Məhkəmə qərarları › İş №3-1(093)-200/2025

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-200/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-200/2025 26.02.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X7 Arif oğlunun sədrliyi, Quliyev Ziya İbrahim oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə Sumqayıt Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallara Bakı Hərbi Məhkəməsinin inzibati binasında baxaraq Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallar Sumqayıt Hərbi Prokurorluğundan baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallardan görünür ki Şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun minaatan batareyasının 2-ci taqımının 3-cü manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər hərbi rütbəsində xidmətdə olarkən 21 iyun 2024-cü il tarixdə tabelik münasibətlərində olmadığı həmin taborun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının hamamlanması zamanı hərbi hissəsinin ərazisində qanunsuz istifadə etdiyi smartfon tipli mobil telefon vasitəsi zarafat etmək məqsədi ilə əsgərlər: X1 və X2 çılpaq şəkildə duş alma prosesini video çəkiliş etmiş, daha sonra videogörüntü yaxınlıqda olan digər hərbi qulluqçulara göstərməklə, habelə video çəkiliş edərkən rezin şlanqla Murad Balabəyovun sağ qoluna və sağ kürək nahiyələrinə zərbə endirməklə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Murad Balabəyovun və Natiq Nəbiyevin şərəf və ləyaqətini alçaltmış, həmçinin Murad Balabəyova zor tətbiq etmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında 6 noyabr 2024-cü il tarixli qərara əsasən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs hərbi hissənin hamam növbətçisi olduğu zaman, hamamda, həmin hərbi hissənin 4-cü taborunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər X1 və X3 çılpaq şəkildə özünə məxsus smartfon tipli mobil telefon vasitəsilə videoya çəkərək bir neçə hərbi qulluqçuya göstərərək yayması əməllərində hərhansı bir cinayətin tərkib əlamətləri olmadığından, Şəxs barəsində cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. MAHHXHQ-əsgər Şəxs hərbi hissə daxilində istifadəsi qadağan olunmuş, smartfon tipli mobil telefon işlətməsi əməlində cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə rədd edilmişdir. Əsgər Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri mövcud olması və inzibati icraatı rədd edən halların olmaması nəzərə alınaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati icraat materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (m.106.0.1) inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini (m.106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (m.106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (m.106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunduğu gündən üç aydan çox müddət keçmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 106, 109, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar