Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-90/2024 29.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X2, Vəkil: X1, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx.xx.2001-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Salyan rayonunun Xalac kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissənin 5-ci taborunun 15-ci bölüyünün 1-ci taqımının 1-ci manqasında şərti olaraq “Qaraqaya” adlanan mövqedə qumbaraatan vəzifəsində xidmət edən, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs (hərbi bilet SX № 0746929) N nömrəli hərbi hissənin 5-ci taborunun 15-ci bölüyünün 1-ci taqımının 1-ci manqasında şərti olaraq “Qaraqaya” adlanan mövqedə qumbaraatan vəzifəsində xidmət edərkən 01 avqust 2024-cü il tarixdə saat 07:30 radələrində yeməkxanada qeyri iradi olaraq arxa nahiyəsindən qaz buraxdığı üçün həmin vaxt orada olan, onunla eyni manqada pulemyotçu vəzifəsində xidmət edən, aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs Şəxs bu hərəkətini özünə hörmətsizlik kimi qəbul etdiyindən aralarında mübahisə yaranmış, daha sonra mübahisələri səngərdə davam etmiş, mübahisə zəminində Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Zərərçəkmiş şəxs itələyib yerə yıxmış, sonuncu yıxılan zaman kürəyi səngərin divarına dəyərək sağlamlığa zərər vurmayan “bədənin müxtəlif nahiyələrinin sıyrıqları” xəsarətini almılşdır. Bununla da, Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, Zərərçəkmiş şəxs zor tətbiq etmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında 01 avqust 2024-cü ildə xidmət etdiyi “Qaraqaya” mövqeyində səhər saatlarında səngərlərin içərisini təmizlədiyini, saat 07:30 radələrində su içmək üçün yeməkxanaya gəldiyini, bu zaman yeməkxananın təmizliyinə ayrılan əsgər Zərərçəkmiş şəxs da, oraya gəldiyini, həmin vaxt qeyri ixtiyari olaraq, özündən asılı olmadan arxa nahiyəsindən qaz buraxdığını, Zərərçəkmiş şəxs ondan niyə belə etdiyini soruşduğunu, ona özündən asılı olmadan etdiyini desə də, Zərərçəkmiş şəxs ona inanmayıb bunu özünə hörmətsizlik kimi qəbul etdiyini, daha sonra səngərə işləməyə getdiyini, Zərərçəkmiş şəxs onun ardınca səngərə gəlib ona eyni sualı təkrar verdiyini, əsəbləşərək Zərərçəkmiş şəxs “tərxis olunmağıma iki ay qalır, sən Allah məni zibilə salma get” dediyini, Zərərçəkmiş şəxs isə ona qaz buraxmasını qəsdən etdiyini təkrar bildirdiyini, bundan sonra Zərərçəkmiş şəxs sinəsindən geriyə doğru itələdiyini, Zərərçəkmiş şəxs arxasıüstə yıxıldığını və kürəyi səngərin divarına dəydiyini, ondan bir şeyin olub-olmadığını soruşduğunu, o da kürəyinin yaralandığını deyib yataqxanaya getdiyini, etdiyi əməldən peşman olduğunu göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında 01 avqust 2024-cü ildə saat 07:30 radələrində xidmət etdiyi “Qaraqaya” mövqeyində yeməkxananı təmizləyərkən siqaret çəkmək üçün qabyuma yerinin yanına getdiyini, orada əsgər Şəxs oturduğunu gördüyünü, onun yanına çatanda Şəxs arxa nahiyəsindən qaz buraxdığını, onun bu hərəkəti qəsdən ona qarşı hörmətsizlik kimi etməsini düşünərək ondan niyə belə etdiyini soruşduğunu, Şəxs özündən asılı olmadan etməsini dediyini, ona inanmayaraq buna qarşı hörmətsizlik etdiyini, səngərdə ona “sən bilə-bilə mənə hörmətsizlik etdin” dediyini və Şəxs ona “qəsdən etmədim” mənim 2 ayım qalır tərxisə, məni zibilə salma” dediyini, mübahisə zamanı Şəxs əsəbləşib əlini onun sinə və boğaz nahiyəsinə qoyub get məni zibilə salma deyib arxaya doğru itələdiyini, buna görə ayağı yerdə olan daşlara ilişib arxası üstə yıxıldığını, yıxılan zaman kürəyi səngərin divarlarında olan daşlara sürtülərək sıyrıldığını, Şəxslə barışdığını, şikayətinin olmadığını göstərmişdir. Məhkəmə iclasında xidməti zərurətlə əlaqədar iştirak etməyən şahid MAHHX HQ-su Şahid təhqiqat orqanına vermiş olduğu izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan arayışda əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamələrlə əsgər Şəxs və əsgər Zərərçəkmiş şəxs müsbət xarakterizə olunmuşlar. İş materialına əlavə edilmiş məhkəmə tibb ekspertizasının 08 avqust 2024-cü il tarixli, 422 nömrəli müayinə aktında Zərərçəkmiş şəxs almış olduğu bədənin müxtəlif nahiyələrinin sıyrıqları xəsarətinin bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterik olduğu, şəxsin məhkəmə-tibbi müayinəsi zamanı göstərdiyi tarixdə və şəraitdə törənməsinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsinin təyin olunmadığı göstərilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. X4 Məcəlləsinin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.
3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.
4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.
5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.
6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim İlham İbrahimov