Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-1013/2024 18.10.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi, Prokuror - Bakı Hərbi prokurorunun böyük köməkçisi X8, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – X4 iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Xaçmaz rayonunun Bay-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə məhkumluğu ödənilməmiş, Xaçmaz rayonu, Hacıbəyli ərazi dairəsi, Bayoba kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, fərdi evdə yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X6 barəsində 15 oktyabr 2024-cü il tarixdə Bakı Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmişdir ona görə ki, X6 2023-cü ilin dekabr ayında mübahisə zəminində vətəndaş Zərərçəkmiş şəxs 1 sillə zərbəsi vuraraq ona zor tətbiq etmiş, həmçinin sonuncuya məxsus “OPPO A18” markalı mobil telefonu sındırmaqla qəsdən məhv etmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bakı Hərbi Prokurorluğu tərəfindən X6 barəsində qəbul edilmiş qərar və toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi Bakı Hərbi prokurorunun böyük köməkçisi X11 inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarda göstərilənlərə uyğun izahat verərək X4 İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə olunmasını, 232-1-ci maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş ziyanın iki mislinədək məbləğdə cərimə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməyərək, 232-1-ci maddəsi ilə təqsirli bilərək bildirmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2023-cü ilin iyun ayında Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri, Yasamal rayonunda yerləşən kafedə tanış olmuşdur. Bir müddət sonra onların arasında sevgi münasibətləri yaranmışdır. Daha sonra Zərərçəkmiş şəxs ona kirayə yaşadığı evdə birlikdə yaşamağı təklif etmişdir. Onlar bir müddət həmin evdə kirayə yaşamışlar. Zərərçəkmiş şəxs içkiyə qurşandığına və onların arasında mübahisələr yarandığına görə o, Zərərçəkmiş şəxs 2024-cü ilin may ayında ayrılmışdır. 2024-cü ilin yanvar ayının ortalarında Zərərçəkmiş şəxs onların birgə yaşadıqları evdə onunla mübahisə edərək onun övladını təhqir etmişdir. Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməmiş və həmin şəxsi döyməmişdir. Həmin faktla bağlı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsində araşdırma aparılmış, barışdıqları üçün işə xitam verilmişdir. Onlar birlikdə yaşadıqları müddətdə qarşılıqlı olaraq bir-biriləri üçün pul xərcləmişlər. O, özünün əmək haqqını da onların gündəlik yaşayış tələbatlarını qarşılamaq üçün sərf etmişdir. O, Zərərçəkmiş şəxs 900 manat pul almamışdır. O, 2024-cü ilin aprel ayında Xaçmaz rayonuna getmək üçün maddi imkanı olmadığına görə Zərərçəkmiş şəxs məxsus qızıl üzüyü həmin şəxsin razılığı ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 20 Yanvar metrostansiyasının yaxınlığında olan lombarda girov qoyaraq 120 manat pul götürmüşdür. O, hər ay lombarda 12 manat ödəniş edir. O, lombarddan götürdüyü 120 manat pul məbləğini tam ödəyərək Zərərçəkmiş şəxs qaytaracaq. O, Zərərçəkmiş şəxs məxsus “OPPO A18” markalı mobil telefonu oğurlamamışdır. O, onların arasında baş vermiş sözlü mübahisə zamanı “OPPO A18” markalı mobil telefonunu sındırmış, əvəzində isə “Samsung A10” markalı mobil telefon alaraq Zərərçəkmiş şəxs hədiyyə vermişdir. Mobil telefonu sındırdığına görə təəssüf hissi keçirir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir X6 ilə 2023-cü ildə onun işlədiyi, Bakı şəhəri, Yasamal rayonunda yerləşən kafedə tanış olmuşdur. Bir müddət sonra onların arasında sevgi münasibətləri yaranmışdır. O və X6 Bakı şəhəri, Yasamal rayonunda yerləşən fərdi evdə birlikdə yaşamışlar. Onların birgə yaşadıqları müddətdə X6 ona qarşı bir sıra qanunsuz hərəkətlərə yol verməklə ondan ümumilikdə 900 manat borc pul alaraq hazırki vaxtadək qaytarmamışdır. R.S.X1 ona məxsus qızıl üzüyünü lombarda girov qoyaraq əvəzində 120 manat pul götürmüş, onun X5 istifadə etmək üçün verdiyi “Samsung A12” və “OPPO A18” markalı mobil telefonların bir müddət sonra oğurlandığını bildirərək onu aldatmışdır. Onların birgə yaşadıqları müddətdə X6 onu bir neçə dəfə Bakı şəhəri, Yasamal rayonunda yerləşən, onun kirayə yaşadığı evdə döymüşdür. 2024-cü ilin yanvar ayında Şahməmməd Əmirov tərəfindən döyülməsi ilə bağlı o, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə şikayət etmişdir. Onun tərəfindən şikayət geri götürüldüyünə görə 29-cu Polis X2 barəsində aparılan araşdırma davam etdirilməmişdir. X6 onu son dəfə 28 iyul 2024-cü il tarixdə yaşadığı evdə döymüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 1392 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan “OPPO A 18” markalı mobil telefon qutusuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən mobil qutusu 18 sm uzunluqda, 9,5 sm endə və 6 sm hündürlükdə olmaqla açılan-taxılan qapaqdan ibarətdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 2023-cü il istehsalı olan “OPPO A18” markalı mobil telefon cihazının orta bazar satış dəyəri 300 AZN təşkil edir. Məhkəmə inzibati xəta haqqında protokolları və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, X6 barəsində olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarda onun zərərçəkmiş şəxsi döyməsi qeyd olunsa da, X6 zərərçəkmiş şəxsi döymədiyinə görə hazırda X4 hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. X4 zərərçəkmiş şəxsi döyməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə hesab edir ki, X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilməsi üçün onun tərəfindən zərərçəkmiş şəxsin döyülməsi ilə bağlı hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi X6 tərəfindən X4 döyülməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də X6 həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda (beş min manatdan yuxarı olmayan məbləğ) - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə X4 törətdiyi əməldən peşman olmasını, yəni mobil telefonu sındırmasına görə peşman olmasını həmin şəxsin məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. X3 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, X4 məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə işin hallarını nəzərə alır və hesab edir ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyası həddində inzibati xəta nəticəsində vurulmuş ziyanın, yəni 300 manat məbləğin bir misli məbləğində, yəni 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3-1(093)-1013/2024
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-1013/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver