Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-89/2024 26.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Seydov Eyvaz Yusif oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi X2 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxxx 2005-ci ildə Şərur rayon Püsyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayonu, Püsyan kəndində qeydiyyatda olmaqla N saylı hərbi hissənin, 2ci taborun, minaatan batareyasının 2-ci taqımının 3-cü manqasında xidmət edən, N saylı hərbi hissənin əsgər yataqxanasında yaşayan, əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs oğiu (SX Ns 0751817) 11 avqust 2024-cü il tarixdə, saat 07:50 radələrində əsgər yeməkxanasında olarkən tabelik münasibətlərində olmayan, 6-cı bölüyünün 1-ci taqımının 2-ci manqasının qumbaraatanı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs onunla xoşagəlməz zarafatlar etmiş, bu zarafatlar əsgər Şəxs xoşuna gəlmədiyindən o,“mənimlə zarafat edəni söymüşdüm” deyə cavab vermiş, lakin əsgər Zərərçəkmiş şəxs buna məhəl qoymamış və əsgər Şəxs hərəkətlərini təqlid etməyə davam etmişdir. Şəxs buna görə aralarında yaranmış mübahisə zəminində əsgər Zərərçəkmiş şəxs qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini pozaraq, əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüş işlədib onun şərəf və ləyaqətini alçaltmış, sonra sağ əlinin iç tərəfi ilə onun baş nahiyəsindən vurmaqla ona zor tətbiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs oğiu ifadəsində qeyd etmişdir ki, 11 avqust 2024-cü il tarixdə, saat 07:45 radələrində əsgər heyəti hərbi hissənin qərargah binasının yanında düzülüb səhər yeməyi üçün yeməkxanaya getmiş, onlar üçün təyin olunmuş masalarda əyləşmişlər. Bu zaman əsgər Zərərçəkmiş şəxs digər əsgərlərə onu əsəbiləşdirəcəyini deyib ona söz atmağa başlamış, ona baxaraq “sən nəşəxorsan" demişdir. O, Zərərçəkmiş şəxs onunla zarafat etməməsini, bir neçə gün bundan əvvəl də onunla zarafat etməməyi barədə xəbərdarlıq etdiyin? bildirmişdir. Əsgər Zərərçəkmiş şəxs ona“yaxşı edirəm” demiş, o, bu sözdən sonra o əsəbiləşərək Zərərçəkmiş şəxs var-yoxunu söyərək başından bir şillə vurmuş, buna qarşılıq olaraq Zərərçəkmiş şəxs da onun var-yoxunu söyüb sağ əli ilə sol gözünün aşağı hissəsindən yumruq zərbəsi vurmuşdur. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsdən üzr istəyib. Zərərçəkmiş şəxs də onu bağışlayıb. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, 11 avqust 2024-cü il tarixdə, saat 07:50 radələrində əsgər heyəti hərbi hissənin qərargah binasının yanında düzülüb səhər yeməyi üçün yeməkxanaya getmişdir. Yeməkxanada olarkən əsgər Şəxs ilə zarafat etmiş, onun etdiyi hərəkətləri təqlid etmişdir. Etdiyi zarafatlar Şəxs xoşuna gəlmədiyindən “mənimlə zarafat edəni söymüşəm” demiş, lakin buna məhəl qoymayaraq Şəxsla zarafat etməyə davam etmiş, onu təqlid etmişdir. Şəxs qəzəblənərək ona “var-yox” söyüşü söymüş, o da cavab qaytararaq Şəxs var-yoxunu söymüşdür. Daha sonra Şəxs sağ əlinin iç tərəfi ilə onun baş nahiyəsindən vurmuş, o da cavab olaraq Şəxs sol gözünün alt nahiyəsindən sağ əli ilə yumruq zərbəsi vurmuşdur. Onu bağışlayır. Ondan hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Şahid da izahatında göstərilən xüsusatları təsdiq etmişdi. Bununla da, Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, Zərərçəkmiş şəxs şərəf və ləyaqətini alçaltmış və ona zor tətbiq etmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt, Şəxs, Zərərçəkmiş şəxs, Şahid izahatları və materiala əlavə edilən digər sənədlərlə təsdiq olunur. N N°-li hərbi hissədən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, N nömrəli arayışda hərbi hissənin əsgəri Şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. N N°-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgər Şəxs müsbət, əsgər Zərərçəkmiş şəxs isə mənfi xarakterizə edilmişdir. Əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş 13 avqust 2024-cü il tarixli, 438 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxs bədən səthində xx.xx.2024-cü il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar edilmədiyi göstərilmişdir. Bununla da, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin və şahidin izahatları ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olması və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının aşağı həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın
3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.
4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.
5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə həvalə edilsin.
6. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Səxavət Hüseynov