Məhkəmə qərarları › İş №3-1(092)-84/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-84/2024

16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-84/2024 16.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun köməkçisi, ədliyyə baş leytenantı X2, Vəkil: X1, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx xxxxxxx 2004-cü ildə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Xaçmaz rayonu, İzmayılovka qəsəbəsində qeydiyyatda olan, N nömrəli hərbi hissənin əlahiddə minaatan batareyasının 2-ci taqımının, 1-ci manqasının baş tuşlayıcısı vəzifəsində xidmət edən, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs (SX N° 0803260) 27 iyul 2024-cü il tarixdə, saat 08:30 radələrində qarovul evinin istirahət otağında istirahət edən zaman sərinkeşi özünə tərəf çevirməsi səbəbindən əsgər Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəmnində qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan "hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq, qarovul evinin istirahət otağında əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlətməklə, daha sonra saat 09:05 radələrində yeni inşa edilən əsgər yeməkxanasının qarşısında əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlətməklə onun şərəf və ləyaqətini alçaltmış, yaxasından tutmaqla, sonra sağ ayağı ilə onun qarın nahiyəsindən bir təpik vurmaqla ona zor tətbiq etmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında 27 iyul 2024-cü ıl tarixdə, saat 08:30 radələrində qarovul evinin istirahət otağında istirahət edən zaman isti olduğundan sərinkeşi özünə tərəf çevirdiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs yuxudan qalxıb sərinkeşi çevirdiyi üçün ünvanına nalayıq ifadə işlətdiyini, cavabında həmin ifadəni Zərərçəkmiş şəxs qarşı işlətdiyini, mübahisənin böyüməməsi üçün yemək otağına getdiyini, sonra növbəyə gedən zaman yolda mübahisəni davam etdirərək Zərərçəkmiş şəxs "bayaq nə deyirdin soruşduğunu, Zərərçəkmiş şəxs “məni məruzə edəcəksən deyə bildirdiyini, dəyişdirici əsgər Şahid onlara sakit durmalarını dediyini, saat 09:05 radələrində yeni inşa edilən əsgər yeməkxanasının qarşısında Zərərçəkmiş şəxs “sən aydınlıq verməlisən, verməyənində var yoxun belə-belə edim" dediyini, sonuncu cavabında səni tanıyıram, peysər olmusan deyib nalayıq ifadə işlətdiyini, bundan əsəbləşib sağ əli ilə Zərərçəkmiş şəxs yaxasından tutduğunu, Zərərçəkmiş şəxs da onun yaxasından tutduğunu, əsgərlər Şahid, E.Şıxəlizadə və E.Zeynalov onları ayıran zaman sağ ayağı ilə əsgər Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir təpik vurduğunu, etdiyi əməldən peşman olduğunu göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında 27 iyul 2024-cü ıl tarixdə, saat 08:30 radələrində qarovul evində istirahət otağında istirahət etdiyi zaman isti olduğundan yuxudan oyandığını, əsgər Şəxs sərinkeşi özünə tərəf çevirdiyini görüb ona qarşı nalayiq ifadə işlədərək niyə belə etdiyini soruşduğunu, onunda həmin nalayiq ifadə ona qarşı işlətdiyini, əsgər Şəxs sərinkeşin istiqamətin dəyişib otaqdan çıxdığını, sonra növbəyə gedən zaman saat 08:50 radələrində əsgər Şəxs mübahisəni davam etdirərək “bayaq nə deyirdin soruşduğunu, cavabında “məni məruzə edəcəksən" dediyini, əsgər Şahid onlara sakit durmalarını dediyini, təxminən saat 09:05 radələrində yeni inşa edilən əsgər yeməkxanasının qarşısında əsgər Şəxs “sən aydınlıq verməlisən, verməyənində var yoxun belə-belə edim" dediyini, cavabında Şəxs səni tayıram, peysər olmusan deyib nalayiq ifadə işlətdiyini, Şəxs bundan əsəbləşib sağ əli ilə yaxasından tutduğunu, onunda Şəxs yaxasından tutduğunu, əsgərlər Şahid, Elçin Şıxəlızadə, Elvin Zeynalov onları ayıran vaxt Şəxs sağ ayağı ilə qarın nahiyəsindən bir təpik vurduğunu, sonuncunun ayağından tutub özünə tərəf çəkib onu yerə yıxdığını, Şəxsla barışdığını, şikayətinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid izahatında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ıl tarixədək qarovul nəfəri sutkalıq naryada təyin edildiyini, xx.xx.2024-cü il tarixdə, saat 09:00-da 2-ci növbəyə təyin edilmiş əsgərlər Şəxs, Zərərçəkmiş şəxs, Elçin Şıxəlizadə və Cavid Ələsgərovu qarovul evindən çıxarıb 1-ci post istiqamətində hərəkətə başladığını, həmin vaxt Zərərçəkmiş şəxs ilə Şəxs sözlü mübahisə etdiyindən onlara sakit olmalarını bildirdiyini, saat 09:05 radələrində yeni inşa edilən əsgər yeməkxanasının qarşısına çatanda əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs “sən aydınlıq verməlisən, verməyənində var yoxun belə-belə edim" dediyini, əsgər Zərərçəkmiş şəxs cavabında səni tanıyıram peyser olmusan deyib nalayiq ifadə işlətdiyini, Şəxsla Zərərçəkmiş şəxs bir-birilərinin yaxasından tutaraq çəkişməyə başladıqlarını, onları ayıran vaxt Şəxs sağ ayağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bır təpik vurduğunu, əsgər Zərərçəkmiş şəxs onun ayağını tutub özünə tərəf dartıb onu yerə yıxdığını göstərmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissədən təqdim edilmiş arayışda hərbi hissənin əsgərləri Şəxs ilə Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Şəxs və Zərərçəkmiş şəxs mənfi xarakterizə edilmişdir. İş materialına əlavə edilmiş məhkəmə tibb ekspertizasının 383, 384 nömrəli ekspert rəylərindən görünür ki, Zərərçəkmiş şəxs və Şəxs bədən səthlərində xx.xx.2024-cü il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. X3 Məcəlləsinin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.

3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.

4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.

5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.

6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar