Məhkəmə qərarları › İş №3-1(092)-80/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-80/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-80/2024 07.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi Hüseynov Səxavət Səməd oğlu N №-li hərbi hissədə xidmət etmiş sabiq əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Naxçıvan Hərbi Prokurorluğu tərəfindən N №-li hərbi hissədə xidmət etmiş sabiq əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 03 may 2024-cü il tarixli, 48 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər 07 avqust 2024-cü il tarixdə təkrarən məhkəməyə göndərilmişdir. Belə ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1ci maddəsi ilə inzibati icraata başlanması barədə Naxçıvan Hərbi Prokurorluğu tərəfindən qəbul edilmiş qərar natamam olduğundan 03 may 2024-cü il tarixdə, 20 may 2024-cü il tarixdə, 07 iyun 2024-cü il tarixdə, 27 iyun 2024-cü il tarixdə, 16 iyul 2024-cü il tarixdə və 29 iyul 2024-cü il tarixdə qərardadla geri qaytarılmışdır. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarından belə müəyyən olunur ki, N №-li hərbi hissədə xidmət etmiş sabiq əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi prokuroru tərəfindən qəbul edilmiş 03 may 2024-cü il tarixli, 48 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər görünür ki, xx xxxxxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, N nömrəli hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 1-ci taqımının pulemyot manqasında heyət nəfəri vəzifəsində xidmət edən əsgər Şəxs (SX Ns 0729767) 20 fevral 2024-cü il tarixdə, saat 07:45 radələrində əsgər yeməkxanasında tabelik münasibətlərində olmayan, N nömrəli hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 1-ci taqımının 2-ci manqasında atıcı-qumbaraatan köməkçisi vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs Müşfiq oğlunun ona kofe hazırlaması ilə bağlı aralarında yaranmış mübahisə zəminində qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlətməklə onun şərəf və ləyaqətini alçaltmış, sonra mövqenin müşahidə məntəqəsində, saat 08:10 radələrində mübahisəni davam etdirərək Zərərçəkmiş şəxs əli ilə itələyib yıxmış və baş nahiyəsindən 2- 3 dəfə yumruqla vuraraq ona “sol gicgah nahiyəsinin sıyrığı” xəsarəti ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirərək zor tətbiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Məhkəmə belə hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin törədildiyi 20 fevral 2024-cü il tarixindən dörd aydan artıq müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 53.1.6 və 109.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: N №-li hərbi hissədə xidmət etmiş sabiq əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar