Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-118/2025 07.02.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, ədliyyə mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsoviçin və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Tacikistan Respublikasında anadan olmuş, orta təhsilli, subay, məhkum olunmamış, Heydər Əliyev adına Hərbi İnstitutun kursantı Şəxsoviçin (Şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, ədliyyə polkovniki Natiq Həsənov tərəfindən 07 fevral 2025-ci il tarixdə Şəxsoviçin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, Heydər Əliyev adına Hərbi İnstitutun hazırlıq taborunun 1-ci kursant bölüyünün kursantı Şəxsoviç xx.xx.2024-cü il tarixdə saat 14:25-də kursant hazırlığı taborunun yataqxanasının qarşısında həmin taborun kursantı Zərərçəkmiş şəxs ona tərəf baxmasından narazı qalaraq öz üstünlüyünü göstərmək məqsədilə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozub əvvəlcə əli ilə onun sinə nahiyəsindən itələmiş, daha sonra isə onun əynində olan hərbi geyiminin paqonunu dartıb qoparmış və sinə nahiyəsinə bir yumruq zərbəsi də vuraraq zərərçəkmiş şəxsə zor tətbiq etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, ədliyyə mayoru Kənan Ağayev qərarı müdafiə etdi, qərarda göstərilənləri təsdiq etdi, Şəxsoviçin barəsində 20 gün müddətində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxsoviç yuxarıda qeyd olunanları təsdiq edərək törətdiyi əməldən peşman olduğunu bildirdi. Məhkəmədən bağışlanılmasını və onun barəsində inzibati tənbeh tətbiq edilməməsini xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxsoviç onun sol çiynindəki paqonundan tutub səbəbsiz yerə ona kəllə atmışdır. Lakin o, arxaya çəkildiyinə görə kəllə ona dəyməmiş, onun paqonu cırılmışdır. Sonra Şəxsoviç yumruqla bir dəfə onun sinəsinə vurmuşdur. O, xəsarət almamışdır. Məhkəmə hazırki inzibati xəta haqqında iş üzrə sübutları araşdırıb belə nəticəyə gəlir ki, Şəxsoviç həqiqətən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxsoviçin tabelik münasibətində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması özünün və digər şəxslərin izahatları ilə yanaşı, iş üzrə təyin olunmuş ekspert rəyi, eləcə də əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməyə görə on gündən bir ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Tacikistan Respublikası Müdafiə Nazirliyi arasında Tacikistan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ali hərbi təhsil müəssisələrində təhsil alması haqqında sazişin 7-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, göndərən tərəfinin dövlətinin hərbi qulluqçusu qəbul edən tərəfin dövlətinin ərazisində olduğu müddətdə mülki, cinayət, inzibati hüquq pozuntuları törətdikdə, o, qəbul edən tərəfin dövlətinin milli qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən Şəxsoviçə inzibati tənbeh təyin edərkən törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını onun məsuliyyəti yüngülləşdirən hal kimi hesab edir. Məhkəmədə Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən Şəxsoviçin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, törətdiyi əməldən peşman nəzərə alaraq hesab edir ki, Şəxsoviçə Azərbaycan Respublikası İXM-nin 612.1-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş asağı həddə inzibati həbs tənbeh tədbirinin təyin edilməsi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Məhkəmədə Şəxsoviçin müdafiəsi ilə bağlı müdafiəçisi tərəfindən 04 (dörd) saat vaxt sərf edilmişdir. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın əvəzi dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxsoviç (Şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 07 fevral 2025-ci il tarixdən, saat 17:10-dan hesablansın. Qərarın icrası Müdafiə Nazirliyinin 1-ci Hərbi Polis Bölməsinə və onun Hauptvaxtasına həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3-1(093)-118/2025
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-118/2025
07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver