Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-87/2025 20.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi Hüseynov Səxavət Səməd oğlu N nömrəli hərbi hissədə xidmət edən əsgər Şəxs (FİN № xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin 10-cu Təhqiqat Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə protokola məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Müdafiyə Nazirliyi Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin 10-cu Təhqiqat Bölməsindən daxil olmuş 20 avqust 2025-ci il tarixli, 89 nömrəli protokol ilə N nömrəli hərbi hissənin əsgəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 20 avqust 2025-ci il tarixli, 89 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 20 avqust 2025-ci il tarixli, 89 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokoldan görünür ki, əsgər Şəxs N nömrəli hərbi hissənin haubitsali artillleriya divizionunun 3-cü haubitsali artilleriya batareyasının 2-ci taqımının 1-ci manqasının xidmət edərkən 23 iyun 2025-ci il tarixdə saat 18:30 radələrində nəzarət buraxılış məntəqəsindən keçmək istəyərkən əsgər Zərərçəkmiş şəxs onu buraxmaması səbəbi ilə onunla sözlü mübahisə etmiş, daha sonra saat 20:30 radələrində yataqxanada olarkən aralarında sözlü mübahisə yenidən yaranmış, həmin vaxt əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs boyun nahiyəsini sağ qolunun altına alaraq sıxmış, nəticədə əsgər Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan dərəcəsi təyin olunmayan “Sağ gözün ağlı qişasının qansızması” xəsarətini yetirərək qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Beləliklə, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi inzibati məsuliyyət yaradır. Materiala əlavə edilmiş əsgər Şəxs xidməti vərəqəsində onun 24 iyun 2025-ci il tarixdə “Batareyanın digər əsgəri ilə qarşılıqlı münasibətləri pozduğuna görə” “Şiddətli Töhmət” cəzası ilə cəzalandırıldığı qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Əsgər Şəxs törətdiyi əmələ görə “Şiddətli Töhmət” ilə cəzalandırılması onun inzibati məsuliyətə cəlb olunmasını istisna edir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs qarşı zor etməsi əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, həmin əmələ görə 24 iyun 2025-ci ildə əsgər Şəxs “Qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozduğuna görə” batareya komandiri tərəfindən “Şiddətli Töhmət” ilə cəzalandırılmışdır. Tərəfimdən iş materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106cı maddəsinin tələblərinə uyğun olaraq öyrənilərkən müəyyən olunmuşdur ki, əsgər Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinin tələblərinə əsasən, isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin 43-cü bəndinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər. Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin 56-cı bəndinə əsasən bölük (4-cü dərəcəli gəmi) komandirinin tabeliyində olan əsgərlərə, matroslara və çavuşlara məzəmmət, töhmət və şiddətli töhmət elan etmək; əsgərləri, matrosları və çavuşları hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmaqdan məhrum etmək; əsgərlərə, matroslara və çavuşlara növbədənkənar 5-ə qədər xidmət naryadı vermək hüququ vardır. İnzibati xəta haqqında işin materiallarının tədqiqi nəticəsində belə müəyyən olunur ki, əsgər Şəxs barəsində müvafiq hərbi hissə komandanlığı tərəfindən hərbi intizamın pozulması haqqında aparılmış icraat ona “şiddətli töhmət” intizam cəzasının təyin edilməsi ilə nəticələnmişdir. Bu səbəbdən də məhkəmə, hesab edir ki, əsgər Şəxs müvafiq hərbi hissə komandanlığı tərəfindən intizam qaydasında “şiddətli töhmət” intizam cəzasının təyin edilməsini onun “qanun və cinayət-prosessual normalar əsasında” məhkum edilməsinin nəticəsi kimi qəbul etmək olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Avropa İnsan Hüquqları Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsinə əsasən heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət prosessual normalarına müvafiq olaraq artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. “Non bis in idem- “Heç kəs eyni bir əmələ görə ikinci dəfə məsuliyyətə cəlb edilə bilməz” prinsipi Azərbaycan Respublikası konstitusiyasının 64-cü maddəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.2-ci maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 34-cü maddəsində, o cümlədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsində qeyd olunmuşdur ki, “bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz”. Hüququn hamılıqla qəbul edilmiş “non bis in idem” (təkrar cəzalandırılmamaq) prinsipini ifadə edən konstitusiya normasının mənasına görə bir şəxs eyni əmələ görə təkrar olaraq məsuliyyətə cəlb edilə və cəzalandırıla bilməz. Bu prinsip şəxsin eyni bir əməlinə görə təkrar cəzalandırılmasının qarşısını alan qayda kimi dar mənada təfsir olunmur, həm də eyni bir halın iki dəfə, həm əməlin tövsifi zamanı, həm də cəza (tənbeh) təyin edilməsi zamanı nəzərə alınmasını istisna edir və hər hansı bir hüquq xarakterli tədbirin əmələ hüquqi qiymət verilərkən təkrarən tətbiq olunmasına qadağa qoyur. Həmçinin qeyd etmək lazımdır ki, Avropa Məhkəməsinin “X2 Federasiyasına qarşı iş” üzrə 07 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində istifadə edilən “məhkum etmə” və “cəzalandırma” ifadələri şəxsin təkrar məhkum edilməsi ilə yanaşı, ikiqat cəzalandırılmasının da qadağan edildiyini göstərir. Əks təqdirdə “cəzalandırıla” sözünün “məhkum edilə” ifadəsinə əlavə olunmasına zərurət olmazdı, çünki bu adi təkrarçılıq kimi görünərdi. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi hətta şəxs cinayət məsuliyyətinə cəlb olunduğu, lakin iş üzrə ittiham hökmü çıxarılmadığı hallarda da tətbiq olunur. Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, 7-ci protokolun 4cü maddəsi eyni və ya əsasən eyni faktlardan doğan ikinci “pozuntu” üzrə istintaq aparmaq və ya məhkəmə keçirmək qadağandır (§§ 78-82). Avropa Məhkəməsi həmin qərarında qeyd edir ki, Avropa İnsan Hüquqları üzrə Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsinin müddəaları yalnız iki dəfə cəzalandırmanı qadağan etmir, onlar həm də iki dəfə məhkəmə məsuliyyətinə cəlb olunmanın, təkrar mühakimənin yolverilməzliyini nəzərdə tutur (“X1rşı” iş üzrə Avropa Məhkəməsinin 29 may 2001-ci il tarixli qərarı, paraqraf 29; “Ziqarella İtaliyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 3 dekabr 2002-ci il tarixli qərarı). Avropa Məhkəməsi vurğulayır ki, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi biri digərindən fərqlənən üç təminatı nəzərdə tutub ki, onlardan birinə əsasən - heç kəs eyni bir cinayətə görə təkrarən mühakiməyə cəlb edilə bilməz, ikincisinə görə təkrarən məhkum edilə bilməz və nəhayət üçüncüsünə görə - təkrərən cəzalandırıla bilməz (“Nikitin Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarı, 50178/99 nömrəli ərizə, paraqraf 36). Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs eyni bir hüquq pozuntusuna görə cəzalandırıldığını bilə-bilə, onu yenidən cəzalandırmaq olmaz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında səlahiyyətli orqanın qərarının olması inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardan biridir. Göstərilənləri nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs eyni fakt üzrə bölük komandiri tərəfindən intizam qaydasında “şiddətli töhmət” intizam cəzasına məhkum edildiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən əsgər Şəxs barəsində olan hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 43, 48-51, 53.1.7, 106, 109.2, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əsgər Şəxs (FİN № xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №3-1(092)-87/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-87/2025
20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver