Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-1/2025 21.01.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X5 Arif oğlunun sədrliyi, Nağızadə Nanə Vüsal qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Vəkil, Bakı Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə kapitanı X1 iştirakı ilə, xx.xx.2001-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Göyçay şəhəri, Nizami küçəsi ev 18-də qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Mühafizə taborunun Mühafizə və Təminat bölüyünün Xüsusi Nəzarət tağımının 3-cü Xüsusi Nəzarət manqasının nəzarətçisi MAHHXHQ əsgər olmuş və 01 noyabr 2024-cü il tarixdə tərxis edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Hərbi prokuroru vəzifəsini icra edən Samir Əzimzadə tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00-dan xx.xx.2024-cü il tarixdə saat 08:30-dək xidmət yerinə çıxmamış, bundan başqa xx.xx.2024-cü il tarixdə saat 08:30dan xx.xx.2024-cü il tarixdə saat 11:00-dək xidmət yerini özbaşına tərk etmişdir. Beləliklə Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı Hərbi prokurorunun böyük köməkçisi X3 məhkəməyə bildirdi ki, Şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər vəzifəsində xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə saat 17:00-da xidmət yerini çıxmamış, xx.xx.2024-cü il tarixdə saat 08:30-da xidmət yerinə gəlmiş, bundan başqa xx.xx.2024-cü il tarixdə saat 08:30-dan xidmət yerinə çıxmamış, xx.xx.2024-cü il tarixdə saat 11:00-da xidmət yerini yerinə gəlmişdir. Beləliklə, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, atasının xəstə olması səbəbindən xidmət yerini tərk etmişdir. Məhkəmədən bağışlanılmasını və onun barəsində inzibati tənbeh tətbiq edilməməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil məhkəmədən Şəxs bağışlanılmasını və onun barəsində inzibati tənbeh tətbiq edilməməsini xahiş etdi. İş materiallarında olan məlumatlardan və toplanmış sübutlardan görünür ki, Şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Mühafizə taborunun Mühafizə və Təminat bölüyünün Xüsusi Nəzarət tağımının 3-cü Xüsusi Nəzarət manqasının nəzarətçisi MAHHXHQ əsgər kimi xidmət edərkən xx.xx.2024-cü il tarixdə saat 17:00-dan xx.xx.2024cü il tarixdə saat 08:30-dək, xx.xx.2024-cü il tarixdə saat 08:30-dan xx.xx.2024-cü il tarixdə saat 11:00-dək xidmət yerini özbaşına tərk etmişdir. Əsgər Şəxs 01 noyabr 2024cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Göyçay Rayon Şöbəsinə göndərilmişdir. Məhkəmə Şəxs izahatından atasının xəstəliyinə görə icazə ilə hərbi hissəni tərk etdiyi iddia etsə də, iş materialları və məhkəmənin araşdırılan halları ilə Şəxs həbi hissəni özbaşına tərk etməsi tam sübuta yetirilir. Belə ki, N nömrəli hərbi hissəsinin Mühafizə taborunun mühafizə və təminat bölüyünün xüsusi nəzarət tağımının 3-cü manqasının nəzarətçisi müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00-dan xx.xx.2024-cü il tarixdə saat 08:30-dək, xx.xx.2024-cü il tarixdə saat 08:30-dan xx.xx.2024-cü il tarixdə saat 11:00-dək xidmət yerini özbaşına tərk etməklə bağlı Mühafizə və təminat bölüyünün komadiri kapitan Babək Məmişov raportlar yazılmışdır. Beləliklə, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş zabitin üç gündən artıq, lakin on gündən çox olmayaraq hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi inzibati xətasını törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və o həmin maddə ilə məsuliyyətə cəlb edilməli, tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 613.2-ci maddəsinə əsasən zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə —iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətaları törətmiş, lakin hərbi xidmətdən tərxis olunduğuna görə hərbi qulluqçu statusunu itirən şəxsin hauptvaxtda saxlanılması bu Məcəllənin 156.2-ci maddəsinin hüquqi mahiyyətinə və məqsədinə uyğun olmadığından, onlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hal əməli təkrar törətməsidir, əməlindən peşman olması isə məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə Şəxs tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və işin hallarını, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İXM-nin 613.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin aşağı həddində tənbeh təyin edilməsi məqsədəmüvafiqdir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Bakı Hərbi Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Bakı şəhəri 38 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 05 (beş) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 21 yanvar 2025-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma Mərkəzinə, təhvil verilməsi Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, müdafiəçiyə, prokurora təqdim olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X6
Məhkəmə qərarları › İş №3-1(093)-1/2025
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-1/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver