrində əsgər Zərərçəkmiş şəxs hərbi hissənin ərazisindəki ağaclıqda siqaret çəkərkən əsgər Şəxs onun yanına gəldiyini, əvvəlki gün söhbətinə müdaxilə etməsi səbəbindən S.Quliyev onunla mübahisə etmiş, aralarında yaranmış mübahisə zəminində Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq əsgər Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə bir yumruq vurub zor tətbiq etməklə ona “sağ göz ətrafı nahiyənin qançırı xəsarəti” ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarəti yetirərək qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında göstərmişdir ki, 09 iyul 2024-cü il tarixdə saat 12:00 radələrində hərbi hissənin ərazisində yeni inşa edilən mühəndis şəhərciyində şəxsi heyətlə birlikdə təsərrüfat işlərinə cəlb edildiyini, həmin vaxt yanında işləyən əsgər Zərərçəkmiş şəxs əsgər Şahid söhbət etdiyini görüb onlara yaxınlaşdığını, onların söhbətinə müdaxilə etmək istədikdə əsgər Zərərçəkmiş şəxs ona “icazə ver söz danışırıq” dediyini, bundan sonra onların yanından uzaqlaşdığını, 11 iyul 2024-cü il tarixdə saat 08:35 radələrində səhər yerbəyerindən sonra şəxsi heyət bölüyün yataqxanasının qarşısına gəldiyini, bundan sonra onlara 5 dəqiqəlik siqaret çəkmək və digər işlərini görmək üçün icazə verildiyini, ayaqyoluna gedərkən əsgər Zərərçəkmiş şəxs hərbi hissənin ərazisindəki ağaclıqda siqaret çəkməsini görüb onun yanına getdiyini, ondan nə çəkdiyini soruşduqda əsgər Zərərçəkmiş şəxs ona “o gün mənim söhbətimə niyə girirdin” sözünü demiş, bundan sonra aralarında mübahisə başladığını, mübahisə zamanı o ünvansız olaraq “mən bir oğlanla danışanda kənar şəxs mənim söhbətimə girirsə peysərdir” dediyini, eyni ilə Zərərçəkmiş şəxs də həmin sözləri işlətdiyini, sonra əsəbiləşərək Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə bir yumruq vurub oradan çıxıb getdiyini, etdiyi əməldən peşman olduğunu göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında 09 iyul 2024-cü il tarixdə saat 12:00 radələrində hərbi hissənin ərazisində yeni inşa edilən mühəndis şəhərciyində şəxsi heyətlə birlikdə təsərrüfat işlərinə cəlb edildiyini, həmin vaxt əsgər Şahid ilə mülki həyatda sevdiyi qızın barəsində söhbət edərkən orada işləyən əsgər Şəxs onlara yaxınlaşıb söhbətlərinə müdaxilə etmək istədikdə ona “icazə ver söz danışırıq” dediyini, bundan sonra Şəxs onların yanından uzaqlaşdırdığını, 11 iyul 2024cü il tarixdə saat 08:35 radələrində səhər yerbəyerindən sonra bölüyün yataqxanasının qarşısına gəldiklərini, bundan sonra onlara 5 dəqiqəlik siqaret çəkmək və digər işlərini görmək üçün icazə verildiyini, yataqxananın yanındakı ağaclıqda siqaret çəkərkən Şəxs onun yanına gələrək ondan nə çəkdiyini soruşduqda ona “o gün mənim söhbətimə niyə girirdin” sözünü dediyini, bundan sonra aralarında mübahisə başladığını mübahisə zamanı Şəxs ünvansız olaraq “mən bir oğlanla danışanda kənar şəxs mənim söhbətimə girirsə peysərdir” sözünü dediyini, eyni ilə həmin sözləri özü də işlətdiyini, bundan sonra əsəbiləşərək Şəxs yumruqla onun sağ göz nahiyəsinə bir dəfə vurub oradan çıxıb getdiyini, 12 iyul 2024-cü ildə şərti adı “Keçəl dağ” olan mövqeyə mühəndis maneələrini düzəltməyə gedərkən taqım komandiri leytenant Vüsal Əliyev onun gözündə olan xəsarəti aşkar etdiyini və aidiyyəti üzrə məruzə etdiyini, Şəxsla barışdığını, ondan şikayətinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid izahatında 09 iyul 2024-cü il tarixdə saat 12:00 radələrində hərbi hissənin ərazisində yeni inşa edilən mühəndis şəhərciyində şəxsi heyətlə birlikdə təsərrüfat işlərinə cəlb edildiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs ona Türkiyədə yaşayarkən sevdiyi qızın olması barədə söhbət edərkən orada işləyən əsgər Şəxs onlara yaxınlaşıb söhbətlərinə müdaxilə etmək istədiyini, Zərərçəkmiş şəxs ona “icazə ver söz danışırıq” dedikdə əsgər Şəxs onların yanından uzaqlaşdığını, 13 iyul 2024-cü ildə Zərərçəkmiş şəxs gözündə xəsarət aşkar olunmasını eşidib ondan gözündəki xəsarəti kimin yetirdiyini soruşduqda, Zərərçəkmiş şəxs 11 iyul 2024cü ildə səhər yerbəyerindən sonra siqaret çəkərkən Şəxs onun yanına gəldiyini, orada onunla əvvəlki gün söhbətinə müdaxilə etməsinə görə mübahisə etdiklərini, mübahisə zamanı Şəxs onun sağ göz nahiyəsinə yumruqla bir dəfə vurub xəsarət yetirdiyini göstərmişdir. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissənin əsgəri Şəxs əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Şəxs və əsgər Zərərçəkmiş şəxs mənfi xarakterizə edilmişdir. İş materialına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 353 nömrəli ekspert müayinə aktında onun bədən səthində olan sağ göz ətrafı nahiyənin qançırı xəsarətinin bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, şəxsin tibbi müayinə zamanı göstərdiyi tarixdə və şəraitdə törənməsinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsdən üzr istəyərək onunla barışıq əldə etməsini, ilk dəfə inzibati xəta törətməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası əsgər əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.

3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.

4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.

5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.

6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar