Məhkəmə qərarları › İş №3-1(092)-83/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-83/2024

16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-83/2024 16.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Məmmədova Nərmin Fərəməz qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun köməkçisi, ədliyyə baş leytenantı X2 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxxx 2004-cü ildə Kürdəmir rayonunda doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Kürdəmir rayonu, Stansiya Karlar qəsəbəsində qeydiyyatda olan, N №-li hərbi hissənin minaatan batareyasının 1-ci taqım 2-ci manqasında heyyət nəfəri vəzifəsində xidmət edən, əsgər, həmin hərbi hissənin əsgər yataqxanasında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Məhkəməyə daxil olmuş işin materialını öyrənilərkən məlum olmuşdur ki, əsgər Şəxs 27 iyul 2024-cü ıl tarixdə, saat 08:30 radələrində qarovul evində istirahət otağında istirahət edən zaman əsgər Zərərçəkmiş şəxs sərinkeşi özünə tərəf çevirməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-cı maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar" tələbini pozaraq, qarovul evində istirahət otağında Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlətməklə, daha sonra saat 09:05 radələrində yeni inşa edilən əsgər yeməkxanasının qarşısında əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlətməklə onun şərəf və ləyaqətini alçaltmış, onun yaxasından tutmaqla, sonra ayağından tutub özünə tərəf dartaraq yerə yıxmaqla zor tətbiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında 27 iyul 2024-cü il tarixdə, saat 08:30 radələrində qarovul evində istirahət otağında istirahət etdiyi zaman isti olduğundan yuxudan oyanmış, əsgər Zərərçəkmiş şəxs sərinkeşi özünə tərəf çevirdiyini görüb ona qarşı nalayiq ifadə işlədərək niyə belə etdiyini soruşmuş, sonuncu da həmin nalayiq ifadəni ona qarşı işlədərək sərinkeşin istiqamətim dəyişib otaqdan çıxmışdır. Bundan sonra, növbəyə gedən zaman saat 08:50 radələrində əsgər Zərərçəkmiş şəxs mübahisəni davam etdirərək ona, “bayaq nə deyirdin" deyə soruşmuş, cavabında “məni yuxarılara məruzə edəcəksən” demiş, əsgər Şahid onlara sakit durmalarını demiş, təxminən saat 09:05 radələrində yeni inşa edilən əsgər yeməkxanasının qarşısında əsgər Zərərçəkmiş şəxs “sən bunlara aydınlıq gətirməlisən, aydınlıq gətirməyənin var-yoxun belə-belə edim” deyərək nalayiq söyüş işlətmiş, cavabında onun da Zərərçəkmiş şəxs səni tanıyıram, peysər olmusan deyib nalayiq ifadə işlətmiş, Zərərçəkmiş şəxs bundan əsəbləşib sağ əli ilə yaxasından tutmuş, cavabında özu də Zərərçəkmiş şəxs yaxasından tutmuş, orada olan əsgərlər Şahid, Elçin Şıxəlizadə, Elvin Zeynalov onları ayıran vaxt Zərərçəkmiş şəxs sağ ayağı ilə onun qarın nahiyəsindən bir təpik vurmuş, özu isə Zərərçəkmiş şəxs ayağından tutub özünə tərəf çəkib onu yerə yıxmışdır. Törətdiyi əməldən peşman olduğunu, Zərərçəkmiş şəxs üzr istədiyini göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat vermiş əsgər Zərərçəkmiş şəxs izahatında 27 iyul 2024-cu il tarixdə, saat 08:30 radələrində qarovul evində istirahət otağında istirahət edən zaman isti olduğundan sərinkeşi özünə tərəf çevirmiş, həmin vaxt əsgər Şəxs yuxudan qalxıb sərinkeşi çevirdiyi üçün onun ünvanına nalayiq ifadə işlətmiş, cavabında həmin ifadəni Şəxs qarşı işlətmiş, mübahisənin böyüməməsi üçün yemək otağına getmişdir. Bundan sonra növbəyə gedən zaman yolda mübahisəni davam etdirərək Şəxs "bayaq nə deyirdin” soruşmuş, Şəxs "məm məruzə edəcəksən” deyə bildirmiş, dəyişdirici əsgər Şahid onlara sakit durmalarını demiş, saat 09:05 radələrində yeni inşa edilən əsgər yeməkxanasının qarşısında Şəxs "sən aydınlıq verməlisən, verməyənin də var-yoxun belə-belə edim” demiş, sonuncu cavabında səni tanıyıram, peysər olmusan deyib nalayiq ifadə işlətmiş, bundan əsəbləşib sağ əli ilə Şəxs yaxasından tutmuş, Şəxs da onun yaxasından tutmuş, həmin vaxt orada olan əsgərlər Şahid, E.Şıxəlizadə və E.Zeynalov onları ayıran zaman sağ ayağı ilə əsgər Şəxs qarın nahiyəsindən bır təpik vurmuşdur. Şəxs ondan üzür istədiyini, onu bağışladığını göstərdi. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış əsgər Şahid izahatında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qarovul nəfəri sutkalıq naryada təyin edilmiş, dəyişdirici olduğunu, xx.xx.2024-cü ıl tarixdə, saat 09:00-da 2-cı növbəyə təyin edilmiş əsgərlər Zərərçəkmiş şəxs, Şəxs, Elçin Şıxəlizadə və Cavid Ələsgərovu qarovul evindən çıxarıb 1-ci post istiqamətində hərəkətə başlamış, həmin vaxt Şəxs ilə Zərərçəkmiş şəxs sözlü mübahisə etdiyindən onlara sakit olmalarını bildirmiş, saat 09:05 radələrində yeni inşa edilən əsgər yeməkxanasının qarşısına çatanda əsgər Zərərçəkmiş şəxs əsgər Şəxs “sən aydınlıq verməlisən, verməyənin də var yoxun belə-belə edim" demiş, əsgər Şəxs cavabında ona “səni tanıyıram” deyib nalayıq ifadə işlətmiş. Zərərçəkmiş şəxsla Şəxs bir-birilərinin yaxasından tutaraq çəkişməyə başlamışlar, onları ayıran vaxt Zərərçəkmiş şəxs sağ ayağı ilə Şəxs qarın nahiyəsindən bir təpik vurmuş, əsgər Şəxs onun ayağını tutub özünə tərəf dartıb onu yerə yıxdığını gördüyünü göstərdi N nömrəli hərbi hissədən təqdim edilmiş arayışda hərbi hissənin əsgərləri Zərərçəkmiş şəxs ilə Şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Zərərçəkmiş şəxs və Şəxs mənfi xarakterizə edilmişdir. Şəxs müayinə aktından görünür ki, əsgər Şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xx.xx.2024-cü il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs müayinə aktından görünür ki, əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xx.xx.2024-cü il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası inzibatı Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xəta törədilmişdir. Bu fakt, əsgər Şəxs və Zərərçəkmiş şəxs və şahid X3 izahatları və materiala əlavə edilən digər sənədlərlə təsdiq olunur. Bununla da, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edilməmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olması və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının aşağı həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.

3. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polis şöbəsinə həvalə edilsin.

4. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandirinə həvalə edilsin.

5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar