Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-1254/2024 13.12.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ X9 Arif oğlunun sədrliyi, Nağızadə Nanə Vüsal qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X1, Bakı Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə baş leytenantı X5 iştirakı ilə, xx xxxxxxxx 2001-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Mollagüllər kəndində daimi qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsində kirayə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin yol-texniki taborunun 2-ci mühəndis-yol bölüyünün 1-ci mühəndisyol taqımının 1-ci mühəndis-yol manqasının mexaniksürücüsü vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Hərbi prokuroru, ədliyyə polkovniki X8 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuş və inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, Rəhimov X3 Nazirliyinin Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin yol-texniki taborunun 2-ci mühəndis-yol bölüyünün 1-ci mühəndis-yol taqımının 1-ci mühəndis-yol manqasının mexanik-sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, N sentyabr 2024-cü il tarixdə saat 07:30 radələrində xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız N sentyabr 2024-cü il tarixdə saat 11:00 radələrində xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan üç gündən artıq, lakin on gündən çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Bakı Hərbi prokurorunun böyük köməkçisi X6 məhkəməyə bildirdi ki, Rəhimov X3 Nazirliyinin Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin yol-texniki taborunun 2-ci mühəndis-yol bölüyünün 1-ci mühəndis-yol taqımının 1-ci mühəndis-yol manqasının mexanik-sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, N sentyabr 2024-cü il tarixdə saat 07:30 radələrində xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız N sentyabr 2024-cü il tarixdə saat 11:00 radələrində xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan üç gündən artıq, lakin on gündən çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Beləliklə, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini, Şəxs 10 gün müddətində inzibati həbs edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, şəxsi problemləri olması səbəbindən xidmət yerini tərk etmişdir. Məhkəmədən bağışlanılmasını və onun barəsində inzibati tənbeh tətbiq edilməməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi məhkəmədən Şəxs bağışlanılmasını və onun barəsində inzibati tənbeh tətbiq edilməməsini xahiş etdi. İş materiallarında olan məlumatlardan və toplanmış sübutlardan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyul 2022-ci il tarixli 218 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs N iyul 2022-ci ildə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N mart 2023-cü il tarixli 76 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs N mart 2023-cü il tarixdə N nömrəli hərbi hissənin yol-texniki taborunun 2-ci mühəndis yol bölüyünün 1-ci mühəndis yol taqımının 1-ci mühəndis yol manqasının mexanik-sürücüsü vəzifəsinə təyin olunmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N sentyabr 2024-cü il tarixli 285 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs N sentyabr 2024-cü il tarixdə saat 07:30-da xidmət yerinə gəlməli olduğu halda gəlməmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N sentyabr 2024-cü il tarixli 289 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs N sentyabr 2024-cü il tarixdə saat 11:00-da xidmət yerinə qayıtmışdır. Beləliklə, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş zabitin üç gündən artıq, lakin on gündən çox olmayaraq hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi inzibati xətasını törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və o həmin maddə ilə məsuliyyətə cəlb edilməli, tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 613.2-ci maddəsinə əsasən zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə —iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran müəyyən edilməmiş, əməlindən peşman olması, “Vətən müharibəsi iştirakçısı”, “Hərbi xidmətlərə görə”, “Kəlbəcərin azad olunmasına görə medallarının mövcud olması məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə Şəxs tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və işin hallarını, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 613.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin aşağı həddində tənbeh təyin edilməsi məqsədəmüvafiqdir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Bakı Hərbi Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Bakı şəhəri 19 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X2 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 13 dekabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Müdafiə Nazirliyinin 1-ci Hərbi Polis Bölməsinin Hauptvaxtasına həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, müdafiəçiyə, prokurora və N nömrəli hərbi hissəyə təqdim olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3-1(093)-1254/2024
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-1254/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver