Məhkəmə qərarları › İş №3-1(092)-95/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərardad — İş №3-1(092)-95/2024

12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3-1(092)-95/2024 12.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi İbrahimov İlham Sadət oğlu N nömrəli hərbi hissədə xidmət etmiş, haliyədə N nömrəli hərbi hissədə xidmət edən baş leytenant X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Naxçıvan Hərbi Prokurorluğunun 12 sentyabr 2024-cü il tarixli, 3-3-250/1-73C/2024 nömrəli məktubu ilə N nömrəli hərbi hissədə xidmət etmiş, haliyədə N nömrəli hərbi hissədə xidmət edən baş leytenant X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə təqsirləndirilməsinə dair 12 sentyabr 2024-cü il tarixli, 78 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 12 sentyabr 2024-cü il tarixli, 78 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx xxxx 1996-cı ildə Kürdəmir rayonunun Şilyan kəndində doğulmuş, ali-hərbi təhsilli, Kürdəmir rayonunun Şilyan kəndində daimi qeydiyyatda olan, baş leytenant X4 (şəxsi vəsiqə MN № 0056033) N nömrəli hərbi hissənin 4-cü taborunun, 11-ci bölüyünün 3-cü taqımının komandiri vəzifəsində, Babək rayonunun Yuxarı Buzqov kəndi istiqamətində yerləşən şərti olaraq “Süsüst” adlanan mövqedə mövqe başçısı kimi xidmət edərkən 2024-cü ilin iyun ayında mövqenin yataqxanasında tabeliyində xidmət edən əsgər Zərərçəkmiş şəxs təmir üçün əlavə pul göndərməsini dedikdə, sonuncu maddi imkanının olmadığını demiş, baş leytenant Şəxs də ona qarşı nalayiq ifadə işlədərək hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçatmışdır. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab edir ki, daxil olmuş material inzibati xəta törətmiş şəxs baş leytenant X1 Muxtar Respublikasının ərazisində olmadığından (yaşamadığından və ya xidmət etmədiyindən) tərtib edilmiş orqana geri qaytarılmalıdır. Baxılan inzibati xəta ilə Naxçıvan Hərbi Prokurorluq orqanı tərəfindən barəsində inzibati xəta törətmiş şəxsin, zərər çəkmiş səxsin, şahidin iştirakı təmin edilməmişdir. Məhkəmə inzibati xəta haqqında işə baxarkən “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 298-ci bəndinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə protokol daxil olduğu gün baxılmalı olduğundan məhkəmə iclas katibi (məsləhətçi) protokol tərtib etmiş orqanın əməkdaşlarının iştirakı ilə məhkəmə iclasına çağırılmalı olan şəxslərin həmin gün məhkəməyə gətirilmələrini təşkil etməlidir. İnzibati Xətalar Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Belə ki, 12 sentyabr 2024-cü il tarixli, 78 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərarda 3-3-250/1-73C/2024 nömrəli inzibati xəta haqqında material üzrə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etmiş, haliyədə N nömrəli hərbi hissənin zabiti baş leytenant X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qeyd olunmuş, bununla da iş üzrə baş leytenant X2 prosessual statusu müəyyən edilmiş, lakin buna baxmayaraq, Şəxs məhkəməyə gəlməsi mümkün olmamışdır. Həmçinin Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan, yəni inzibati xəta törətmiş baş leytenant X2 məhkəmədə iştirakının təmin edilməsi aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edilməsi mümkündür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X7 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: N nömrəli hərbi hissədə xidmət etmiş, haliyədə N nömrəli hərbi hissədə xidmət edən baş leytenant X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş 12 sentyabr 2024cü il tarixli, 78 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş materiallar onu tərtib etmiş orqana-Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılsın. Sədrlik edən İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar