Məhkəmə qərarları › İş №3-1(092)-99/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-99/2024

24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-99/2024 24.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X1, Vəkil: X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx.xx.2005-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, tam orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, N nömrəli hərbi hissənin 4-cü taborunun 14-cü bölüyünün 1-ci taqımının 2-ci manqasında şərti olaraq “Qurtuluş” adlanan mövqedə heyət nəfəri-atıcı vəzifəsində vəzifəsində xidmət edən, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs (hərbi bilet SX № 0755167) N nömrəli hərbi hissənin 4-cü taborunun 14-cü bölüyünün 1-ci taqımının 2-ci manqasında şərti olaraq “Qurtuluş” adlanan mövqedə heyət nəfəri-atıcı vəzifəsində xidmət edərkən tabelik münasibətlərində olmayan həmin manqada pulemyotçu vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs 27 avqust 2024-cü il tarixdə saat 02:30 radələrində patrufnaryadında olan zaman mövqenin kitablarının yazılmasına manqa komandirinə köməklik etmədiyinə görə irad bildirmiş, həmin gün saat 07:00 radələrində şəxsi heyət səhər yeməyi yeyən zaman Şəxs Zərərçəkmiş şəxs iradını təkrar etdikdə Zərərçəkmiş şəxs buna narazılığını bildirib masadan qalxaraq oradan uzaqlaşmış, onun bu hərəkəti Şəxs acığına gəldiyi üçün Zərərçəkmiş şəxs arxasınca gedərək onu saxlayıb Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq hər iki əli ilə onun boğazından tutub sıxaraq ona sağlamlığa zərər vurmayan “boyunun sağ yan səthinin sıyrığı” xəsarətini yetirməklə və arxaya doğru itələyərək divara çırpmaqla, sonra sifətindən bir yumruq vurmaqla ona zor tətbiq etmişdir. Bununla da, R.T.Əlyev tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, Zərərçəkmiş şəxs zor tətbiq etmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında göstərmişdir ki, 26 avqust 2024-cü ildə saat 02 radələrində mövqedə yatmağa hazırlaşarkən əsgər Zərərçəkmiş şəxsla Süleyman Məmmədov patrul olduğunu, Zərərçəkmiş şəxs yataqxanaya gəldikdə M.Süleymanov ona “yataqxanadasan patrulun kitabları yazmağa manqa komandirinə kömək et” dediyini, Zərərçəkmiş şəxs isə ona mən yaza bilmərəm dediyini, Zərərçəkmiş şəxs “niyə hörmətsizlik edirsən, o çöldə növbə aparır, sən də kitabları yaz” dediyini, M.Süleymanov təkrar ona kitabları yaz deyəndə Zərərçəkmiş şəxs ona məni poxa salma deyib getdiyini, səhər saat 07:00 radələrində mövqenin yataqxanasının qarşısında olan artırma deyilən yerdə əsgərlərlə birgə yemək yeyərkən Zərərçəkmiş şəxs axşamkı hərəkətinin düzgün olmadığını dediyini, Zərərçəkmiş şəxs isə ona bu söhbəti açmamasını bildirdiyini, yenə həmin söhbətə qayıtdığı üçün Zərərçəkmiş şəxs masadan qalxıb getmək istədiyini, onun qolundan tutaraq “hörmətsizlik etmə, otur yeməyini ye” dediyini, lakin Zərərçəkmiş şəxs ona qulaq asmayaraq getdiyini, Zərərçəkmiş şəxs bu hərəkəti acığına gəldiyi üçün əsəbləşib onun arxasıca getdiyini və yataqxananın girişində hər iki əli ilə onun boğazından tutaraq sıxıb itələdiyini, o arxaya doğru gedib divara dəyib dayandığını, sonra sağ əli ilə onun sifətindən yavaşca bir dəfə yumruqla vurduğunu, etdiyi əməldən peşman olduğunu göstərmişdir. Məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməyən zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edildi, o izahatinda 27 avqust 2024-cü ildə saat 02:00-dan 04:00-dək əsgər Süleyman Məmmədovla patrul naryadında olmuş, saat 02:30 radələrində yataqxanaya gəlmiş, orada S.Məmmədov ona, “yataqxanadasan patrulun kitabını yazmağa manqa komandirinə kömək edərsən” demiş, ona yaza bilməyəcəyini dedikdə yataqxanada olan əsgər Şəxs ona “niyə hörməysiziik edirsən get yaz” demiş, ona da, yaza bilməyəcəyini bildirmiş, savadı olmadığı üçün kitabı yazmaqdan ehtiyat etmiş, buna görə S.Məmmədova “mən yazmıram, məni poxa salma” demişdir. Səhər saat 07 radələrində yataqxananın qabağında olan artırmada əsgərlərlə səhər yeməyi yeyərkən Şəxs axşamkı söhbəti açdıqda ona bu söhbətin əsgərlərin içində açılmasının mənasının olmadığını demiş, lakin o yenə də davam etdikdə qalxıb getmək istəmiş, Şəxs onun qolundan tutaraq otur hörmətsizlik etmə demiş, lakin o yataqxanaya getmiş, Şəxs onun arxasınca gələrək yataqxananın qapısının ağzında ona gəl süfrəyə qayıt desə də gəlməmiş, bu zaman Şəxs hər iki əli ilə onun boğazından tutub sıxmış, sonra onu arxaya doğru itələyərək divara çırpmış və sifətinin sol tərəfindən bir yumruq vur Şəxslə barışdığını, şikayətinin olmadığını göstərmişdir. Məhkəmə iclasında xidməti zərurətlə əlaqədar iştirak etməyən şahid MAHHX HQ əsgər Şahid təhqiqat orqanına vermiş olduğu izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan arayışda əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamələrlə əsgər Şəxs mənfi, əsgər Zərərçəkmiş şəxs müsbət xarakterizə olunmuşlar. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. X3 Məcəlləsinin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.

3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.

4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.

5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.

6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar