Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-86/2024 21.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun köməkçisi, ədliyyə baş leytenantı X2, Vəkil: X1, Zərər çəkmiş şəxslər: Əsgər Zərərçəkmiş şəxs1, Əsgər Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx.xx.2004-cü ildə Qobustan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Qobustan rayonunun, Nərimankənd kəndində qeydiyyatda olan, N №-li hərbi hissənin 5-ci taborunun, 15-ci bölüyünün, 3-cü taqımının, 1-ci manqasında atıcı-qumbaraatan vəzifəsində xidmət edən, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs ( SX № 0746114) 21 iyul 2024-cü il tarixdə, saat 07:30 radələrində hərbi hissənin şərti olaraq “Telemərkəz” adlandırılan mövqeyinin yeməkxanasında ZRAB-ın əsgərlərinə ümumi olaraq, “ZRAB-ın əsgərləri bizim qazana girir” deməsi səbəbindən tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs1 ilə aralarında mübahisə yaranmış, mübahisə zəminində Şəxs qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq, Zərərçəkmiş şəxs1 kitelinin yaxasından əli ilə tutub özünə tərəf dartmaqla ona zor tətbiq etmişdir. Bundan əlavə, əsgər Şəxs 21 iyul 2024-cü il tarixdə saat 21:30 radələrində hərbi hissənin şərti olaraq “Telemərkəz” adlandırılan mövqeyinin əsgər yeməkxanasında həmin gün onunla Zərərçəkmiş şəxs1 arasında olan mübahisə zamanı tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs2 onları aralaması səbəbindən sonuncu ilə mübahisə etmiş, mübahisə zəminində Şəxs qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq, Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadə işlədərək onun şərəf və ləyaqətini alçaltmış, sol göz nahiyəsindən yumruq, belindən dirsəklə vurmaqla ona zor tətbiq etmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında şərti olaraq “Telemərkəz” adlanan mövqedə ştatdan kənar aşpaz olduğunu, arabir manqa komandiri MAHHXHQ əsgər Emin Əliyevin aldığı kartofu sonuncu üçün qızartdığını, bir neçə dəfə kartofu qızartdıqdan sonra hazır vəziyyətdə mətbəxdə saxladığını, yataqxanaya gedib gəldikdən sonra yeməyin üstündən kəsir olduğunu hiss etdiyini, yeməkdən ZRAB-ın əsgərlərinin yediyindən şübhələndiyini, xx.xx.2024-cü il tarixdə, saat 07:30 radələrində mövqenin əsgər yeməkxanasında olan zaman orada olan ZRAB-ın əsgərlərinə ümumi olaraq “ZRAB-ın əsgərləri bizim qazana girir” dediyini, həmin vaxt ZRABda xidmət edən əsgər Zərərçəkmiş şəxs1 “kim girir?” deyə soruşduğunu, cavabında “mən sənə hesabat verməli deyiləm” dediyini, əsgər Zərərçəkmiş şəxs1 “mənimlə borzu-borzu danışma” dediyini, bu sözdən sonra Zərərçəkmiş şəxs1 üzərinə getdiyini, əsgər Zərərçəkmiş şəxs1 də oturacaqdan qalxıb onun üzərinə gəldiyini, birinci olaraq o sağ əli ilə Zərərçəkmiş şəxs1 yaxasından tutub özünə tərəf dartdığını, Zərərçəkmiş şəxs1 də onun kitelinin yaxasından tutub özünə tərəf dartdığını, orada olan əsgərlər onları ayırdığını, ayıran vaxt əsgər Zərərçəkmiş şəxs2 hər iki əli ilə onun boyun və kürək nahiyəsindən kənara itələdiyini, bundan əsəbləşərək özünə qarşı nəsil söyüşü söyüb Zərərçəkmiş şəxs2 vuracağını dediyini, həmin gün saat 21:30 radələrində yataqxanadan çıxıb, Zərərçəkmiş şəxs2 yaxınlaşaraq “gəl yeməkxanaya” dediyini, sonuncu arxasınca yeməkxanaya gəldiyini, yeməkxanada Zərərçəkmiş şəxs2 “sən nə poxsan ki, məni poxa salırsan” dediyini, Zərərçəkmiş şəxs2 cavabında “pox döyürəm” dediyini, sağ əli ilə Zərərçəkmiş şəxs2 sol göz nahiyəsindən bir yumruq vurduğunu, sonuncu zərbənin təsirindən yerə yıxıldığını, sağ dirsəyi ilə bir dəfə onun belindən vurduğunu, əsgər Zərərçəkmiş şəxs2 qışqıraraq kömək çağırdığını, əsgər Şahid gələrək onu çölə çıxartdığını, etdiyi əməldən peşman olduğunu göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs1 izahatında xx.xx.2024-cü il tarixdə, saat 07:30 radələrində xidmət etdiyi şərti olaraq “Telemərkəz” adlanan mövqenin yeməkxanasında səhər yeməyi vaxtı ZRAB-ın və motoatıcı manqanın əsgərləri yemək yeyən zaman Şəxs “ZRAB-ın əsgərləri bizim qazana girir” dediyini, bu sözü təhqir kimi hesab edib ona “kim girir?” dediyini, Şəxs cavabında “sənə hesabat verməli deyiləm” dediyini, Şəxs “mənimlə borzu-borzu danışma” dediyini, sonra Şəxs oturacaqdan qalxıb üstünə gəldiyini, o da oturacaqdan qalxıb, əsgər Şəxs kitelinin yaxasından tutduğunu, o da onun kitelinin yaxasından tutaraq bir-birilərini dartmağa başladıqlarını, həmin vaxt Zərərçəkmiş şəxs2 gəlib hər iki əli ilə Şəxs arxadan itələdiyini, digər əsgərlərdə onları ayırdığını, Şəxsla barışdığını, şikayətinin olmadığını göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs2 izahatında 21 iyul 2024-cü il tarixdə, saat 07:30 radələrində əsgər yeməkxanasında zenitraket artilleriya taqımının əsgərləri ilə eyni masada oturub yemək yeyərkən yeməkxanada aşpazlıq edən 15-ci bölükdən olan əsgər Şəxs “ZRAB-ın əsgərləri bizim qazana girir” dediyini, həmin vaxt “ZRAB-da xidmət edən əsgər Zərərçəkmiş şəxs1 ona “kim girir?” dediyini, Şəxs cavabında “mən sənə hesabat verməli deyiləm” dediyini, əsgər Zərərçəkmiş şəxs1 də ona “mənimlə borzu-borzu danışma” dediyini, bu sözdən sonra Şəxs M.Dövlətninin üzərinə getdiyini, Zərərçəkmiş şəxs1 də oturacaqdan qalxıb Şəxs üzərinə gedərək birbirilərinin yaxasından tutduqlarını, əsgər Sənan Mikayılov, Qəfər Qasımzadə, o və digərləri onları ayırmağa başladıqlarını, Şəxs əsgər Zərərçəkmiş şəxs1 yaxasını buraxmadığını görüb hər iki əli ilə Şəxs boyun və kürək nahiyəsindən kənara itəliyərək onları aralaşdırdığını, Şəxs itələdiyi üçün sonuncu həmin vaxt özünə qarşı nəsil söyüşü söyərək onu vuracağını bildirdiyini, həmin gün saat 21:30 radələrində yataqxananın qarşısında olan zaman əsgər Şəxs ona yaxınlaşaraq “gəl yeməkxanaya” dediyini, onun arxasınca yeməkxanaya getdiyini, orada Şəxs “sən nə poxsan ki, məni poxa salırsan” dediyini, cavabında “pox döyürəm” dediyini, həmin vaxt Şəxs sağ əli ilə sol göz nahiyəsindən bir yumruq vurduğunu, zərbənin təsirindən yerə yıxıldığını, sonra Şəxs belindən bir dirsək zərbəsi vurduğunu, qışqıraraq kömək çağırdığını, əsgər Şahid gəlib Şəxs çölə çıxartdığını, Şəxsla barışdığını, şikayətinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid izahatında 21 iyul 2024-cü il tarixdə, saat 21:35 radələrində yataqxananın qarşısında olan zaman əsgər yeməkxanasından boğanaq qışqırıq səsi eşitdiyini, dərhal yeməkxanaya qaçıb qapıdan içəri daxil olduğunu, əsgər Zərərçəkmiş şəxs2 üzü üstə yerə uzanıb əsgər Şəxs isə hər iki dizin yerə qoyub dirsəyi ilə Zərərçəkmiş şəxs2 belindən vurmasını gördüyünü, dərhal əsgər Şəxs belindən hər iki əli ilə qucaqlayıb çölə çıxartdığını göstərmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissədən təqdim edilmiş arayışda hərbi hissənin əsgəri Şəxs ilə əsgərlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 müsbət xarakterizə edilmişdir. İş materialına əlavə edilmiş məhkəmə tibb ekspertizasının 31 iyul 2024-cü il tarixli 398 nömrəli ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs2 gözətrafı qançır və sıyrıqla müşayiət olunan sol gözün ağlı qişasının qansızması – bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, şəxsin məkhəmə tibbi müayinə zamanı göstərdiyi tarixdə və şəraitdə törənməsinin istisna olunmadığını, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmur. İş materialına əlavə edilmiş məhkəmə tibb ekspertizasının 31 iyul 2024-cü il tarixli 397 nömrəli ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs1 bədən səthində xx.xx.2024-cü il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs1 və əsgər Zərərçəkmiş şəxs2 qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslərlə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. X3 Məcəlləsinin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.
3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.
4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.
5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.
6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim İlham İbrahimov