Məhkəmə qərarları › İş №3-1(092)-8/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərardad — İş №3-1(092)-8/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3-1(092)-8/2024 22.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi Orucəliyev Abil Elmar oğlu N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Naxçıvan Hərbi Prokurorluğu tərəfindən N №-li hərbi hissənin əsgəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 13 dekabr 2023-cü il tarixli, 69 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər təkrarən məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab edir ki, daxil olmuş material natamam olduğuna görə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, məhkəmənin dəftərxanasından əldə edilən məlumatlardan belə müəyyən olunur ki, N №-li hərbi hissənin əsgəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi prokuroru tərəfindən qəbul edilmiş 06 dekabr 2023-cü il tarixli, 66 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər ilk dəfə 06 dekabr 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, elə həmin gün işə baxan hakim (İlham İbrahimov) tərəfindən 06 dekabr 2023-cü il tarixli qərardad ilə İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq təqdim edilmiş materialların natamam olması əsas gətirilərək, qeydə alınmış natamamlığın aradan qaldırılması üçün iş materialları Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılmışdır. Lakin 13 dekabr 2023-cü il tarixdə əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmənin icraatına təkrarən daxil olmuş inzibati xəta haqqında iş materialları işin baxılmağa hazırlanması zamanı araşdırılarkən müəyyən olunmuşdur ki, həmin inzibati xəta haqqında iş materiallarının Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılmasına səbəb olan hallar (natamamlıqlar) Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 3-1(092)-71/2023 №-li qərardadında açıq və aydın şəkildə göstərilməsinə baxmayaraq, bu natamamlıqlar Naxçıvan Hərbi prokuroru tərəfindən tam olaraq aradan qaldırılmamışdır. Belə ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı N №-li hərbi hissənin əsgəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi prokuroru tərəfindən yenidən qəbul edilmiş 13 dekabr 2023-cü il tarixli, 69 nömrəli qərar tədqiq edilərkən müəyyən olunmuşdur ki, həmin qərarda Naxçıvan Hərbi Prokurorunun 06 dekabr 2023-cü il tarixli, 66 nömrəli qərarında yol verilmiş bəzi texniki nöqsanlar aradan qaldırılsa da, iş üzrə potensial zərərçəkmiş şəxs olan əsgər Zərərçəkmiş şəxs prosessual statusunun müəyyən edilməməsi ilə bağlı yol verilmiş nöqsanlar təkrarlanmışdır. Bu səbəbdən də, elə həmin gün işə baxan hakim (Abil Orucəliyev) tərəfindən 13 dekabr 2023-cü il tarixli qərardad ilə İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq təqdim edilmiş materialların natamam olması əsas gətirilərək, qeydə alınmış natamamlığın aradan qaldırılması üçün iş materialları Naxçıvan Hərbi Prokurorluğuna təkrarən geri qaytarılmışdır. Məhkəmənin dəftərxanasından əldə edilən məlumatlardan belə müəyyən olunur ki, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 06 və 13 dekabr 2023-cü il tarixli qərardadlarında qeydə alınmış natamamlıqlar Naxçıvan Hərbi prokuroru tərəfindən aradan qaldırılmadan həmin inzibati xəta haqqında iş materialları 20 və 30 dekabr 2023-cü il tarixlərdə təkrarən məhkəməyə təqdim edilmişdir. İş materiallarının ilkin öyrənilməsi zamanı əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş ilə bağlı məhkəmənin 06 və 13 dekabr 2023-cü il tarixli qərardadlarında qeydə alınmış natamamlıqlar Naxçıvan Hərbi prokuroru tərəfindən aradan qaldırılmadan iş materialları təkrarən məhkəməyə təqdim edildiyindən, həmin iş materialları məhkəmənin dəftərxanasından geri qaytarılmışdır. 22 yanvar 2024-cü il tarixdə sözügedən inzibati xəta haqqında iş materialları Naxçıvan Hərbi prokuroru tərəfindən baxılması üçün yenidən məhkəməyə göndərilmişdir. Məhkəmənin icraatına təkrarən daxil olmuş həmin inzibati xəta haqqında iş materialları işin baxılmağa hazırlanması zamanı araşdırılarkən müəyyən olunmuşdur ki, sözügedən inzibati xəta haqqında işin materiallarında mövcud olan natamamlıqlarla bağlı Naxçıvan Hərbi prokuroru tərəfindən heç bir iş görülmədən, natamamlıqlar aradan qaldırılmadan həmin iş materialları yenidən məhkəməyə göndərilmişdir. Məhkəmə məsələ ilə bağlı əvvəlki mövqelərini təkrar edərək hesab edir ki, N №-li hərbi hissənin əsgəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 3-1(092)-71/2023 №-li və 13 dekabr 2023cü il tarixli, 3-1(092)-77/2023 №-li qərardadlarında qeyd olunmuş natamamlıqlar tam olaraq aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması qeyri-mümkündür və bu səbəbdən də inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər qeydə alınmış çatışmamazlıqların aradan qaldırılması üçün təkrarən Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılmalıdır. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi.... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, inzibati xətalar haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Qeyd etmək lazımdır ki, inzibati xətalar haqqında işin baxılmağa hazırlanması mərhələsində qəbul edilmiş qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: N №-li hərbi hissənin əsgəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş 13 dekabr 2023-cü il tarixli, 69 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş materiallar onu tərtib etmiş orqana-Naxçıvan Hərbi Prokurorluğuna təkrarən geri qaytarılsın. Hakim Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar