Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-88/2024 26.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, X2, Vəkil: X1, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx xxxx 2005-ci il tarixdə Türkiyə Respublikasının. İstanbul şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Şərur rayonu, Yengicə kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissəsinin 2-ci taborunun minaatan batareyasının 2-ci taqımının 1-ci manqasının baş-tuşlayıcısı vəzifəsində xidmət edən, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs (SX N° 0751799) 11 avqust 2024-cü il tarixdə, saat 07:50 radələrində N nömrəli hərbi hissənin yeməkxanasında olarkən tabelik münasibətlərində olmayan, 2-ci taborun 6-cı bölüyünün 1-ci taqımının 2-ci manqasının qumbaraatanı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs həmin taborda xidmət edən əsgər X4 vurduğunu görmüşdür. Yeməkxanadan çıxdıqdan sonra saat 08:30 radələrində taborun qərargah binasının qarşısında əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb “adam kimi deyir ki, zarafat eləmə, niyə edirsən?” demiş, Zərərçəkmiş şəxs ona ‘dünənin tüləyinə bax hələ” ifadəsini işlətmiş, bu zaman əsgər Şəxs həmin ifadəni özünə təhqir kimi qəbul etdiyindən qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrini' Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini pozaraq, hər iki əli ilə əsgər Zərərçəkmiş şəxs sağ ayağından tutub yerə yıxmaqla ona zor tətbiq etmişdir. Bununla da, Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, Zərərçəkmiş şəxs zor tətbiq etmişdir. Beləliklə, Şəxs oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında 11 avqust 2024-cü il tarixdə saat 07:50 radəlkərində yeməkxanada olarkən əsgər Zərərçəkmiş şəxs əsgər X5 yumruq atdığını gördüyünü, əsgər Zərərçəkmiş şəxs əsgər Ə.Qafarovu niyə vurduğunu soruşmuş Zərərçəkmiş şəxs ona “tüləyə bax hələ” dediyini, onun əsgər Zərərçəkmiş şəxs cavab verməyərək yemək yeməyə davam etdiyini, daha sonra Zərərçəkmiş şəxs yeməkxananı tərk edib getdiyini, sonra saat 08:30 radələrində taborun minaatan batareyasının əsgəri Şahid əsgər Zərərçəkmiş şəxs “o xəstə uşaqdır, onunla nə işin var” dediyini, daha sonra o da əsgər Zərərçəkmiş şəxs “adam kimi deyir ki, zarafat etmə, niyə edirsən?” dediyini, Zərərçəkmiş şəxs onun qarşısına keçərək “dünənin tüləyinə bax hələ” deyə ona qarşı ifadə işlətdiyini, Zərərçəkmiş şəxs - işlətdiyi "dünənin tüləyi” ifadəsini özünə təhqir kimi qəbul edib hər iki əli ilə əsgər Zərərçəkmiş şəxs sağ ayağından tutduğunu, Zərərçəkmiş şəxs da sağ qolu ilə onun boynundan tutduğunu, bu zamn Zərərçəkmiş şəxs yerə yıxmaq istədiyini, o, Zərərçəkmiş şəxs ayağından tutduğundan arxaya gedərkən yıxıldığını, o da Zərərçəkmiş şəxs üzərinə düşdüyünü, bu zaman əsgər Zərərçəkmiş şəxs sağ əli ilə onun başından iki dəfə yumruqla vurduğunu, etdiyi əməldən peşman olduğunu göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər əsgər Zərərçəkmiş şəxs izahatında 11 avqust 2024-cü il tarixdə, saat 07:50 radələrində əsgər heyəti hərbi hissənin qərargah binasının yanında düzülüb səhər yeməyi üçün yeməkxanaya getdiklərini, yeməkxanada olarkən əsgər X7 ilə zarafat etdiyini, onun etdiyi hərəkətləri Ə.Qafarovun xoşuna gəlmədiyindən “mənimlə zarafat edəni söymüşəm” ded, lakın buna məhəl qoymayaraq Ə.Qafarovla zarafat etməyə davam etdiyini, onu təqlid etdiyini, Ə.Qafarov buna qəzəblənərək ona “var-yox” söyüşü söydüyünü, o da cavab qaytararaq Ə.Qafarovun varyoxunu söydüyünü, sonra Ə.Qafarov sağ əlinin iç tərəfi ilə onun baş nahiyəsindən vurduğunu, o da cavab olaraq Ə.Qafarovun sol gözünün alt nahiyəsindən sağ əli ilə yumruq zərbəsi vurduğunu, əsgər X9 əsgər Ə.Qafarovu sakitləşdirdirdiyini, saat 08:30 radələrində əsgər Şəxs ona sən mənim bölüyümün əsgərinə cumurdun, o mənim qardaş dediyim uşaqdı” deyərək onun ayağından tutub yerə yıxdığını, Şəxs onun ayaqlarından tutaraq buraxmadığını, ayaqların buraxması üçün Şəxs baş nahiyəsindən sağ əli ilə iki dəfə yumruq vurduğunu, əsgərlər onları aralaşdırdığını, daha sonra bunu görən tabor növbətçisi leytenant X8 gəlib və taborun əsgər heyətinə düzülüş verdiyini, Şəxsla barışdığını, şikayətinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid izahatında 11 avqust 2024cü il tarixdə saat 07:50 radələrində yeməkxanada oturarkən əsgər Zərərçəkmiş şəxs və əsgər X3 bir-biriləri ilə mübahisə etdiyini, Zərərçəkmiş şəxs yumruqla Ə.Qafarovun gözünün alt hissəsindən vurduğunu gördüyünü, Zərərçəkmiş şəxs "xəstə uşaqdır, niyə vurursan?” dediyini, əsgər Şəxs da əsgər Zərərçəkmiş şəxs onu niyə vurduğunu soruşduğunu, Zərərçəkmiş şəxs əsgər Şəxs baxaraq "bu tüləyə bax, siz qudurmuşunuz” deyib icazə almadan yeməkxananı tərk etdiyini, saat 08:30 radələrində tabor qərargahının qarşısında əsgərlərə sərbəst vaxt verildiyini, bu zaman əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb "xəstə uşaqdır, nəyə görə onunla mübahisə edirsən?” dediyini, bu zaman əsgər Şəxsla əsgər Zərərçəkmiş şəxs üz-üzə gəldiyini, Şəxs hər iki əli ilə Zərərçəkmiş şəxs sağ ayağından tutub yıxdığını, Zərərçəkmiş şəxs sağ əli ilə Şəxs baş nahiyəsindən iki yumruq zərbəsi vurduğunu göstərmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissədən təqdim edilmiş arayışda hərbi hissənin əsgəri Şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasıbətərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnaməiərdə əsgər Şəxs müsbət, əsgər Zərərçəkmiş şəxs isə mənfi xarakterizə edilmişdir. İş materialına əlavə edilmiş məhkəmə tibb ekspertizasının 13 avqust 2024-cü il tarixli, 438 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxs bədən səthində xx.xx.2024-cü il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar edilmədiyi göstərilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. X6 Məcəlləsinin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.
3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.
4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.
5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.
6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim İlham İbrahimov