Məhkəmə qərarları › İş №3-1(092)-96/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-96/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-96/2024 17.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, X1, Vəkil: X2, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx xxxx 2004-cü il tarixdə Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Kəngərli rayonu, Qarabağlar kəndində daimi qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 5-ci taborunun, 17-ci bölüyünün, 2-ci taqımının, 1-ci manqasında atıcı-sanitar vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, N nömrəli hərbi hissəsinin 5-ci taborunun, 17-ci bölüyünün, 2-ci taqımının, 1-ci manqasında atıcı-sanitar vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs (SX № 0751228) 18 iyun 2024cü il tarixdə, saat 09 radələrində 17-ci bölüyün əşya saxlananda olarkən, əsgər Şahid yanında, tabelik münasibətlərində olmayan, 5-ci taborun 17-ci bölüyünün, 2-ci taqımının, 2-ci manqasında xidmət edən əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmiş, əsgər Şahid bu barədə Zərərçəkmiş şəxs bildirdiyindən 19 iyun 2024-cü il tarixdə saat 09 radələrində əşya saxlananın arxasında əsgər Zərərçəkmiş şəxs əsgər Şəxs onun ünvanına nalayiq ifadələr işlədib-işlətməməsini soruşmuş, əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətdiyini təsdiq etmiş və sağ əlinin baş və şəhadət barmaqlarını yumru şəkildə tutub onun ünvanına yenidən nalayiq ifadələr işlətməklə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini pozaraq, əsgər Zərərçəkmiş şəxs şərəf və ləyaqətini alçaltmışdır. Beləliklə, N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs, zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs, şahid əsgər Şahid izahatları və digər sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs izahatında 18 iyun 2024-cü il tarixdə, saat 09 radələrində bölük komandiri kapitan Elvin Hüseynov onu, əsgər Şahid, əsgər Zərərçəkmiş şəxs, əsgər Tuncay Kərimovu, əsgər Nüsrət Novruzovu taborun şərti olaraq “Telemərkəz” adlanan mövqeyində səngərlərin təmizliyinə kömək etmək üçün ayırdığını, əşya saxlanana köhnə paltar geyinmək üçün getdiklərini, əşya saxlananda əsgər Şahid köhnə çəkmə istəyən zaman o, çəkmələri əsgər Zərərçəkmiş şəxs verəcəyini dediyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs arxasınca nalayiq ifadələr işlədib “onunla-bununla ana zarafatı edir, sən də çəkməni ona verirsən, mənə vermirsən, ona qardaş deyib dostluq edirsən” dediyini, əsgər Şahid həmin vaxt ondan əsgər Zərərçəkmiş şəxsla zarafatının olub-olmadığını soruşanda ona zarafatının olduğunu bildirdiyini, ertəsi gün, 19 iyun 2024-cü il tarixdə səhər yerbəyerindən sonra, saat 09-da bölük komandiri kapitan Elvin Hüseynov onu, əsgərlər R.Cəfəvoru, T.Kərimovu və Zərərçəkmiş şəxs taborun ərazisində təmizlik işlərinə ayırdığını, köhnə paltar geyinmək üçün onları əşya saxlancına göndərdiyini, həmin vaxt 09 radələrində saxlancın arxasına siqaret çəkmək üçün keçdiyini, daha sonra əsgər Zərərçəkmiş şəxs, onun arxasınca isə əsgər Şahid saxlancın arxasına gəldiklərini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs ondan arxasınca söyüş söyübsöymədiyini soruşduqda o, əsgər İmranova “bəli, mən sənin arxanca danışmışam, əsgər Şahid sənin barəndə nalayiq ifadələr işlədib sənin onunla-bununla ana zarafatı etdiyini demişəm” dediyini, əsgər Zərərçəkmiş şəxs isə nalayiq ifadələrə görə ondan üzr istəməyini tələb etdiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs sağ əli ilə yumru işarəsi göstərib “sən bundan olmusan, çıx get, sənin südünü belə edim” ifadəsini işlətdiyini, həmin vaxt anidən əsgər Zərərçəkmiş şəxs sol əli ilə onun sifətinin sağ tərəfindən bir yumruq vurduğunu göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında 18 iyun 2024-cü il tarixdə, saat 20 radələrində yataqxanada olarkən əsgər Şahid ona həmin gün səhər saatlarında əsgər Şəxs onun arxasınca söyüş söydüyünü dediyini, ondan əsgər Şəxs arxasınca nə danışdığını soruşanda o, “əsgər Şəxs səhər vaxtı saat 09:00 radələrində sənin haqqında nalayiq ifadələr işlədib, əsgər Zərərçəkmiş şəxs onunla-bununla ana zarafatı edir, sən də onunla dostluq edirsən qardaş deyirsən” dediyini, bundan sonra həmin gün əsgər Şəxs heç nə demədiyini, 19 iyun 2024-cü il tarixdə, səhər yerbəyerindən sonra bölük komandiri Elvin Hüseynov onu, əsgərlər Şahid, Şəxs və T.Kərimovu səngərlərdə təmizlik işləri görmək işinə ayırdığını, onlara işləmək üçün köhnə paltar geyinmələrini tapşırıb bölüyün əşya saxlancına göndərdiyini, əşya saxlancına çatdıqdan sonra, saat 09:00 radələrində əsgər Şəxs saxlancın arxasında siqaret çəkdiyini, həmin vaxt onun barəsində nalayiq ifadə işlədib-işlətməməyini dəqiqləşdirmək üçün əşya saxlananın arxasına, əsgər Şəxs yanına getdiyini, əsgər Şahid da onun arxasınca oraya gəldiyini, həmin vaxt əsgər Şəxs söyüş söyüb-söymədiyini soruşduğunu, əsgər Şəxs ona gülərək “bəli, arxanca əsgər Şahid yanında nalayiq ifadələr işlədib “onun-bununla ana zarafatı edir, sən də onunla dostluq edirsən, qardaş deyirsən” demişəm” dediyini, həmin vaxt əsgər Şəxs üzr istəməsini dediyini, lakin əsgər Şəxs ondan üzr istəməyərək sağ əlinin baş barmağı ilə şəhadət barmağını birləşdirib yumru işarəsi göstərib “sən bundan olmusan” dediyini, yenə nalayiq ifadələr işlətdiyini, həmin vaxt özünü saxlaya bilmədiyini, əsəbiləşərək sol əli ilə əsgər Şəxs sifətinin sağ tərəfindən bir dəfə yumruq zərbəsi vurduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid izahatında 18 iyun 2024-cü il tarixdə hərbi hissənin "Batabat" adlanan 5-ci tabor mərkəzində səhər yerbəyerindən sonra bölük komandiri kapitan Elvin Hüseynov onu, əsgərlər Şəxs, Zərərçəkmiş şəxs, T.Kərimovu, N.Novruzovu "Telemərkəz" mövqeyində səngərlərdə təmizlik işlərinə kömək etmək üçün ayırdığını, onlar köhnə paltarlar geyinmək üçün 17-ci bölüyün əşya saxlancına getdiklərini, orada 2 ədəd köhnə çəkmədən birini özü geyindiyini, digərini isə əsgər Zərərçəkmiş şəxs istədiyi üçün ona saxladığını, həmin vaxt əsgər Şəxs saxlanca daxil olaraq köhnə çəkmə istəyən zaman ona 1 ədəd köhnə çəkmə qaldığını və onu da əsgər Zərərçəkmiş şəxs verəcəyini bildirdiyini, əsgər Şəxs isə həmin vaxt əsgər Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlədib “əsgər Zərərçəkmiş şəxs onunla-bununla ana zarafatı edir, sən də botinkanı ona verirsən, mənə vermirsən, ona qardaş deyib dostluq edirsən” dediyini, daha sonra əsgər Şəxs oradan çıxıb getdiyini, həmin gün saat 20 radələrində yataqxanada olarkən əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb əsgər Şəxsla zarafatının olub-olmadığını soruşduğunu, əsgər Zərərçəkmiş şəxs ona əsgər Şəxsla zarafatının olmadığını dediyini, həmin vaxt ona əsgər Şəxs onun arxasınca nalayiq ifadələr işlətdiyini bildirdiyini, səhəri gün, 19 iyun 2024-cü il tarixdə, səhər yerbəyerindən sonra bölük komandiri kapitan Elvin Hüseynov onu, əsgərlər Zərərçəkmiş şəxs, Şəxs və T.Kərimovu səngərlərdə təmizlik işləri görmək üçün ayırdığını, köhnə paltar geyinmək üçün onları əşya saxlancına göndərdiyini, saat 09:00 radələrində əsgər Şəxs saxlancın arxasına keçib siqaret çəkən zaman əsgər Zərərçəkmiş şəxs əsgər Şəxs yanına getdiyini, onların mübahisə edə biləcəyini düşünüb onun arxasınca getdiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs əsgər Şəxs arxasınca söyüş söyüb-söymədiyini soruşduğunu, əsgər Şəxs isə ona “bəli, söymüşəm, dünən sənin arxanca nalayiq ifadə işlədib, onun-bununla ana zarafatı edir, sən də onunla dostluq edirsən, qardaş deyirsən demişəm” dediyini, əsgər Zərərçəkmiş şəxs həmin vaxt ondan dediyi sözlərə görə üzr istəməsini istədiyini, lakin əsgər Şəxs ondan üzr istəməyərək sağ əli ilə yumru işarəsi göstərib “sən bundan olmusan, sənin südünü belə edim” dediyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs əsəbiləşib sol əli ilə əsgər Şəxs sağ sifət nahiyəsindən 1 yumruq vurduğunu göstərmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissədən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, N nömrəli arayışda hərbi hissənin əsgərləri Şəxs ilə Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Şəxs və Zərərçəkmiş şəxs mənfi xarakterizə edilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın

3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.

4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.

5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.

6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar