Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-8/2025 23.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X4, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxxx 2002-ci ildə Ağdam rayonunun Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, subay, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, 2023-ci ilin iyul ayında SHXÇDX-in Ağdam rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, hal-hazırda Müdafiə Nazirliyinin N №li hərbi hissənin 1-ci reaktiv artilleriya divizionunun, 3-cü reaktiv artilleriya batareyasının, 1-ci reaktiv artilleriya taqımının, 3-cü döyüş maşınının heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən (hərbi bilet SX № 0786890) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 23 yanvar 2025-ci il tarixli, 3-3-250/2-002360/2025 №-li məktubu ilə əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1ci maddəsi ilə təqsirləndirilməsinə dair 23 yanvar 2025-ci il tarixli, 3-3-250/3-000810/2025 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 23 yanvar 2025-ci il tarixli, 3-3-250/3-000810/2025 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs N №-li hərbi hissənin 1-ci reaktiv artilleriya divizionunun, 3-cü reaktiv artilleriya batareyasının, 1-ci reaktiv artilleriya taqımının, 3-cü döyüş maşınının heyət nəfəri vəzifəsində xidmət edərkən xx.xx.2024-cü il tarixdə, saat 10:40 radələrində N №-li hərbi hissənin nəzarət buraxılış məntəqəsinin ərazisində olan quru yarpaqları təmizləmək üçün dırmıq götürmək məqsədi ilə saxlanca getmiş, saxlancın açarını verməməsi səbəbindən həmin hərbi hissənin 1-ci reaktiv artilleriya divizionunun, 1ci reaktiv artilleriya batareyasının, 2-ci reaktiv artilleriya taqımının, 3-cü döyüş maşınının heyət nəfəri əsgər Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, əsgər Zərərçəkmiş şəxs və orada olan 1-ci reaktiv artilleriya divizionunun, 1-ci reaktiv artilleriya batareyasının, 2-ci reaktiv artilleriya taqımının, 2-ci döyüş maşınının heyət nəfəri vəzifəsində xidmət edən əsgər Şahid3 kobudluq edib onlara ”dünən gəlmisiniz, kaptyorka davası edirsiniz, çolpalar” demişdir. Saxlancın açarının ona verilməməsi barədə rəislərə məruzə etməklə mübahisəyə son qoymaq imkanı olduğu halda, əsgər Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində təsbit olunmuş “hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalıdırlar” tələbləri pozaraq əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədib onun şərəf və ləyaqətini alçaltmaqla və sinəsindən 2 yumruq, başından 1 kəllə vurub, daha sonra onu itələyib zor tətbiq etməklə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Faktla bağlı X2 Xidməti tərəfindən ilkin araşdırma aparılaraq, toplanmış araşdırma materialları hüquqi qiymət verilməsi üçün Naxçıvan Hərbi Prokurorluğuna göndərilmiş, əsgər Şəxs əməllərində inzibati xəta əlamətləri olduğundan onun barəsində 23 yanvar 2025-ci il tarixdə Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Aqil Axundov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi izahatında izahatında 15 dekabr 2024-cü il tarixdə, saat 09:00 radələrində hərbi hissədə ərazi təmizliyi işinə cəlb edildiyini, NBM-nin ərazisində olan quru yarpaqları təmizləmək üçün dırmıq götürmək məqsədilə saxlanca getdiyini, əsgər Zərərçəkmiş şəxsla əsgər Şahid3 orada olduğunu, saxlancın qapısınında qıfıl olduğunu, açarı soruşduqda əsgər Zərərçəkmiş şəxs açarın onda olmasını bildirdiyini, ondan açarı istəsə də, açarı vermədiyini, dırmığın içəridə olmadığını bildirdiyini, bu səbəbdən özünün qapının qıfılını qırdığını, içəri baxdıqda dırmığın orada olmadığını gördüyünü, Zərərçəkmiş şəxs «dünən gəlmisiniz, kaptyorka davası edirsiniz, çolpalar» deyib oradan uzaqlaşmaq istəyərkən əsgər Zərərçəkmiş şəxs nalayiq söyüş etdiyini, onun da həmin sözü ona qarşı işlətdiyini, Zərərçəkmiş şəxs qapını düzəltməsini dediyini, cavabında ona qapını düzəltməyəcəyini bildirdiyini, əsgər Zərərçəkmiş şəxs onun ünvanına “qapını düzəltməyinin nəslini .......” deyib söydüyünü, bu sözdən sonra geri qayıdıb Zərərçəkmiş şəxs sinə nahiyəsindən iki yumruq vurduğunu, Zərərçəkmiş şəxs ona tərəf gəldikdə ona bir kəllə atdığını, daha sonra ona təpik atarkən atdığı təpiklərdən birinin onları aralamağa çalışan əsgər Şahid3 buduna, digər təpiyin isə onun sağ əlinə dəydiyini, mübahisə zamanı Zərərçəkmiş şəxs xəsarətinin olmadığını, lakin Şahid3 sağ əlinin 4-cü barmağının zədələndiyini göstərmişdir. Həmçinin əsgər Şəxs izahatında əsgər yoldaşlarına qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra onların bir-birindən qarşılıqlı şəkildə üzr istəyərək barışdıqlarını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs verdiyi izahatında xx.xx.2024-cü ildə, saat 10:30 radələrində N №-li hərbi hissənin kiçik sıra meydanındakı saxlancda təzmizlik işləri gördüyünü, əsgər Şahid3 ona köməklik etdiyini, əsgər Şəxs ona yaxınlaşıb dırmıq lazım olmasını deyib saxlancın açarını istədiyini, ona saxlancı yeni təmizlədiyini, orada dırmıq olmamasını bildirdiyini, Şəxs ondan təkidlə saxlancın açarını istəsə də, açarı ona vermədiyini, əsgər Şəxs ona «gör indi necə götürəcəm” deyib saxlancın qıfılını qırıb qapısını açdığını, onun orada dırmıq olmadığını görüb kobud tərzdə “dünən xidmətə gəlmisiniz, mənimlə burda kaptyorka davası edirsiniz, çolpalar” dediyini, əsgər Şəxs kaptyorkanın qapısını düzəltməsini bildirdiyini, Şəxs “düzəltməyəcəyəm, özünüz düzəldərsiniz” dediyini, ona “kaptyorkanı düzəltməyənin nəslini filan edim” söyüşünü etdiyini, bundan sonra Şəxs əsəbiləşib ona “nə dedin bura gəl ...” deyib ünvanına nalayiq söyüş edərək onun üzərinə gəldiyini, həmin nalayiq ifadəni onun özünə qaytardığını, Şəxs ona yaxınlaşıb sinəsindən 2 yumruq vurduğunu, onu itələdiyini, Şəxs ona bir kəllə atdığını, lakin papağının günlüyünə görə kəllə zərbəsinin ona dəymədiyini, bu zaman əsgər Şahid3 onu kənara çəkdiyini, lakin Şəxs ona tərəf gəlib təpik atanda təpiklərdən birinin onları aralamağa çalışan əsgər Şahid3 buduna, digər təpiyin isə onun sağ əlinə dəydiyini, əsgər Şahid3 əlinin zədələndiyini göstərmişdir. Həmçinin əsgər Zərərçəkmiş şəxs izahatında əsgər yoldaşına qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra onların bir-birindən qarşılıqlı şəkildə üzr istəyərək barışdıqlarını, özünün Şəxs bağışlamaqla, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid3 verdiyi izahatında xx.xx.2024-cü il tarixdə, saat 10:30 radələrində hərbi hissənin kiçik sıra meydanındakı ərazini təmizləyərkən əsgər Şəxs oraya gəlib saxlancdan dırmıq götürmək istədiyini deyib saxlancın açarını istədiyini, əsgər Zərərçəkmiş şəxs ona orada dırmıq olmadığını dediyini, əsgər Şəxs Zərərçəkmiş şəxs yenidən açarı istədikdə, Zərərçəkmiş şəxs açarı ona vermədiyini, bundan sonra əsgər Şəxs saxlancın qapısının qıfılını sındırıb qapını açsa da, dırmığı tapa bilmədiyini, bu zaman özünün və əsgər Zərərçəkmiş şəxs ona qapını düzəltməsini dediklərində, Şəxs kobud formada onlara «çolpalar» sözünü dediyini və əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq söz işlətdiyini, Zərərçəkmiş şəxs da ona nalayiq söz dediyini, Şəxs geri qayıdıb əsgər Zərərçəkmiş şəxs sinəsinə iki yumruq vurduğunu, onu itələdiyini, daha sonra kəllə atdığını, bu zaman onları aralamaq məqsədi ilə əsgər Şəxs qucaqlamaqla kənara çəkdiyini, bu zaman əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs atdığı təpiklərdən birinin onun sol buduna, digər təpiyin isə sağ əlinə dəydiyini, barmağının zədələndiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş MAHHXHQ-su baş cavuş Şahid2 verdiyi izahatında xx.xx.2024-cü ildə, saat 10:30 radələrində N №-li hərbi hissənin kiçik sıra meydanının yaxınlığında olarkən bir əsgərin başqa bir əsgəri vurmasını, digər əsgərin isə onları aralamasını gördüyünü, təxminən 40 metr məsafədən uca səslə onları yanına çağırdığını, əsgər Şahid3 sağ əlinin 4-cü barmağının zədələndiyini, əsgər Şəxs nə üçün dalaşmalarını soruşduğunu, Şəxs söyüşə görə mübahisə düşməsini, Şahid3 isə ona barmağına çəkmə dəyməsini dediyini, bu barədə onların komandirinə xəbər verdiyini göstərmişdir. Şahid -Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində əsgər hərbi rütbəsində xidmət etmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, xx.xx.2025-ci il tarixində telefon məlumatı ilə məhkəməyə müraciət edərək özünün hərbi xidmətdən təxris olunduğunu, hal-hazırda Gəncə şəhərində yaşadığını, bu səbəbdən də məhkəmə iclassına gələ bilmədiyini, ibtidai araşdırma dövründə verdiyi izahatını təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, Şahid1 izahatının ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidin ibtidai araşdırma zamanı verdiyi izahatına əsaslanmadığını nəzərə alaraq, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və onun izahatının elan edilməsini, o cümlədən qərarın əsaslandırılması zamanı onun izahatına istinad olunmasını müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.3, 112.1.4 və 115-ci maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə icasında izahatı elan olunaraq tədqiq olunmuş Şahid1 ibtidai araşdırma zamanı verdiyi izahatında xx.xx.2024-cü il tarixdə, saat 10:30 radələrində hərbi hissənin kiçik sıra meydanındakı ərazini təmizlədiyini, əsgər Şəxs oraya gəlib saxlancdan dırmıq götürmək istəməsini dediyini, təxminən 10 dəqiqədən sonra uzaqdan əsgər Şəxs əsgər Zərərçəkmiş şəxsla sözlü mübahisə etməsini, əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs kəllə atmasını, onlara tərəf gedərkən MAHHXHQ-su baş çavuş Şahid2 gəlməsini gördüyünü, onun əsgər Şəxs nə üçün dalaşmasını soruşduqda, əsgər Zərərçəkmiş şəxs onu söyməsinə görə dalaşmasını dediyini, daha sonra əsgər Şahid3 nə üçün əlinin qanamasını soruşduğunu, əsgər Şahid3 barmağına çəkmə dəyməsini dediyini göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə məhkəmə iclasında və ibtidai araşdırma dövründə dindirilmiş şahidlərin izahatlarını, müvafiq ekspert rəyini, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: N №-li hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 233 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Şəxs həmin tarixdən hərbi hissənin 1-ci reaktiv artilleriya divizionunun, 3-cü reaktiv artilleriya batareyasının, 1-ci reaktiv artilleriya taqımının, 3-cü döyüş maşınının heyət nəfəri vəzifəsinə təyin edildiyinə görə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminata daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 264 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs həmin tarixdən hərbi hissənin 1-ci reaktiv artilleriya divizionunun, 1-ci reaktiv artilleriya batareyasının, 2-ci reaktiv artilleriya taqımının, 3-cü döyüş maşınının heyət nəfəri vəzifəsinə təyin edildiyinə görə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminata daxil edilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş 18 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmamışdır. X3 “Məhkəmə-Tibbi Ekspertizası”nın xx.xx.2024-cü il tarixli, 661 №-li ekspert rəyindən belə müəyyən olunur ki, əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində xx.xx.2024-cü il tarixdə törənməyə uyğun gələn hər hansı xəsarət və xəsarət izləri aşkar olunmamışdır. N №-li hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, əsgər Şəxs xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş əsgər Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əsgər Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi və nalayiq ifadə işlətməsi ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməyə görə- on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq əsgər Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı şikayət və tələbinin olmamasını, o cümlədən hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların mövcudluğunu və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, o, inzibati məsuliyyətdən azad edilməli və əsgər Şəxs törətdiyi əmələ görə onun intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandanlığına göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin.
2. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, barəsində başlanılmış hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandanlığına həvalə edilsin.
3. Qərar qanuni qüvvəyə mindikdən sonra inzibati xəta haqqında iş üzrə toplanmış materiallar Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandanlığına göndərilsin.
4. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Abil Orucəliyev