Məhkəmə qərarları › İş №3-1(092)-9/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-9/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-9/2025 23.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Məmmədova Nərmin Fərəməz qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi X1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxx 2006-ci ildə Tərtər rayonunun Dəmirçilər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, həmin ünvanda qeydiyyatda olmaqla N saylı hərbi hissənin əsgəri, həmin hərbi hissənin əsgər yataqxanasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1.-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs (hərbi bilet SX № *******) xx.xx.2024-cü il tarixdə, saat 10:N radələrində, N №-li hərbi hissənin kiçik sıra meydanının yaxınlığında aralarında tabelik münasibətləri olmayan, nəzarət buraxılış məntəqəsinin ərazisində olan quru yarpaqları təmizləmək üçün dırmıq gətirmək üçün saxlanca gəlmiş həmin hərbi hissənin 1-ci reaktiv artilleriya divizionunun, 3-cü reaktiv artilleriya batareyasının, 1-ci reaktiv artilleriya taqımının, 3-cü döyüş maşınının heyət nəfəri vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs (hərbi bilet SX № *******) ilə saxlancın açarını ona verməməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində təsbit olunmuş “hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini pozaraq əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib onun şərəf və ləyaqətini alçaltmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Beləliklə, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında xx.xx.2024-cü il tarixdə, saat 10:30 radələrində N №-li hərbi hissənin kiçik sıra meydanındakı saxlancda təzmizlik işləri gördüyünü, əsgər Şahid3 ona köməklik etdiyini, əsgər Zərərçəkmiş şəxs ona yaxınlaşıb dırmıq lazım olduğunu deyib saxlancın açarını istədiyini, ona saxlancı yeni təmizlədiyini, orada dırmıq olmamasını bildirdiyini, Zərərçəkmiş şəxs ondan təkidlə saxlancın açarını istəsə də, açarı ona vermədiyini, əsgər Zərərçəkmiş şəxs ona «gör indi necə götürəcəm” deyib saxlancın qıfılını qırıb qapısını açdığını, onun orada dırmıq olmadığını görüb kobud tərzdə “dünən xidmətə gəlmisiniz, mənimlə burda kaptyorka davası edirsiniz, çolpalar” dediyini, əsgər Zərərçəkmiş şəxs kaptyorkanın qapısını düzəltməsini bildirdiyini, əsgər Zərərçəkmiş şəxs “düzəltməyəcəyəm, özünüz düzəldərsiniz” dediyini, ona “kaptyorkanı düzəltməyənin nəslini filan edim söyüşünü etdiyini, Zərərçəkmiş şəxs əsəbiləşib ona “nə dedin bura gəl ...” deyərək ünvanına nalayiq ifadə işlədib onun üzərinə gəldiyini, həmin nalayiq ifadəni onun özünə qaytardığını, Zərərçəkmiş şəxs ona yaxınlaşıb sinəsindən 2 yumruq vurduğunu, onu itələdiyini, Zərərçəkmiş şəxs ona bir kəllə atdığını, lakin papağının günlüyünə görə kəllə zərbəsinin ona dəymədiyini, bu zaman əsgər Şahid3 onu kənara çəkdiyini, lakin Zərərçəkmiş şəxs ona tərəf gəlib təpik atanda təpiklərdən birinin onları aralamağa çalışan əsgər Şahid3 buduna, digər təpiyin isə onun sağ əlinə dəydiyini, əsgər Şahid3 əlinin zədələndiyini göstərmişdir. Zərərçəkmiş şəxsdən üzr istəmişdir. Zərərçəkmiş şəxs də onu bağışlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında 15 dekabr 2024-cü il tarixdə, saat 09:00 radələrində hərbi hissədə ərazi təmizliyi işinə cəlb edildiyini, NBM-nin ərazisində olan quru yarpaqları təmizləmək üçün dırmıq gətirmək məqsədilə saxlanca getdiyini, əsgər Şəxsla əsgər Şahid3 orada olduğunu, saxlancın qapısınında qıfıl olduğunu, açarı soruşduqda əsgər Şəxs açarın onda olmasını bildirdiyini, ondan açarı istəsə də, açarı vermədiyini, dırmığın içəridə olmadığını bildirdiyini, bu səbəbdən qapının qıfılını qırdığını, içəri baxdıqda dırmığın orada olmadığını gördüyünü, Şəxs «dünən gəlmisiniz, kaptyorka davası edirsiniz, çolpalar» deyib oradan uzaqlaşmaq istəyərkən əsgər Şəxs nalayiq söyüş etdiyini, onun da həmin sözü ona qarşı işlətdiyini, Şəxs qapını düzəltməsini dediyini, ona qapını düzəltməyəcəyini bildirdiyini, əsgər Şəxs onun ünvanına “qapını düzəltməyinin nəslini .......” deyib söydüyünü, geri qayıdıb Şəxs sinə nahiyəsindən iki yumruq vurmaqla onu itələdiyini, Şəxs ona tərəf gəldikdə ona 1 kəllə atdıcını, ona təpik atarkən atdığı təpiklərdən birinin onları aralamağa çalışan əsgər Şahid3 buduna, digər təpiyin isə onun sağ əlinə dəydiyini, mübahisə zamanı Şəxs xəsarətinin olmadığını, lakin Şahid3 sağ əlinin 4-cü barmağının zədələndiyini göstərmişdir. Şəxs ondan üzr istəmişdi, onu bağışlayır. Ondan hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən şahidlər – əsgər Şahid3, MAHHX HQ, baş çavuş Şahid2 izahatlarında göstərilən xüsusatları təsdiq etdilər. Beləliklə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu əməl əsgər Şəxs, zərərçəkmiş şəxsin izahatı, şahid ifadələri və materiala əlavə edilən digər sənədlərlə təsdiq olunur. N №-li hərbi hissə komandanlığı tərəfindən əsgərlər Şəxs müsbət, əsgər Zərərçəkmiş şəxs isə mənfi xarakterizə edilmişdir. N №-li hərbi hissənin xx.xx.2024-cü il tarixli arayışında əsgər Zərərçəkmiş şəxs əsgər Şəxs ilə tabelik münasibətinin olmadığı göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin və şahidin izahatları ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterize olunmasını və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Naxçıvan Qarnizonunun rəisi general-mayor Kənan Seyidov tərəfindən Naxçıvan Muxtar Respublikası Hərbi məhkəməsinə ünvanlanmış 14 dekabr 2024-cü il tarixli 4306 saylı məktubdan görünür ki, X2 Daxili Xidmət Nizamnaməsinin tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əsgər Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, müsbət xarakterize olunmasını eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, əsgər Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi N №li hərbi hissənin komandanlığına göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA ALDİ: 1.Əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. 2.Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin.

3. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin.

4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim: Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar