Məhkəmə qərarları › İş №3-1(092)-91/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-91/2025

27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-91/2025 27.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Seydov Eyvaz Yusif oğlunun katibliyi, Təhqiqatçı XN, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Naxçıvan Şəhər Asın Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx xxxx N00N-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, deməsinə görə əvvəllər inzibati xəta törətməyən, Masallı rayonu Təklə kəndində daimi qeydiyyatda olan, N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün N-ci taqımının kamandiri vəzifəsində xidmət edən, N nömrəli hərbi hissənin əsgər yataqxanasında yaşayan leytenant Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin 10-cu Təhqiqat Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, leytenant Şəxs N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün N-ci taqımının komandiri vəzifəsində xidmət edərkən tabeliyində xidmət edən əsgər Zərərçəkmiş şəxs1 N0N5-ci ilin iyul ayının ortalarında xidmət etdikləri mövqeyin ərazisində futbol oynayan zaman əsgər Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan onun ayağından vurması nəticəsində əsgər Zərərçəkmiş şəxs1 qarşı nalayiq ifadə işlətmiş, sonradan təklikdə həmin ifadəyə görə ondan üzr istəmiş, əsgər Zərərçəkmiş şəxs1 onu bağışlamıışdır. Həmin hadisədən bir neçə gün sonra əsgər Zərərçəkmiş şəxs1 səhər onun üçün yumurta bişirmədiyinə görə əsəbiləşərək ona qarşı nalayiq ifadələr işlətmiş, hər iki əli ilə yaxasından tutaraq silkələyərək buraxmışdır. Bundan başqa N0N5-ci ilin iyul ayının ortalarında əsgərlər X3 və Zərərçəkmiş şəxsN su gətirmək üçün bulağa göndərmiş, əsgərlər gec gəldikləri üçün onlardan gec gəlməklərinin səbəbini soruşmuş, çobanın telelfonu ilə valideyinləri ilə danışdıqlarını bildirən zaman icazəsiz telefonla danışdıqlarına və gecikdiklərinə görə əsəibiləşərək hər ikisinə irad tutmaqla onları qorxudmaq məqəsədi ilə süprgənin sapını əlinə alıb mövqeyin ərazisində olan kunqa daxil olmuş, orda əsgər Zərərçəkmiş şəxsN yaxasından yapışaraq silkələmiş və buraxmış, cəza olaraq onlara mövqeyin ərazisində olan tikanlı məftilləri düzəltmələri barədə tapşırıq vermişdir.Bununlada o, tabeçilikdə olan hərbi qulluqçuların şərəf və ləyaqətini alçaltmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, leytenant Şəxs izahatında N6 iyul N0N5-ci il tarixdə mövqedə olan zaman mövqedə gücləndirmə üçün gəlmiş əsgər Muxtar Qarayevin onun mövqeyin əsgərlərinə qanunsuz hərəkətlər etməsi ilə bağlı şikayət etmiş, mövqeyin digər əsgərlərindən anonim sorğu keçirilərkən onların da əsasız olaraq şikayət etmələrini bildirmişdir. Leytenant Şəxs izahatına davam edərək əsgərlərin ondan nə üçün şikayət etmələri barədə məlumatının olmadığını, N0N5-ci ilin iyul ayının ortalarında futbol oynu zamanı ayağından əsgər Zərərçəkmiş şəxs1 vurmasına görə ona qarşı nalayiq ifadə işlətdiyini, sonradan həmin ifadəyə görə ondan üzür istədiyini əsgər Zərərçəkmiş şəxs1 onu bağışladığını, lakin yumurta bişirmədiyə görə ona qarşı nalayiq ifadələr işlətmədiyini, yaxasından tutmadığını, mövqedə xidmət edən əsgərlərin heç birinə qanunsuz hərəkət etmədiyini, əsgər B.Abdullayevə ayaqlarını masaj etdirmədiyini, səhəti ilə bağlı problem olduğu üçün bir neçə dəfə əsgər Barış Allahverdiyevə kürək nahiyəsinə zeliyonka sürtməklə masaj edib onu müayinə etdiyini, həmin halları isə ondan xahiş etdiyini, süpürgənin sapını götürüb əsgərlər Barış Allahverdiyev və Zərərçəkmiş şəxsNlə birlikdə kunqa girdiyini onları döymək yox qorxutmaq məqsədi ilə süpürgənin sapını əlinə götürdüyünü, onları döyüb təhqir etmədiyini, cəza olaraq tikanlı məftilləri düzəltmələri barədə onlara tapşırıq verdiyini, mövqedə əsgər M.Poladovun digər əsgərlərdən pul tələb etməsi barədə məlumatı olmadığını, əsgər M.Poladovun döyüş növbətçiliyinə cəlb edildiyini, pul və ya qiymətli hədiyə qarşılığında rahat xidmət şəraiti yaratmadığını, əsgərlər Barış Allahevrdiyev, Özcan Hüsenquliyev, Zərərçəkmiş şəxs1, Mehman Poladov, Muxtar Qarayevin hərbi xidmətə münasibətlərinin normal olduğunu, tələbkar zabit olduğundan əsgərlərin ondan xoşlarının gəlmədiyi üçün şikayət etdiklərini, hərbi xidmətə münasibətinin yaxşı olduğunu, hərbi xidmətlə bağlı hər hansı bir çətinliyinin probleminin olmadığını törətdiyi əməldən peşman olduğunu zərərçəkmiş şəxlərdən üzr istədiyini göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X1 və Zərərçəkmiş şəxs1 və şahid MAHHXHQ-su əsgər Şahid da göstərilən xususatları təsdiq etdilər. N nömrəli hərbi hissədən təqdim edilən xidməti xasiyyətnamədə leytenant Şəxs mənfi xarakterizə olunmuşdur. N nömrəli hərbi hissə tərəfindən 10-cu Təhqiqat bölməsinə təqdim olunan arayışda əsgərlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, leytenant Şəxs aralarında tabelik münasibətlərinin olduğu göstərilmişdir. N nömrəli hərbi hissə komandirinin N noyabr N0N4-cü il tarixli 319 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, leytenant Şəxs 1-ci motoatıcı taborun 1-ci motoatıcı bölüyün N-ci motaatıcı taqımın komandiri vəzifəsinə təyin edilmişdir. Beləliklə, leytenant Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs leytenant Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN şahid MAHHX HQ əsgər Şahid izahatları ilə təsdiq olunur. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinə əsasən tabelikdə olan hərbi qulluqçunun şərəf və ləyaqətini alşaltma on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1N-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N1-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.N-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3N-ci maddəsinə əsasən Şəxs oğlunun səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxslərin onu bağışlamasını iş üzrə yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.N-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin NN fevral N0N3-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.N0N4-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin N3 fevral N0N3-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), N-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabadin qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədə uyğundur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, leytenant Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N16 №-li hərbi hissəsinin komandirinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 1N8-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. N. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin. 3.İnzibati həbsin əvvəli Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın.

4. Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N16 №-li hərbi hissəsinin komandirinə həvalə edilsin.

5. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar