Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-1047/2024 25.10.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə Bakı Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallara Bakı Hərbi Məhkəməsinin inzibati binasında baxaraq Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallar Bakı Hərbi Prokurorluğundan baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallardan görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs xx.xx.2024-cü il tarixdə saat 08:00-da xidmət yerində olmalı olduğu halda, sonuncu gəlməməsi haqqında hərbi hissədən hər hansı şəxsə məlumat vermədən xidmət yerinə xx.xx.2024-cü il tarixdə qayıtmışdır. Qeyd olunan müddət aralığında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs xidmət yerini tərk etməsi səbəbini xx.xx.2024-cü il tarixdə “Azneft” dairəsi adlanan yerdə özünə məxsus “Monzx 50” markalı moped ilə qəza etməsi ilə və həmin qəza ilə bağlı DİN-nin DYP əməkdaşları tərəfindən xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixdə idarəyə çağırılması ilə bağlı əlaqələndirilmişdir. Bundan başqa Şəxs xx.xx.2024-cü il tarixdə saat 08:00-da gəlsədə, lakin həmin gün saat 14:00-da yenidən xidmət yerini özbaşına tərk etmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs bir müddət əvvəl xidmət saatlarınından kənar Ağdam rayonu, Xindırıstan qəsəbəsində kirayə yaşadığı evde sevdiyi xanıma görə özünə xəsarət yetirməsi faktı qeyd ilə əlaqədar olaraq Ağdam Rayonunun Prokurorluğunun əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixdə saat 14 radələrində həmin Prokurorlğa dəvət olunmuş və həmin tarixdə saat 14:00-da bu barədə xidmət etdiyi taborun hər hansı vəzifəli şəxsinə məlumat vermədən oraya getmiş, oraya çatdıqda isə artıq qeyri iş saatları olduğundan xx.xx.2024-cü il tarixdə saat 10:30-da Ağdam Rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X1 qəbulundə olmuş, həmin tarixdə 12:30-da oradan çıxaraq xidmət yerinə qayıtmaq əvəzinə o Bərdə rayonu, Mollagüllər kəndində yerləşən evinə getmiş və hər hansı üzürlü səbəblər olmadan xx.xx.2024-cü il tarixdə xidmət yerinə qayıtmamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 iyun 2024-cü il tarixli qərara əsasən Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə rədd etmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri mövcud olması və inzibati icraatı rədd edən halların olmaması nəzərə alınaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati icraat materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (m.106.0.1) inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini (m.106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (m.106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (m.106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunduğu gündən üç aydan çox müddət keçmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 106, 109, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3-1(093)-1047/2024
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-1047/2024
25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver