Məhkəmə qərarları › İş №3-1(092)-81/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-81/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-81/2025 13.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Axundova Nərmin Fərəməz qızının katibliyi, N saylı hərbi hissənin nümayəndəsi: X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxxxx 2005-ci il tarixdə Ağsu rayonunun Cəlayır kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, (FİN xxxxxxx), orta təhsilli, məhkum olunmayan, Ağsu rayonunun Cəlayır kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissənin mühafizə taborunun 1-ci bölüyünün, 1-ci taqımının, 2-ci manqasında atıcı vəzifəsində xidmət edən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Müdafiyə Nazirliyi N №-li hərbi hissədən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 27 iyul 2025-ci il tarixdə saat 14:45 radələrində qarovulun təhvili üçün hazırlaşarkən əsgər Zərərçəkmiş şəxs əsgər Şəxs qarovul evinin yeməkxanasında təmizlik işlərinə kömək etməsini dedikdə, sonuncu təmizlik etməyəcəyini bildirmiş, bu səbəbdən onlar arasında mübahisə yaranmış, mübahisə zamanı əsgər Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birlərinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq əsgər Zərərçəkmiş şəxs sinəsindən əlinin içi ilə itələyib zor tətbiq etməklə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, əsgər Şəxs izahatında, 27 iyul 2025-ci il tarixdə saat 14:45 radələrində qarovul xidmətini təhvil verməyə hazırlaşmış və bu məqsədlə təmizlik işlərinə başlamışlar. İşin gedişi zamanı əsgər Zərərçəkmiş şəxs əsgər Şəxs “sən keçən dəfə dəyişdirici olan zaman təmizliyi mənə elətdirmişdin, buna görə də bu dəfə sən təmizləyəcəksən, get təmizlə” deyib. Əsgər Şəxs da cavabında təmizliyi səhər etdiyini və indi təmizlik növbəsinin əsgər Zərərçəkmiş şəxs olduğunu bildirərək mətbəxə keçib su içmişdir. Əsgər Şəxs su içib mətbəxdən çıxan zaman əsgər Zərərçəkmiş şəxs yenidən ona təmizlik etməsi barədə demişdir. Bu zaman onlar arasında mübahisə yaranmış və əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs əlinin içi ilə itələyərək ona qarşı zor tətbiq etmişdir. Törətdiyi əməldən peşman olduğunu göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 izahatında 26 iyul 2025-ci ildə əsgər Zərərçəkmiş şəxs və digər əsgərlərlə qarovul xidmətinə təyin olunmuş, onlar Baş-başı adlanan yerdə qarovul xidmətini həyata keçirmişlər. 27 iyul 2025-ci ildə saat 14:45 radələrində əsgər yoldaşı Zərərçəkmiş şəxs əsgər Şəxs təmizlik etmədiyin görüb onunla mübahisə etmiş, mübahisə zamanı Şəxs onu sinəsindən itələyib zor tətbiq etmiş, o, da qarşılığında Şəxs itələyən zaman dirsəyi onun sağ göz nahiyəsinə dəymiş və nəticədə onun sağ gözünə xəsarət yetirmişdir. Onu bağışlayır. Ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən şahid MAHHXHQ-su əsgər Şahid izahatında 27 iyul 2025-ci il tarixdə o qarovul rəisinin köməkçisi olub. Həmin gün saat 14:45-də qarovul heyətinə qarovul evində təmizlik işləri görmələri barədə tapşırıq verib. Həmçinin 3-cü postun heyəti olan əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs yeməkxanada olan təmizlik işlərini həyata keçirmələrini tapşırıb. Bir qədər keçdikdən sonra qarovul rəisi baş leytenant Aydın Aslanov MAHH HQ əsgər Şahid yanına çağıraraq əsgər Alşanovun sağ gözündə olan xəsarət izini ona göstərmiş və ona nə olduğunu soruşmuşdur. MAHHXHQ əsgər Şahid izahatında əsgər Şəxs ilk öncə onları aldadaraq yıxılması nəticəsində gözünün pilləkənlərə dəydiyini desə də sonradan həqiqətləri etiraf etməsini və əsgər Zərərçəkmiş şəxs Səmiyədin oğlu ilə mübahisə edərək biri-birlərinə zor tətbiq etmələrini gördüyünü göstərdi. Beləliklə, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs, Zərərçəkmiş şəxs, şahid MAHHXHQ-su əsgər Şahid izahatları, məhkəmə tibb ekspert rəyləri və materiala əlavə edilən digər sənədlərlə təsdiq olunur. Materiala əlavə edilən arayışda N №-li hərbi hissənin əsgər Şəxs ilə Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. N №-li hərbi hissə komandirinin müvafiq əmrindən edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs həmin hərbi hissənin isə mühafizə taborunun 1-ci mühafizə bölüyünün 1-ci mühafizə taqımının 3-cü mühafizə manqasında atıcı vəzifəsində, hissənin mühafizə taborunun 1-ci mühafizə bölüyünün 1-ci mühafizə taqımının 2-ci mühafizə manqasında atıcı vəzifəsində xidmət edirlər. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgər Şəxs və əsgər Zərərçəkmiş şəxs müsbət xarakterizə edildiyi göstərilmişdir. Əsgər Şəxs məhkəmə-tibbi müayinəsindən keçirilmiş, xx.xx.2025-ci il tarixli 371 nömrəli ekspert müayinə aktında onun bədən səthində “sağ periorbital nahiyənin yumşaq toxumalarının qansızması, sağ gözün ağlı qişasının qan sızması” xəsarətinin olduğu, xəsarətin bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, göstərilən tarixdə və şəraitdə törənməsinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin olunmadığı göstərilmişdir. . Əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsindən keçirilmiş, xx.xx.2025-ci il tarixli 372 nömrəli ekspert müayinə aktında sözü gedən hadisə ilə bağlı onun bədən səthində hər hansı xəsarət və xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin 23 fevral 2023-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabain qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədəuyğundur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin əsgər Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla əsgər Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin.

3. İnzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın.

4. Əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə həvalə edilsin.

5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar