Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-142/2025 12.02.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, ədliyyə mayoru X7, Zərərçəkmiş şəxslər X3 və X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X8, X1 iştirakları ilə, xx.xx.2007-ci il tarixdə Tacikistan Respublikasında anadan olmuş, orta təhsilli, subay, məhkum olunmamış, Heydər Əliyev adına Hərbi İnstitutun hazırlıq taborunun 2-ci kursant bölüyünün kursantı Şəxs (Şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, ədliyyə polkovniki Natiq Həsənov tərəfindən 12 fevral 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, Heydər Əliyev adına Hərbi İnstitutun hazırlıq taborunun 2-ci kursant bölüyünün kursantı Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:20-də kursant yataqxanasının sanitar qovşağında olarkən həmin bölüyün kursantı X4 aralarında yaranmış mübahisə zamanı tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozub kursant Nematullo Saidovun bədənin müxtəlif nahiyələrinə çoxsaylı yumruq zərbələri vuraraq qəsdən dərəcəsi təyin edilməyən “sol gözaltı nahiyənin qançırı, reaktiv ödemi, təpə nahiyəsinin səthi sıyrılmış yarası” xəsarətlərini yetirib zərərçəkmiş şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:10-da bölüyün şəxsi heyəti ilə birlikdə nahar yeməyinə gedərkən həmin bölüyün kursantı X6 tacik kursanta irad bildirdiyinə görə onunla aralarında yaranmış mübahisə zamanı tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozub kursant Cəlil Tanrıverdiyevin sifət nahiyəsinə bir yumruq zərbəsi vuraraq qəsdən dərəcəsi təyin edilməyən “alt dodağın selikli qişasının yarası, üst dodağın və kəsici dişlərin küt travması” xəsarətlərini yetirib zərərçəkmiş şəxsə zor tətbiq etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, ədliyyə mayoru Kənan Ağayev qərarı müdafiə etdi, qərarda göstərilənləri təsdiq etdi, Şəxs barəsində 30 gün müddətində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs yuxarıda qeyd olunanları təsdiq edərək törətdiyi əməldən peşman olduğunu bildirdi. Məhkəmədən bağışlanılmasını və onun barəsində inzibati tənbeh tətbiq edilməməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə eyni məzmunlu izahat verdi, onunla barışdığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 13:10 radələrində nahar yeməyinə gedərkən Şəxs yumruqla bir dəfə onun ağız nahiyəsinə vurmuşdur. Nəticədə o, slt və üst dodağından, dişlərindən xəsarət almışdır. Hadisədən sonra barışmışlar. Məhkəmə hazırki inzibati xəta haqqında iş üzrə sübutları araşdırıb belə nəticəyə gəlir ki, Şəxs həqiqətən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxs tabelik münasibətində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması özünün və digər şəxslərin izahatları ilə yanaşı, iş üzrə təyin olunmuş ekspert rəyi, eləcə də əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 16.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Həmin Məcəllənin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməyə görə on gündən bir ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Tacikistan Respublikası Müdafiə Nazirliyi arasında Tacikistan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ali hərbi təhsil müəssisələrində təhsil alması haqqında sazişin 7-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, göndərən tərəfinin dövlətinin hərbi qulluqçusu qəbul edən tərəfin dövlətinin ərazisində olduğu müddətdə mülki, cinayət, inzibati hüquq pozuntuları törətdikdə, o, qəbul edən tərəfin dövlətinin milli qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh təyin edərkən törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını məsuliyyəti yüngülləşdirən hal kimi hesab edir. Məhkəmədə Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Müəyyən olundu ki, Şəxs inzibati xətanı kursant kimi hazırlıq taborunda xidmətə başladığı ilk dövrdə törətmişdir, kursantdır, baş vermiş hadisədən sonra zərərçəkmiş şəxslərlə barışmış, birlikdə xidmət edirlər. Ona inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsu məqsədəuyğun deyildir. Məhkəmənin qənaəti belədir ki, onun intizam məsuliyyətinə cəlb edilməsi törətdiyi xətadan nəticə çıxarması üçün kifayət edəcəkdir. Məhkəmə inzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 612.1-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməməli, törətdiyi əmələ görə o, kursant kimi xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən intizam məsuliyyətinə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmədə Şəxs müdafiəsi ilə bağlı müdafiəçisi tərəfindən 03 (üç) saat vaxt sərf edilmişdir. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın əvəzi dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs (Şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsiin. Şəxs (Şəxs) intizam qaydasında cəzalandırılması üçün materiallar onun kursant kimi xidmət etdiyi Müdafiə Nazirliyinin Heydər Əliyev adına Hərbi İnstitutunun komandanlığına həvalə edilsin. Vəkil X10 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3-1(093)-142/2025
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-142/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver